Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLAR

Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARAzərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraitlə tanış olublar.

BiG.AZ xəbər verir ki, məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500-550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalıb açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunub.

İndi isə məsciddə, eyni zamanda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub. Buraya ağac materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksinin diametri 4 metr və hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.

Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, İslam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasətinin vacib tərkib hissələrindəndir.

Prezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLARPrezidentlə xanımı "Fatimeyi Zəhra" məscidində - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1509   Tarix: 06 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərzağı istifadə edənlər diqqətli olsun

Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay

18:15 148
.

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak

12:53 202
.

SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir

Hizbullahın 100-ə yaxın döyüşçüsü, o cümlədən SEPAH-ın Qüds Qüvvələrindən olan iranlı məsləhətçilər iyun ayından etibarən Əli Tahir dağ silsiləsi ərazisindəki tunellərdə mühasirədə qalıb. xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti SEPAH-dakı mənbəyə istinadla məlumat yayıb. "Bi

22:00 1
.

Bakıda bu 2 yol təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

16:45 162
.

Rusiya-Ukrayna müharibəsində SON DURUM: Putin sülh mesajı verdi, Kiyev isə yeni hücumlara məruz qaldı

Rusiya-Ukrayna müharibəsində həm diplomatik, həm də hərbi istiqamətdə gərginlik davam edir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin başa çatdırılması üçün sülh razılaşmasına nail olmaq imkanının olduğunu bildirib. Putin ABŞ və Çin də daxil olmaql

12:39 207
.

"Rəsmi Moskva Azərbaycanın suveren addımlarını və regional təşəbbüslərini obyektiv reallıq kimi qəbul edir" - Bəhruz Məhərrəmov

"Rusiya mediasında vaxtaşırı Azərbaycana qarşı neqativ və ya təzyiq xarakterli yazıların dərc olunması regionda gedən mürəkkəb geopolitik prosesseslərin, geoiqtisadi rəqabətin və informasiya mübarizəsinin təzahürüdür". Bu sözləri BİG.AZ-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov bildirib

11:16 269
.

"Liverpul" 18 yaşlı hücumçunu aldı

Fransalı hücumçu Cilian Ngessan İngiltərənin "Liverpul" klubu ilə müqavilə imzalayıb. xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, "Liverpul" "Sent-Etyen"in futbolçusu Cilian Ngessanın transferi ilə bağlı razılığa gəlib. Fransalı hücumçu yanva

20:00 116
.

Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır

Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib

15:20 186
.

Qatlanan "iPhone" bu tarixdə çıxır: görüntüləri sızdırıldı

"Apple"ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib. xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer "Apple"ı

19:00 143
.