Yaxın günlərdə yenidən onlayn təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır

Yaxın günlərdə yenidən onlayn təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır"Əgər qabaqlayıcı tədbirlər alınmazsa, vətəndaşlar şəxsi gigiyena qaydalarına riayət etməzlərsə, yenidən distant formada təhsil sisteminə qayıda bilərik".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil
üzrə ekspert Elçin Əfəndi deyib. O, bildirib ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etməlidirlər: "Hazırki dövrdə biz artıq virusa yoluxma halının tədricən artan temp üzrə dinamikasını görürük. Eyni zamanda buna müvafiq olaraq bəzi təhsil müəssisələrində şagird və ya müəllimlərin yoluxmasını, hətta ölüm faktı da müşahidə edirik. Təsadüfi deyil ki, bu gün də bir neçə universitetdə qruplar üzrə lokal formada distant tədrisə keçmə oldu. Eyni zamanda 20 saylı orta məktəb, 14 günlük karantinə keçdi. Bütün bunlar onu deməyə əsas verir ki, əgər qabaqlayıcı tədbirlər alınmazsa, 12 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası olunması mərhələsi bir qədər yubanarsa o zaman qarşıdakı dövr ərzində ola bilər ki, artıq təhsilin müəyyən pillələri üzrə tədricən qapanmaları müşahidə edək. Bunların olmaması üçün isə yaxşı olar ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etsinlər".

Ekspertin sözlərinə görə, belə davam edərsə, məktəblərdə yoluxmaların sayının artması qaçınılmazdır: "Onu da qeyd edim ki, hər bir ailədən təhsilə bağlı olan bir şəxs var. Yəni bu, ola bilər ki, gənc ailədir, baxçaya gedən övladı var. Yaxud da məktəbə gedən uşağı var, ola bilər ki, orta yaşlı nəslin nümayəndəsidir. Bunun içərisində müəllimi, tələbəsi var. Yəni demək olar ki, hər kəsin təhsilə bağlılığı var. Təhsil müəssisələrində yoluxma faktı olduğu halda bu, daha da geniş vüsət alır. Çünki təxminən 2 milyondan çox vətəndaş, demək olar ki, təhsil sektoru ilə birbaşa bağlıdır. Belə olan halda yoluxma daha da arta bilər. Yəni məsələyə qeyri-ciddi yanaşılarsa, gündəlik yoluxma sayını biz bu gedişlə, hətta 5-6 min həddinə qalxa biləcəyini də müşahidə edə bilərik. Bu isə yolverilməzdir. Bunun da qarşısını almaq üçün müvafiq qaydalara riayət etmək hər bir vətəndaşdan tələb olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2490   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

11.11.2026 292
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video

Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on

11.11.2026 240
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 159
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 301
.