Niyə 2 doza "Sinovac" vurduranlar peyvənd olunmamış hesab edilir?-AÇIQLAMA
Türkiyəli mütəxəssislər 2 doza "Sinovac" peyvəndi vurduranların hazırda peyvənd olunmamış hesab edildiyini bildirirlər. Onlar qeyd edirlər ki, insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza "Sinovac" peyvəndi yetərsiz qəbul olunur.
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama verib.
O bildirib ki, 3 aya qədər "Sinovac"ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqayisədə olduqca aşağıdır:
"Hazırda Azərbaycanda da, qonşu ölkə Türkiyədə də ən geniş şəkildə tətbiq olunan vaksin "Sinovac"dır. Pandemiyanın əvvəlində onun effekti sübut olundu. Həqiqətən də yaxşı effekt verdi. Geniş tətbiq olunduğu ərazidə kəskin azalma müşahidə olunurdu.
Amma yeni variantlar bu vəziyyəti dəyişdi. Hazırda "Delta" və digər variantlarda "Sinovac"ın effektivliyi olduqca aşağıdır. 3 ayı ötmüş xəstələr tamamilə qorunmasızdırlar. 3 aya qədər isə "Sinovac"ın qoruma xüsusiyyəti digər vaksinlərlə müqaisədə yenə də olduqca aşağıdır.
Buna görə də inkişaf etmiş ölkələrdə bu "inaktiv" vaksinlər əvəzinə ""mRNT" və "Vektor" vaksinlərinə daha çox üstünlük verilir.
Azərbaycanda da bu vaksinlər var. Lakin geniş şəkildə tətbiq olunan vaksinlər bunlar deyil. Yaxşıdır ki, bizdə hər kəs özü könüllü şəkildə istədiyi vaksini seçə bilər.
Məsləhət görürəm ki, vətəndaşlar vaksinasiyada mümkün qədər "mRNT" və "Vektor" vaksinlərindən istifadə etsinlər. Bu vaksinlər daha yaxşı immunizasiya verir, daha uzunmüddətli qoruyucu xüsusiyyəti var. Lakin nə qədər yaxşı, effektiv hesab edilsə də, hətta "Pfizer" vurduranlar da 6 aydan sonra tam qorunmamış sayılırlar. Həmin şəxslərin immuniteti olduqca zəifləyir və onlar yenidən gücləndirici "buster" dozanı da almalıdırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1391 Tarix: 06 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
12:41 292 Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri noyabrın 11-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatını
18:18 0 Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır
Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər
10:55 215 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
14:46 205 Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11:54 245 Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir
22:00 1 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11:05 318 Məktəblər üçün texniki dəstək xətti açıldı
Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, dəstək xətt
21:45 1 Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır
Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə
20:00 1