Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATITərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

30 yaşlı Elmidar Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elmidar Ələsgərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi fevral ayında Tərtər rayonun Buruc kəndində baş verib.

Məhkəmə araşdırması zamanı qətlin təfərrüatları məlum olub.

Elmidar Ələsgərov qətli namus üstündə törtədiyini iddia edir. O da məlum olub ki, bacısı Elmidardan bağışlanmasını istəsə də buna məhəl qoymayıb.

Törətdiyi əmələ görə peşman olmadığını deyən Elmidar Ələsgərov söyləyib ki, bacısı Aynur əvvəlcə Vüsal adlı şəxslə ailə həyatı qurub.

Onun sözlərinə görə bacısı rəsmi nikahda olduğu müddətdə Rəsul adlı şəxslə tanış olub və onunla arasında münasibət yaranıb.

"Vüsal bundan xəbər tutan kimi bacımdan ayrıldı. Rəsulla münasibəti olan zaman bacım onu bizim evə dəvət edib. O vaxt mən Qubada idim. Bizim evdə bunlar arasında münasibət olanda atam görüb. Rəsul evdən paltarsız qaçıb. Polisə məlumat vermişdik. Bacım izahatında Rəsulu özünün dəvət etdiyini demişdi"- deyə Elmidar ifadəsində göstərib.

Elmidar deyib ki, daha sonra bacısı Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə gedib: "Mən Rəsula zəng elədim. Dedim ki, qarşıma çıxsanız, ikinizi də öldürəcəm. O zaman Rəsul Rusiyaya getdi. Bacım onun ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsul qayıdandan sonra bibisi mənə zəng elədi. Dedi ki, bacım yol kənarında ağlayır. Ona elə bir bacım olmadığını dedim. Sonra o qadına zəng edib öyrəndim ki, Rəsul bacımı döyübmüş, Aynur da getməyə yeri olmadığı üçün yolda dayanıb".

Hadisə baş verən gündən danışan Elmidar bildirib ki, bacısı evlərinə barışığa gələn zaman onu öldürüb.

Məlum olub ki, Rəsul valideynlərini, qardaşını, bibisini və 7 yaşlı oğlunu götürərək Elmidargilin evinə gəlib. Məqsədləri barışıq edib Aynurla evlənmək olub. Amma Elmidar heç cür bununla barışmayıb. Hətta Elmidarın atası da barışığa razı olduğunu bildirib.

Elmidar məhkəmədə bunları deyib: "Aynurun sənədlərini istədilər ki, nikah etsinlər. Amma mən sənədləri gizlətdim. Onlar evdə çay içəndə mətbəxdə idim. Aynur yanıma gəlib üzr istədi, qarşımda diz çökdü ki, onu bağışlayım. Cibimdən bıçağı çıxarıb Aynurun kürəyindən vurdum. Ölməyəcəyini düşündüm. Buna görə də ürəyindən də vurdum. Axırda da boğazını kəsdim".

Bununla da ürəyi soyumayan Elmidar səsə gələn Rəsula da bıçaq zərbələri endirib, amma onu öldürməyə macal tapmayıb.

Məhkəmə zərərçəkmiş kimi tanınan Rəsul Paşayev də ifadə verib. O, əvvəlcə Aynurla necə tanış olmasından danışıb:

"Aynurla təxminən 2 il əvvəl Bərdə rayonunda təsadüfən tanış olmuşduq. Aynur əvvəllər Vüsal adlı şəxslə evli olduğunu, boşandığını dedi. Mən də əvvəl evli olmuşdum. Düşündüm ki, Aynur da mənə uyğun biridir. Nömrəsini götürdüm, danışdıq".

Rəsul Paşayev Aynurgilin evlərinə getdiyini etiraf edib. Sonra isə bildirib ki, bütün bu olanlardan sonra dəfələrlə barışıq üçün cəhdlər edib. Lakin hər dəfəsində Elmidar onları öldürəcəyini deyib.

Hadisə günü yaşananları danışan Elnur qeyd edib: "Aynurun atasına zəng edib barışmaq istədiyimi, Aynurla evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Aynurun səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb".

Qeyd edək ki, Elmidar xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə ittiham olunub./Musavat.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2357   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

11.11.2026 292
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.