"Tvindemiya" yeni virusdur? - AÇIQLAMA
Artıq 2 ilə yaxındır ki, dünya "COVID-19" xəstəliyi ilə mübarizə aparır. Bu bəla bitmədən digər adlarda viruslar aşkarlanır, alimlər yeni bir təhlükədən, ikiqat zərbədən qorxurlar. Əgər 90% ölkələrdə gözlənilən dördüncü dalğa mövsümi qrip, soyuqdəymə, respirator viruslar dalğası ilə qarışıb, üst-üstə düşsə, "Tvindemiya" – yəni ikiqat pandemiya baş verə bilər. Belə bir ssenari nə vəd edir, alimlər hansı xəbərdarlığı edirlər? Proqnozlara görə, bu hal bir çox ölkələrdə xəstə və ölənlərin sayını 2-3 dəfə artıracaq, səhiyyə yüklənəcək, kimin "COVİD", kimin qrip olmasını aydınlaşdırmaq çətinləşəcək və vəziyyət kəskinləşəcək.
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O, bəzilərinin "Tvindemiya" terminini səhvən yeni virus kimi anladıqlarını qeyd edib:
""Tvindemiya" terminini işlədə bilməyimiz üçün 2 müəyyən törədicinin eyni zamanda pandemiya törətməsi lazımdır. Qrip və digər qripəbənzər respirator infeksiyalar mövsümi şəkildə həmişə olub, lakin uzun illərdir ki, bu viruslar pandemiya həddinə çatmayıb. Buna görə də sözügedən xəstəliklərin ortaya çıxmasına normal yanaşılmalıdır və "qoşa pandemiya"dan danışmağa heç bir əsas yoxdur.
Bəli, qapanmalara gedilməməsi bu cür virusların törətdiyi xəstəliklərin də artmasına və koronavirusun differensial diaqnozunun çətinləşməsinə gətirib çıxara bilər. Amma bunun da çarəsi var. Həkim-infeksionistin işi də elə budur. Xəstəliklərin bir-birindən fərqli simptomları olur və digər fərqləndirici müayinə metodları ilə bunları ayırmaq mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1161 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDublində keçirilən Avropa Siyasi Birliyi sammiti: dəyişən dünya nizamı və Azərbaycanın artan strateji əhəmiyyəti
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşdiyi, qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı və dövlətlər arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət qazandığı bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti diqqət mərkəzindədir. Noyabrın 12-də İrlandiyanı
12.11.2026 219 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
12.11.2026 227 Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzu mərcdə udulan pulun məhkəmə yolu ilə tələb edilməsiylə bağlıdır. Mərcə girib, udduğumuz pulu qarşı tərəf vermirsə, məhkəmə yolu ilə onu ala bilərik?. xəbər verir ki, Mülki Məcəllənin 1084-cü maddəsinə əsasən, lotereyalar, idman mərc və lisenziy
12.11.2026 217 Dublin sammiti: Azərbaycanın artan beynəlxalq nüfuzu və Avropanın gələcək təhlükəsizlik strategiyası
Avropanın siyasi gələcəyi, təhlükəsizlik arxitekturası, iqtisadi dayanıqlılığı və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər baxımından mühüm əhəmiyyət daşıyan Avropa Siyasi Birliyinin (ASB) növbəti sammiti bu gün - noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işə başlayır. Avropanı
12.11.2026 235 2027-cı ildə Bakıda mənzil qiymətləri artacaq, yoxsa düşəcək?
Mənim qənaətimə görə, 2027-cı ildə Bakı daşınmaz əmlak bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi üçün fundamental iqtisadi əsaslar hələlik kifayət qədər formalaşmayıb. Daha real ssenari mənzil qiymətlərinin artımını davam etdirməsi, lakin bu artımın bazarın ayrı-ayrı seqmentlərində fərqli templərl
12.11.2026 278 Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib. "Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu - yüz milyardlarla dolları və boğazın
12.11.2026 190 Lənkəranda bir ailənin üzvləri plov və pomidor turşusundan zəhərləndi - Yenilənib
Lənkəran rayonunda kütləvi zəhərlənmə olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu gün 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlardan 3-ü azyaşlıdır. İlkin məlumata görə, zəhərlənən şəxslərin hamısı Osaküçə kənd sakinləridir. Onları
12.11.2026 248 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi
Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl
12.11.2026 217 Alimlər plastikdən almaz əldə etməyin yolunu tapdı
Plastik butulkaların hazırlanmasında istifadə olunan materialdan laboratoriya şəraitində almaz əldə etmək mümkün olub. Almaniyalı fiziklər güclü lazer şüası vasitəsilə PET plyonkasını nanodiamantlara çevirməyə nail olublar. Qaynarinfo xəbər verir ki, Almaniyanın Drezden şəhərindəki Helmholts Mərkəzini
12.11.2026 137