"Şuşa, sən azadsan!" filmi təqdim olundu - Fotolar
Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunub.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, təqdimatda çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki,
Zəfər Günü ərəfəsində bir çox tədbirlər həyata keçirilir:
"Bugünkü tədbirin özəlliyi isə odur ki, əsgər və zabitlərimizin mövqeyini sənədli filmlə tarixi yaddaşa həkk etmək istədik. İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var, belə güclü Ali Baş Komandanı var. Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir".
"Şuşa, sən azadsan!" filminin rejissoru Cavidan Şərifov deyib ki, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən bir qrup yaradılıb: "Biz ön cəbhəyə ezam olunduq və maksimum dərəcədə döyüş zonasına yaxın olmağa, əsgər və zabitlərin igidliyi, mərdliyi ilə bağlı arxiv kadrlar çəkmək idi. Son getdiyimiz yer Şuşa oldu, ilk gördüyümüz XTQ qüvvələri idi, bu böyük qürur, şərəf hissi idi. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Orman Əliyev çəkdiyimiz kadrlara baxın dedilər ki, mütləq bir film hazırlamaq lazımdır".
Filmin prodüseri Orman Əliyev isə deyib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var.
Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı"nın diqqətçəkici məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunub. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman "Xüsusi təyinatlılar"ımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.
"Şuşa, sən azadsan!" filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.
Vətən müharibəsinə həsr olunmuş digər film olan "Biz" sənədli filmi də müharibə dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, bloqqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Azərbaycamfilm" kinostudiyası tərəfindən istehsal olunmuş "Biz" sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri isə Fariz Əhmədovdur.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2110 Tarix: 05 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 292 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 215 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11:54 245 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
22:00 1 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
21:45 1 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1