Tahir Mirkişili: "Prezidentin artırdığı sosial ödənişlər qiymət artımını xeyli üstələyəcək"

Tahir Mirkişili: "Prezidentin artırdığı sosial ödənişlər qiymət artımını xeyli üstələyəcək"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dünən Azərbaycanda Tarif Şurasının qaz və elektrik qiymətlərində etdiyi dəyişikliklərin təbii olaraq cəmiyyətdə, sosial şəbəkələrdə müəyyən müzakirələrə səbəb olması və Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə bağlı "Report" İnformasiya Agentliyinə müsahibə verib.

Onunla söhbəti təqdim edirik:

- Azərbaycanda qazın, elektrikin qiymətinin artırılmasına ehtiyac yaranmışdımı?

- Azərbaycanda qazın illik istehlakı 11mlrd m3 ətrafındadır. Dövlətin (SOCAR-ın) hasil etdiyi qazın həcmi 6 mlrd m3 -ə yaxındır. Neft hasilatından əldə olunan səmt qazının həcmi isə 2mlrd m3-ə yaxındır. Çatışmayan (11-6-2=3) 3mlrd m3 isə dövlət konsorsiumdan (Şahdəniz-red) alır.

Dövlət (SOCAR) özünün hasil etdiyi qazı Azərkontrakta 1m3-u 75 manatdan (44 $) verirdi, bu rəqəm qazın hasilatına çəkilən xərci ödəmirdi, buna görə də SOCAR-n satış qiyməti 1m3 üçün 90 manat (53 $) oldu.

Neft hasilatından əldə olunan səmt qazı Azərbaycana pulsuz verilsə də, bir çoxlarının anladığı kimi bu qazın istehlakçıya çatdırılmasının da pulsiz başa gəlməsi anlamına gəlməməlidir. Çünki qaz pulsuz olaraq dənizdə "quyu başında" verilir, bu qazı sahilə nəql etmək, təmizləmək, saxlamaq və istehlakçıya çatdırmaq üçün xeyli xərc çəkmək lazım olur.

"Şahdəniz" konsorsiumunun qazı Azərbaycana satmaq və ya ucuz satmaq kimi bir öhdəliyi yox, xarici şirkətlərin iştirakı ilə qurulan bu konsorsiumun əsas məqsədi qazı baha satmaq, ixrac etmək və yüksək gəlir əldə etməkdir. Biz də onlardan çatışmayan qazı bazar qiymətləri ilə alırıq, dünya bazarında qazın qiyməti isə neft qalxdıqca o da qalxır, 1m3 u 500-700-2 000 $ ətrafında dəyişir. Qiymət fərqinə fikir verin.

Yəni, Azərbaycanda əhaliyə və biznes sektora satılan qazın satış qiyməti alış və ya maya dəyərindən xeyli yüksəkdir. Bu problem indiyə qədər dövlət büdcəsindən (vətəndaşların pulundan) subsidiya ödəməklə həll olub. Amma subsidiya daimi ola bilməz. Hazırda büdcə qarşısında xeyli tarixi vəzifələr var, bərpa, quruculuq işləri, təhlükəsizlik və s. kimi mühüm çağırışlar mövcuddur. Ona görə də, müasir bazar iqtisadiyyatı yolu seçildi - satış qiymətləri artırılaraq zərərə yol verməmək yolu seçildi. Bununla yanaşı, idarəetmənin təkmilləşdirilməsi, xərclərin azaldlılması istiqamətində də iş gedir, amma bu bir az vaxt alacaq.

- Bəs bu artım ailələrə nə qədər təsir edəcək?

- Aparılan təhlillər göstərir ki, qaz istehlakında (qiymətin artdığı sektorda) əhalinin orta aylıq çeki 9 manatdır. Elektrik istehlakında isə orta aylıq çek 16 manatdır. Təqribən qiymətlərin orta hesabla 20% artdığını nəzərə alsaq, qiymət dəyişmələri bir ailəyə orta hesabla ayda 5 manat əlavə xərc yaradacaq. Bu birbaşa təsirdir. Təbii ki, müəyyən qədər inflyasiyanın artması, istehsal və xidmət müəssisələrində də müəyyən qədər qiymətlətin artması baş verəcək.

- Bu təsiri dövlət yumşaladacaqmı?

- Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman Azərbaycan vətəndaşı dayanıb. O, bunu tarixin bütün anlarında sübut edib. Dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq hissəsi, əlavə gəlirlər daim vətəndaşların sosial vəziyyətinin daha da güclənməsinə yönəldilib. Dövlət qarşısında duran nəhəng və çətin layihələrin maliyyə tələblərinə baxmayaraq Prezident İlham Əliyev dünən "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncam birbaşa 2 milyona yaxın insanı əhatə edəcək.

Milli Məclisə daxil olacaq 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesad edirəm ki, əhalinin gəlirlərinin (maaş, pensiya, təqaüd və s) xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə əhalinin xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək.

Qeyd etmək istərdim ki, ölkədə idarəetmənin təkmilləşməsi, maliyyə şəffaflığı, büdcə vəsaitlərinə edilən qənaət, zərərlə işləyən sahələrin zərərdən çıxarılması dayanıqlı iqtisadi artım modeli qurmaq yolunda atılan mühüm addımlardır. Dayanıqlı iqtidadi artım modelinim isə son məqsədi vətəndaşların daha yaxşı və təhlükəsiz yaşayışını təmin etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1384   Tarix: 17 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

11.11.2026 292
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.