Şuşada doğuldu, amma Şuşaya çata bilmədi - Qəhrəman şəhidimiz Şəhriyar Quliyev - VİDEO

Şuşada doğuldu, amma Şuşaya çata bilmədi - Qəhrəman şəhidimiz Şəhriyar Quliyev - VİDEOŞuşada doğuldu, amma Şuşaya çata bilmədi. 3 yaşına kimi Ağdamın Xaçındərbənd kəndində yaşadı, amma o kəndin də azadlığını görmədi. Ən böyük arzusu idi, ata-anası ilə birgə evlərinə geri dönsün, sonra da Şuşanı ziyarət edib, doğulduğu torpağın həsrətini içinə çəksin. Lakin Şəhriyar Quliyev Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi. Onun arzusunu valideynləri çin etdilər. Onlar əməkdaşımız Ülkər Qasımqızı ilə birgə dədə-baba yurdu olan Ağdama gedib, daha sonra Şuşanı ziyarət etdilər.

Camal və Ramal hələ çox balacadır.Bu səbəbdən də onları özümüz ilə götürə bilmirik. Şəhid ataları kimi biz də onları analarına əmanət edib, yollanırıq Qarabağa. Yolumuz üzü Ağdamadır, qıyıq gözlü, sərt baxışlı Şəhriyarın 2 yaşına kimi yaşadığı "Xaçındərbənd" kəndinə. Tək deyilik, Şəhriyarı dünyaya gətirən ana, halal zəhməti ilə böyüdən ata, çiyin-çiyinə vuruşduğu səngər yoldaşı və 1 ildir ki tək qalan qardaşı da bizimlədir. 365,430,431

Ya Allah deyib, çıxdığımız bu yolun sonu bizi "Xaçındərbənd"ə qovuşduracaq. Həsrətdəndir nədir bilmirəm, yol heç bitmir. Qubardan ürəyi dağ boyda olan ana,atanın ürəyi elə indi də dağ boydadır, ancaq bu dəfə qürurdan. Axı yurda gedirik. Bayaqdan həsrətlə axtardığımız o lövhəni gördük deyəsən. Və biz artıq illərdir həsrətini çəkdiyimiz Xaçın gölünün düz üstündəyik.

Gecikmədən kəndə çatmalı,doğma yurdu tapmalıyıq. Çox az məsafə qalıb. Piyada qalxdığımız bu yolun üzərindəki evlərdən biridir ata yurdu,amma hansı?

Şəhid balasını 2 yaşında bu evdən güclə çıxarıb ana. Başı açıq, ayağı yalın qoynuna basdığı körpəsini o zaman düşməndən qoruya bildi.

Hələlik, sağ ol deyib, doğma yurd ilə vidalaşırıq. Lakin bu dəfəki ayrılıq bir balaca niskilli oldu. Yaşlı insanlar mina təhlükəsinə görə, illərdir bu torpaqda uyuyan doğmalarını ziyarət edə bilmədilər. Aldığı güllər əlində, bala dərdi ürəyində bir ana, cah-cəlallı yurdunu viran görən bir ata ilə Ağdama hələlik deyib, davam edirik. Bu dəfə yolumuz Zəfər yolu, istiqamətimiz isə Şuşadır.

Şuşa bizi günəşli qarşıladı. Düzlərində çiçək də bitirmişdi ki, şəhid anası toplasın.

Şəhriyar Şuşada doğulsa da, Şuşaya çatmadı. Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanan qəhrəmanımız Şuşanı döyüş yoldaşlarına əmanət edərək, şəhadətə yüksəlir.

Şəhid izli Cıdır düzündən ayrılıb, Yuxarı Gövhər Ağa məscidində bütün şəhidlərimizin ruhuna dua da etdik.

Şuşa qalasına getməsək, Xarı bülbülü görməsək olmazdı.

Və beləcə bizə ayrılan vaxt burada sona çatdı. Sağollaşmırıq, hələlik deyib, Şuşamızdan da ayrılırıq.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1610   Tarix: 24 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11.11.2026 345
.

Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər

Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər

11.11.2026 292
.

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa

11.11.2026 200
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

11.11.2026 230
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 280
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

11.11.2026 283
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

11.11.2026 293
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.