Əmək pensiyaları nə qədər artacaq? - Deputat AÇIQLADI

Əmək pensiyaları nə qədər artacaq? - Deputat AÇIQLADIBu ildən minimum pensiya ilə yanaşı, əmək pensyaları da ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunacaq. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.

Xəzərxəbər xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, adətən illik rəsmi nominal orta aylıq əmək haqqındakı artım faizi cari ilin yanvar ayının ikinci yarısında elan edilir: "Buna baxmayaraq, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. Yəni, indeksasiya nəticəsində əmək pensiyasındakı artımlar yanvar ayından hesablanır. Ötən il Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olmuşdu və ötən ilin əvvəlində əmək pensiyalarının məbləği həmin fazə indeksləşdirilmişdi.

Artım məbləğinə gəldikdə isə, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvğ olundu. Buna görə də pensiya məbləği tam olaraq indeksləşdirilir".

Millət vəkili qeyd edib ki, Maliyyə Nazirliyi bir müddət öncə 2021-ci ildə orta aylıq əmək haqqı 707,3 manatdan 742,8 manatadək yüksələcəyini proqnozlaşdırırdı. Bununla belə, illik artımın nisbətən çox olacağı güman edilir: "Bu, ötən il orta aylıq əmək haqqının təxminən 5 faiz artması anlamına gəlir. Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq. Qeyd edək ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Bununla yanaşı, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir.

Ötən il üzrə orta aylıq əmək haqqındakı artım rəsmi olaraq elan olunduqdan sonra hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə həmin faizi artım kimi gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya biləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2818   Tarix: 02 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı

Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi

10.11.2026 311
.

Fulya Öztürk Aygün Kazımovanın mahnısını paylaşdı

Türkiyəli jurnalist Fulya Öztürk Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, müğənninin "Bilirəm" klipindən görüntülərini yayımlayaraq "Son zamanlarda bu mahnı ən sevdiyim oldu" sözlərini yazıb. Qeyd edək ki, mahnının sözləri Leyla Əliyevaya, musiqis

11:28 152
.

Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən

10:50 146
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11:02 184
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

10:48 199
.

Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli

12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv

12:15 109
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

10:43 188
.

Xankəndidən verilən mesajlar Qarabağa qayıdışa töhfədir

8 Noyabr - Zəfər Gününün altıncı ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş tarixi hadisələri bir daha xatırlayır, keçdiyimiz yolun nəticələrini və qarşıda duran vəzifələri dərk edirik. Prezident İlham Əliyevin bu gün Xankəndidən Azərbaycan xalqına ünvanladığ

10:24 145
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 147
.