Ramazan ayı TƏQVİMİ 2020

Ramazan ayı TƏQVİMİ 2020Müsəlman dünyası Ramazan ayına qədəm qoyur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib.

.

Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamalarına görə, bu il Ramazan ayının başlanma tarixi Miladi təqvimlə aprelin 25-nə təsadüf edəcək.

Niyyət gecəsi aprelin 24-dən 25-nə keçən gecəyə düşür.

BİG.AZ mübarək Ramazan ayının təqvimini oxuculara təqdim edir.

Təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.

Qeyd edək ki, bu il Əhya gecələri (Qədr gecəsi) 12 may, 14 may, 16 may və 20 may tarixlərinə təsadüf edir.

Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır.

Müsəlmanlar orucu bir fayda təmənnasıyla yox, Allahın tövsiyəsi olduğu üçün tuturlar.

Ancaq Allahın bütün tövsiyələri kimi, bunun da mütləq bir faydası olduğunun da fərqindədirlər. Oruc nəfsi, iradəni, əxlaqı tərbiyədə mühüm rol oynayır, sosial faydaları da danılmazdır.

Oruc tibbi cəhətdən də çox xeyirlidir. Il boyu durmadan işləyən mədə və həzm sistemi orucluqda sanki məzuniyyətə çıxır, dincəlir.

Quranda əvvəlki nəsillərə də peyğəmbərlər vasitəsilə orucun tövsiyə edildiyi yazılır. "Ey möminlər, sizdən öncəkilərin taleyinə yazıldığı kimi, sizə də oruc buyuruldu ki, Allaha qarşı çıxmaqdan çəkinəsiniz" (Baqara, 183). Biz bu xalqlara hansı formada və şərtlər altında vəhy edildiyini deyə bilmərik. Bilinən odur ki, oruc bu və ya digər formada dünyanın istənilən dinində var. Bu ibadət dövrü dindarların həyatında vacib bir məqamdır. Orucun əsasında imtina durur - qida qəbulu ya tamamilə dayandırılır, ya da məhdudiyyət qoyulur. Dindarlar bu ibadəti yerinə yetirməklə ruhi və fiziki təmizlənməyi hədəfə alırlar.

On bir ayın sultanı

Ramazan ay təqviminə görə ilin doqquzuncu ayının adıdır. "Rumuz" sözündəndir, günəş, isti deməkdir. Ayların adı dəyişiləndə Ramazan isti vaxta düşdüyündən, ona bu adı qoyublar. Islam inancına görə, Ramazan ayların ən üstünü, on bir ayın sultanıdır. Çünki Müqəddəs Kitabımız bu ayda endirilib: "Insanlara yol göstərən, doğru nədir, əyri nədir - ayırd edən Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman ayı gördü, oruc tutsun. Kim xəstədirsə, yaxıd yol üstədirsə, oruc tutmadığı günlərin əvəzini başqa bir vaxt çıxmalı. Allah işinizi asanlaşdırmaq istər, çətinləşdirmək istəməz. Orucu başa vurub tamamlamağınızı, doğru yol üzrə Onu ucaltmağınızı istəyər. Umulur ki, şükür edəsiniz" (Baqara 185). Peyğəmbərimizin Mədinəyə hicrətinin ilk illərində müsəlmanlar ayda üç gün, bir də aşura günü oruc tutarlarmış.

Hicrətdən bir il yarım keçdiyi vaxt, qiblə dəyişməsindən sonra şaban ayının onunda oruc fərz qılınıb. Deyilənə görə, bu, Bədr savaşından sonra olub.

Ramazan Allahın lütf və rəhmət qapılarının açıldığı aydır. Peyğəmbərimiz orucluq vaxtı könüldən edilən dua, ibadət və yaxşılıqların Allah qatında daha keçərli olacağını söyləyib. Əbu Hamid əl-Qəzali orucun üç növü olduğunu yazır. Avamın orucu. Qəzaliyə görə, bu oruc yemək, içmək və intim münasibətdən imtinadan ibarətdir. "Avam" dedikdə adi insanlar nəzərdə tutulur. Xas adamların orucu. Bu tipdə yuxarıdakı yasaqlara əməl edilməklə yanaşı üstəlik göz, qulaq, dil, əl və digər orqanları da günahdan qoruyaraq oruc tutulur. Üçüncü isə peyğəmbərlərin, siddiqlərin, müqərriblərin (yaxınlaşdırılmışların) orucudur. Onlar yuxarıdakı şərtlərə əməl eləməklə yanaşı, üstəlik qəlblərini də dünya ilə bağlı düşüncələrdən təmizləyər, masivanı (Allahdan başqasını) düşünmür, düşündükdə oruclarını pozulmuş sayırlar ("Ehyayi-ülumiddin", I cild, səh 602).

