Artıq 1 ildir ki, Qubadlı azaddır
25 oktyabr 2020-ci il azərbaycanlının uzun illər həsrətini çəkdiyi daha bir yurd yerinin - Qubadlının işğaldan azad olunduğu gün kimi tariximizə yazıldı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində daha bir qələbə gününün sevincini yaşadı. 30 ilə yaxın bir zamanda öz ata–baba yurdlarından didərgin düşən, min-bir mərhumiyyətlə üzləşən, vətən həsrəti, yurd həsrəti ilə yaşayan Qubadlı sakinləri, bütövlükdə xalqımız Ali Baş Komandanın qətiyyətli siyasətinin, yorulmaz fəaliyyətinin növbəti uğurlu məntiqi nəticəsinə şahidlik etdi. 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatına cavab olaraq Ali baş Komandanın əmri ilə əks hücüm əməliyyatına başlayan ordumuz bir-birinin ardınca uğurlu döyüş əməliyyatları həyata keçirərək işğal altında olan ərazilərimizi kənd-kənd, rayon-rayon azad edərək düşməni geri çəkilməyə məcbur edirdilər.
31 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan qədim Azərbaycan torpağı olan Qubadlı rayonu münbit torpaqları, zəngin təbiəti, qədim tarixi və mədəni abidələri ilə yanaşı faydalı qazıntıları ilə də məhşur idi. Belə ki, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal dövründə mənfur düşmən yaşayış məntəqələri, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət ocaqları ilə yanaşı, təbii sərvətlərimizi, faydalı qazıntılarımızı da talan etmişdi.
20 oktyabr 2020–ci il tarixində Zəngilan rayonu işğaldan azad olunandan sonra ordumuz Ermənstan Respublikası ilə 120 km sərhəddi olan Qubadlı rayonunu azad etmək üçün hərəkətə keçdi. Düşmənin hərbi birləşmələri güclü istehkamlar qurmalarına, strateji yüksəkliklərdə yerləşmələrinə baxmayaraq, ordumuz inamla döyüşlərə girdi. Qubadlını daha az itki ilə tez bir zamanda düşmən tapdağından azad etmək üçün Azərbaycan Ordusu xüsusi peşəkarlıq və fədakarlıq göstərərək ilk növbədə şəhər ətrafındakı hakim yüksəklikləri, ətraf kəndlərin düşməndən azad etdi. Oktyabrn 25–də isə ordumuz Qubadlı şəhərini düşməndən azad etdi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçüsü Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 26 noyabr 2020-ci ildə təsiss edilmiş "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər. 23 dekabr 2020-ci ildə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 27 ildən sonra qədim Azərbaycan torpağı olan Qubadlımızda üçrəngli bayrağımızı ucaltdı. Qubadlının işğaldan azad olunması ordumuzun döyüş əzminin, gücünün göstəricisi idi. Bu qələbə xalqımızı illərlə həsrətində olduğu Böyük Qələbəyə daha da yaxınlaşdırdı.
Könül Əfəndiyeva – YAP üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1506 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər
11.11.2026 193 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
11.11.2026 292 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 Zəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11.11.2026 345 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
11.11.2026 240 Sabah 16° isti olacaq
Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ
11.11.2026 293 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
11.11.2026 159 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 422 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 301