Azərbaycanda övladlarını təhsildən yayındıran valideynlər həbs edilə bilər? - AÇIQLAMA

Azərbaycanda övladlarını təhsildən yayındıran valideynlər həbs edilə bilər? - AÇIQLAMAİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Yetkinlik yaşına çatmayan qızların ailələri tərəfindən məcburi evləndirilməsi bütün zamanlar üçün aktual olub. Gündən-günə qloballaşan dünyamızda əfsus ki, 15 yaşında yeniyetməni ailə həyatı qurmağa təhrik edən valideynlər var. Təzadlı vəziyyət bununla da yekunlaşmır. Sözügedən valideynlər övladlarını ailə sahibi kimi görmək istədiyindən onları təhsildən də yayındırırlar. Qeyd edək ki, son günlər Azərbaycanın bir neçə bölgəsində 15-16 yaşlı yeniyetmə qızların erkən yaşda nikaha cəlb edilməsi ilə bağlı xəbərlər gündəmdən düşmür. Bəs övladlarını təhsildən yayındıran valideynlərin azadlıqdan məhrum edilməsi məsələsi aktuallaşa bilərmi?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, nikah yaşına çatmayan qızları molla kəbini ilə evləndirmə ənənəsi hələ də davam edir:

"Erkən yaşda nikahla bağlı qanun mövcud olsa da, tətbiq edilməsi üçün ictimai qınağın güclənməsi mütləqdir. Bu cür ailə həyatı quran qızlar ailə münaqişəsi baş verən zaman çarəsiz vəziyyətdə qalırlar. Çünki qızın nə təhsili, nə də rəsmi nikahı olur. Ona görə də yeniyetmələri təhsildən yayındırmaq olmaz.

Rayon və kənd məktəblərində keçirilən monitorinqlərin nəticəsi onu göstərir ki, nəinki qızlar, heç oğlanlar da məktəbə getmir. Bu, yolverilməz hal olmaqla yanaşı, cinayət məsuliyyəti də daşıyır. Əksinə, valideynlər özləri qız uşaqlarını ali təhsil almağa təhrik etməlidirlər. Bu halda gələcəkdə qarşılaşdıqları uğursuzluqlar zamanı öz ayaqları üstündə durmaq imkanları olacaq".

Deputat Jalə Əliyevanın sözlərinə görə, övladlarını erkən yaşda nikaha məcbur edən və onları bu yolla təhsildən yayındıran valideynlərə cinayət məcəlləsinin müvafiq maddələri ilə cəza və cərimələr tətbiq olunur:

"Qanunda edilən yeni dəyişikliyə əsasən, bir sıra məcburi halları nəzərə alaraq, nikah yaşı 17-ə qədər enə bilər. Buna valideynlərdən birinin və ya ikisinin ağır xəstə olması, həmçinin, ailədaxili itkilər aiddir. Ancaq görünən odur ki, bəzi valideynlər dövlətin qəbul etdiyi bu qərardan sui-istifadə edirlər. Əgər bu hallar artmağa davam edərsə, cəzalarda sərtləşdirilmə olacaq.

Unutmayaq ki, təhsil üzərində qurulan ailələr həm sağlam olur, həm də o ailədə dünyaya gətirilən uşaqların gələcəyi daha güclü sütunlar üzərində qurulur.

Məlumdur ki, dövlət bu yolda xüsusi qaydalar, qanunlar qoymaqla yanaşı maarifləndirmə tədbirləri də aparır. Ancaq cəmiyyətimizdə ictimai qınağın qanunlardan daha təsirli olduğunu nəzərə alsaq, deyə bilərik ki, məsələnin həllinin digər yolu da həmin valideynlərin ictimai qınağa tuş gəlmələridir".

Samirə Qasımova

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

Azərbaycanda övladlarını təhsildən yayındıran valideynlər həbs edilə bilər? - AÇIQLAMA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

11.11.2026 292
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.