Günahların bağışlandığı ay

İnsan orucu mədə ilə yemək arasında hicran, iftarı isə həsrətlilərin vüsal dəmi kimi dərk edə bilər. Amma bu cür bəsitləşdirilməsə, daha yaxşıdır. Ramazan oruc tutan adamın il ərzində yol verdiyi bağışlanması mümkün olan kiçik günahların təmizlənməsində mühüm rol oynayır. Bu ayda insan öz ağlını, şəxsiyyətini, şüurunu, həyatını Quran üzrə inşa eləmək üçün fürsət qazanır. Yəni oruc səhər "fəcrin ağ ipliyi qara ipliyindən seçiləndən" axşamacan ac-susuz qalmaqdan, nəfsinə xoş gələn şeylərə "yox" deməkdən ibarət passiv bir ibadət növü deyil. O həm də davranışlarına adi günlərdən fərqli bir gözəllik qatmaqdır. Eyni zamanda introspeksiya - öz daxili aləmini gözdən keçirmə və özünə tənqidi yanaşma zamanıdır. Ramazanda insan il boyu müxtəlif situasiyalardan uğurla çıxmaq üçün öz ruhunu akkumulyasiya edir, pozitiv enerci toplayır. Şəhvani duyğularını ayaqlar altına alır, heyvani və cismani olanı yenir, özündə mələklik keyfiyyətlərini üzə çıxarır. Orucu dərindən yaşayanlar üçün bu, bir zövq mənbəyidir.

Orucun insan orqanizminə xeyri

Ramazanda tutulan oruc mənəvi sağlamlığa yol açdığı kimi bədən üçün də faydaları var. Ramazanda yeməyin miqdarının azalmasının qara ciyər, piylənmə kimi xəstəliklərə tutulanlar üçün faydası var. Orucluq zamanı mədə-bağırsaq sistemi istirahət edir. Tibb mütəxəssislərinin fikrincə, insan nə qədər yeməyinə fikir versə də, əgər arada bir toksinlərdən təmizlənməsə, lazım olan faydanı əldə edə bilməz. Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur. Insan elə yaradılıb ki, bədəndə yeməyə ehtiyac əmələ gələndə və o olmayanda orqanizm daha çox ehtiyac duyulan maddələri həzm etməyə başlayır. Beləliklə, depolanmış piylər, toksinlər zərərsizləşdirilir. Bu yolla insan revmatizm, ilkin mərhələdə olan şəkər xəstəliyi, piylənmə, miqren və s. kimi xəstəliklərdən qurtulur.

Proteinlər aləminə səyahət

Canlıların yaşaması üçün proteinlərin çox böyük həyati əhəmiyyəti var. Onların hüceyrə içində istehsalı heç bir başqa istehsal prosesi ilə müqayisə edilməycək dərəcədə mükəmməldir. Proteinlər hüceyrələrə mesacları daşıyır, onları dəyərləndirir, hüceyrəyə giriş və çıxışları nəzarətə götürən, kimyəvi prosesləri sürətləndirən də onlardır. Proteinlərin çox tanınanlarından biri hemoqlobindir. O, qandakı oksigeni toxumalara daşıyır. Transferin qanda olan dəmiri daşıyır, immunoqlobinlər vücudu bakteriya və viruslardan qoruyur. Fibrinogen və trombin qanın laxtalanmasını təmin edir. Bəzi canlılarda onların həyat şəraitinə uyğun zəruri protein növü olur. Məsələn, bəzi balıqlarda antifriz proteini var ki, o, balıqların qanını donmağa qoymur.

Orucu pozan əməllər

Namaz və digər ibadətləri bilməyən və etməyənlər də oruc tuta bilər. Ramazan orucunda niyyət yalnız Allah rizası olmalıdır.

Oruc tutan şəxs sübh azanı verilən axşam azanına qədər bir neçə əməldən çəkinməlidir.
Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.

Yemək, içmək, siqaret çəkmək, intim əlaqə, hər cür qatı toz və tüstünü udmaq (narın un tozu, siqaret tüstüsü, su buxarı və s), qəsdən qusmaq (qeyri-ixtiyari olaraq istisnadır), bədənə imalə etdirmək, qəsdən Allahın, peyğəmbərlərin və imamların adından yalan danışmaq, Quran ayələrini bilə-bilə səhv oxumaq, yalan hədislər söyləmək, qeybət etmək, ağız, burun və qulaq dəliklərindən bədənə su keçməsi orucu batil edir. Ağız suyunu udmaq orucu pozmaz. Ancaq bəlğəmi udmaq olmaz. Orucluqda qan, su, yaxud dərman udmadan, diş çəkdirmək olar.

Xəstələnmiş şəxs təyinatlı ampulalar istisna olmaqla, müalicə üçün iynə vurdura bilər.
Qeyri-ixtiyari olaraq, yaxud oruc tutduğunu unudaraq yemək dadmaq orucu pozmaz.
Gecə orucu açmadan, səhər də yemədən iki gün ardıcıl oruclu olmaq məsləhət deyil.
Orucu su və xurma ilə açmaq bəyənilir.

Oruclu olanın xeyirli işlər, yardımlar etməsi müstəhəbdir.

Oruc tutan müsəlman, ağıllı və həddi buluğ yaşında olmalıdır (uşaqlara fərz deyil, amma tuta bilərlər).

Xəstə və səfərə gedənlərə oruc fərz deyil (amma bir ziyanı olmazsa tuta bilərlər).

Allah orucunuzu, ibadətlərinizi və dualarınızı qəbul etsin!


BiG.Az
Telegramda izləyin
İslam   Baxılıb: 6767   Tarix: 24 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

TOP MP3