Yaşlanmanı gecikdirən ərzaqlar - FOTO

Yaşlanmanı gecikdirən ərzaqlar - FOTOAmerikalı diyetoloqlar düzgün qidalanma ilə qocalmanı necə yavaşlatmağın yolunu izah ediblər.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Eat This, Not That!" nəşri yazıb.

Dietoloq Ronald Smitin fikrincə, artıq şəkər sağlamlığa zərərlidir.

"Ömrünüzün uzun və sağlam olmasını istəyirsinizsə, mümkün olduqca peçenye və ya tort kimi zərərli qidalardan uzaq durmağa çalışın", - deyə o, məsləhət görür.

Balıq isə əksinə, xüsusilə yaşlı insanlar üçün faydalıdır.

"Balıq orqanizmi xəstəliklərdən qoruyan Omeqa-3 doymamış yağ turşuları ilə zəngindir", - deyə Smit vurğulayıb.

Diyetoloq Liza Yanq rasiona daha çox qocalma əleyhinə qidalar daxil etməyi tövsiyə edir.

"Faydalı tərəvəz və meyvələrə misal olaraq giləmeyvə, sitrus meyvələri, göyərti, yerkökü və bolqar bibərini göstərmək olar. Onlar yaşlanmanın mənfi təsirlərinin qarşısını alan antioksidanlar və liflə zəngindir", - deyə o, izah edib.

Yanq həmçinin ətin bitki mənşəli protein mənbələri ilə əvəz edilməsinin bədən üçün faydalı olacağına inanır.

Diyetoloq Trista Best kifayət qədər su və ya onunla zəngin olan meyvə və tərəvəzlərdən, məsələn xiyar, balqabaq, pomidor, çiyələk, qarpız və sair istifadə etməyin vacibliyini xatırladır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1630   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qulançar mövsümündən düzgün faydalanmağın sirri

Yaz aylarının sevilən tərəvəzlərindən biri olan qulançar (asparagus) yalnız dadı ilə deyil, həm də zəngin qida dəyəri ilə diqqət çəkir. Mövsümündə istifadə edilən qulançar həm daha faydalı, həm də daha ləzzətli olur. BİG.AZ xəbər verir ki, bu yaşıl bitkinin sağlamlıq üçün bir çox faydası var. Vitami

21.04.2026 639
.

Çiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladı

"Çiçəkləmə dövründə göz xəstəlikləri daha da şiddətlənir". xəbər verir ki, bu barədə oftalmoloq Aygül Otxozoriya "İzvestiya" nəşrinə müsahibəsində bildirib. Mütəxəssisin fikrincə, yaz aylarında gözlərdə iltihabi xəstəliklərin yaranma ehtimalı artır. Bu fəsildə hava şəraiti və mövsüm

19.04.2026 351
.

Yumurta min bir dərdin dərmanıdır -ARAŞDIRMA

Uzunmüddətli araşdırmanın nəticələrinə görə, hər gün bir ədəd yumurta yemək sağlamlıq üçün çox faydalıdır. xəbər verir ki, yumurta yüksək protein, vitamin və antioksidant tərkibi ilə orqanizmin qidalanmasında vacib rol oynayır. Ürək-damar sağlamlığını dəstəkləyir, "yaxşı xolesterin" (HDL) səviyyəsin

19.04.2026 738
.

Dünyanı təşvişə salan Hantavirus nədir? - ƏLAMƏTLƏRİ

Son günlər bir çox xarici ölkələr Hantavirus infeksiyasına qarşı həyəcan siqnalı çalır. Sonuncu dəfə bu infeksiyaya İspaniyanın Alicante vilayətində yaşayan 32 yaşlı qadında rast gəlinib. xarici mediaya istinadla xəbər verir ki, həmin qadın daha əvvəl bir xəstə ilə eyni anda səyahətə çıxıb. Həmin qadı

14:40 271
.

Uşaqlar niyə tez-tez xəstələnir? - Özbaşına vitamin vermək olmaz

Uşaqların sağlam böyüməsi və hərtərəfli inkişafı onların gündəlik qidalanma rejimi ilə birbaşa bağlıdır. Erkən yaşlardan formalaşan düzgün qidalanma vərdişləri yalnız fiziki inkişafı deyil, həm də zehni fəaliyyətin güclənməsini, immun sisteminin möhkəmlənməsini və gələcəkdə sağlam həyat tərzinin əsasın

03.05.2026 314
.

Şəkər xəstələrinə balqabaq yemək olar?

Düzgün hazırlanan və normada istehlak edilən balqabaq qan şəkərinin kəskin dəyişməsinə yol açmır. Buna baxmayaraq, diabetin son mərhələlərində suda bişmiş balqabağın çox yeyilməsindən çəkinmək lazımdır. Ölkə.az xəbər verir ki, bu barədə -ya rusialı həkim-endokrinoloq Nataliya Tananakina bildirib. Mütəxəssi

07.05.2026 309
.

Dəri, ürək və ümumi sağlamlıq üçün hansı balıq faydalıdır?

Sardina çox qidalı olan kiçik balıqlardır. Onların tərkibində ürəyin, sinir sisteminin fəaliyyətinə və bədəndəki iltihab əleyhinə proseslərə kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var. Onlar D və B12 vitaminlərinin, eləcə də hüceyrələrin bərpasında mühüm rol oynayan tam protein mənbəyidir. BİG.A

21.04.2026 562
.

Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?

Makaron uzun zamandır mətbəxlərin təməl daşlarından biridir və dünya miqyasında sevilən qidalardandır. 600-dən çox fərqli forması olan bu qida balanslı bir pəhrizin parçası kimi istehlak edildikdə sağlamlıq üçün bir çox fayda təmin edir. xəbər verir ki, makaron aktiv həyat tərzi üçün lazım olan komplek

03.05.2026 413
.

Gözlərimizin zəifləməməsi üçün nə etməli? - VİDEO

Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında göz sağlamlığından danışılıb. Gözlərdəki hansı əlamətlər xəstəlik xəbərçisidir?. Zəif görmənin başlıca səbəbləri nələrdir?. Hansı görmə zəifliyi növləri təhlükəlidir?. Yaşla əlaqəli görmə zəifliyinin qarşısı necə alınır?. Göz təzyiqini

25.04.2026 300
.

TOP MP3