Nərminin qətli ilə bağlı yeni faktlar: Kəndə gələn naməlum şəxslər kimlər olub?

Nərminin qətli ilə bağlı yeni faktlar: Kəndə gələn naməlum şəxslər kimlər olub?Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Nərmin Quliyevanın bacısı Şəbnəm Quliyeva şahid qismində ifadə verib.

Şəbnəm Quliyevanın sözlərinə görə, hazırda 8-ci sinif şagirdidir, 14 yaşı var. Qeyd edib ki, 2019-cu il noyabrın 21-də bacısı Nərminin itkin düşdüyü gün kənddə tanımadığı maşın və içərisində olan iki kişi yolda saxlayıb: "Mən də evimizə aparmağı təklif etdilər. Lakin həmin şəxsləri tanımadığıma görə maşına minməkdən imtina etdim".

Şəbnəm Quliyeva qeyd edib ki, bundan sonra bacısının arxasınca əmisigilə gedib və bacısının orada olmadığını biləndə evlərinə qayıdıb: "Həmin gün Nərmin dərsdən məndən tez gəlmişdi. Atam gödəkçəni əmimgilə aparmağımızı, əvəzində başqa gödəkçəni gətirməyimizi istədi. Günorta saat 2-3 arası olardı. Mənim dərslərim vardı deyə Nərminə dedim ki, o getsin. 1-2 saat keçdi, Nərmin qayıtmadı. Atam məni də onun arxasınca göndərdi.

Əmimgilə getdim, dedilər ki, Nərmin 1 saat olar gedib. Qayıdanda yolda bir sarı taksi dayandı, içində iki nəfər vardı. Mənə dedilər ki, otur, aparaq səni. Tanımırdım deyə, getmədim. Mən kənd adamlarının əksəriyyətini üzdən tanıyıram. Bir az sonra qonşumuz maşını saxladı, ailəsi də içində idi, onlarla getdim".

Azyaşlının sözlərinə görə, bu məsələni bacısı itkin düşdüyünü vaxt polisə deyib: "Polis şöbəsində mənə 5 nəfərə yaxın adam və maşınlar göstərdilər. Hadisə günü məni evimizə aparmağı təklif edən avtomobil olub-olmadığını soruşdular. Adamların üzü yadımda qalmışdı. Onlar deyildilər".

Şəbnəm Quliyeva bildirib ki, Nərmin itkin düşdüyü gün atası ilə birlikdə qonşu kəndə qohumlarının toy öncəsi təşkil etdiyi "ciyəraxşamına" getməli imiş: "Lakin Nərmin gəlib çıxmadığına görə həmin axşam atam ora tək getdi.

Bundan sonra bacımın arxaslmca əmimgilə getdim. Gördüm, bacım əmimgildə də yoxdur. Ata nəməgillə də maraqlandım, onlarda da yox idi. Fikirləşdik ki, yəqin ana nənəmgilə gedib".

Nərminin qətli ilə bağlı yeni faktlar: Kəndə gələn naməlum şəxslər kimlər olub?Şəbnəm Quliyeva bildirib ki, təqsirləndirilən İlkin Süleymanov onun atasının sinif yoldaşı olub: "Bu ailə ilə münasibətlərimiz yaxşı olub. Bir neçə dəfə bizə kitablar da verib. Nərmin və mən İlkini tanıyırdıq, balaca bacım yox. İlkinin ailəsi tərəvəz satırdı, ona görə onlara gedirdik. İlkinin özü ilə salamlaşırdıq, qaraqabaq adam idi. Amma anası ilə münasibətlərimiz yaxşı idi. Nərmin yerli kanallardan "Mədəniyyət"ə, futbola görə "İdman"a baxırdı. Türk kanallarına da baxırdı".

Şəbnəmin sözlərinə görə, bacısının boyu onun çiynindən idi.

Bacısının axırıncı dəfə evdən çıxıb əmisigilə gedəndə əynində yaşıl idman ayaqqabısı və qırmızı gödəkçə olduğunu deyən Şəbnəm onun başqa geyimlərini xatırlamayıb. İstintaqa ifadəsində isə o bildirib ki, bacısı əmisigilə getməmişdən az əvvəl məktəbdən gəlmişdi deyə əynində ağ köynək, qara ətək, ağ kalqotka vardı.

Bu məhkəmə prosesində Nərmin Quliyevanın qohumlarının (valideynləri, əmisi və bacısı) onun həmin gün geyimi ilə bağlı ifadələri arasında kəskin ziddiyyətlər var.

Azyaşlının ölümü ilə bağlı məhkəmə prosesini hüquq müdafiəçiləri, Ombudsman Aparatının nümayəndəsi də izləyir.

Məhkəmədən sonra jurnalistlərə açıqlamasında təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib ki, iş materiallarında qardaşının bu cinayətə aidiyyəti olmadığını sübut edən çoxsaylı faktlar, şahid ifadələri var: "Nərmin itkin düşən vaxt kəndə xüsusi it gətirmişdilər. Görünür, uşağın paltarının iyi əsasında onun izi ilə getmişdi. Uşağın olduğu evlərə - əmisigilə girmişdi, oradan çıxıb, onun getdiyi istiqamət üzrə getmişdi. Bir qədər sonra iz itmişdi. O iti bizim evin yanından da aparıblar. Lakin bizim evə girməyib. Bunu atası Şərif Quliyev dindiriləndə də dedi. Əgər uşaq bizim evdə olsaydı, it mütləq ora girərdi..."

Növbəti proses noyabrın 17-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3887   Tarix: 04 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

23:15 1
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 273
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

12:17 225
.

Sabah 16° isti olacaq

Noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağ

14:30 212
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

21:00 1
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

16:00 169
.

Məktəblər üçün texniki dəstək xətti açıldı

Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt

21:45 1
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

18:22 0
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11:29 236
.