"Dünən saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın"

"Dünən saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ermənilərin dünənki növbəti hərbi təxribatından danışıb.

"Qafqazinfo" xəbərinə görə, dövlət başçısı qeyd edib ki, heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb.

"Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil.

Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb.

Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq.

Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin.

Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra", - dövlət başçısı qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1934   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Çoxmənzilli binalarda yaşayan vətəndaşlardan müxtəlif adlarla ödənişlərin tələb olunması tez-tez suallar doğurur. Xüsusilə JEK-ə edilən ödənişlərlə yanaşı bələdiyyə tərəfindən əlavə vergi tələbi mübahisə yaradır. Bu halda əsas məsələ həmin ödənişlərin hüquqi əsasının olub-olmamasıdır. Bina evində yaşaya

00:07 233
.

Bakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI

Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. Məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərp

20.06.2026 319
.

Fransa isti hava dalğasının təsiri altındadır: Əhaliyə xəbərdarlıq edilib

Fransada temperaturun 40 dərəcəyə çatması ilə bağlı verilən xəbərdarlıq dövlət ərazisinin üçdə iki hissəsinə şamil edilib və əhalinin 50 faizindən çoxuna aiddir. 60 departament istiyə görə hava təhlükəsinin narıncı rejiminə uyğun çalışır. xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. "Meteo France"ı

20.06.2026 149
.

Videooyun nəhəngi "Ubisoft"un həmtəsisçisi Fransada təyyarə qəzasında ölüb

Fransanın "Ubisoft" şirkətinin həmtəsisçisi Klod Giyemo (Claude Guillemot) Fransanın qərbində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. "Report" "Le Figaro" qəzetinə istinadən xəbər verir ki, qəza iyunun 19-da axşam saatlarında Atlantika Luaras

11:10 125
.

Bakıda çıxarışlı və çıxarışsız mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA

Bakıda çıxarışlı və çıxarışsız mənzillərin qiymət fərqini yalnız "neçə manat fərq edir" sualı ilə qiymətləndirmək düzgün olmaz. Bu fərq təkcə mənzilin satış qiymətində deyil, həm də satış sürətində, hüquqi təhlükəsizlikdə və alıcı marağında özünü göstərir. Çıxarışlı mənzil dövlət tərəfində

20.06.2026 220
.

Britaniyalı alimlər 6000 illik Artur daşının sirrini açıqlayıblar

Britaniyalı alimlər Herefordşir qraflığında yerləşən neolit dövrünə aid Artur daşı yaxınlığında arxeoloji qazıntılar aparıblar. xəbər verir ki, bu barədə "Live Science" yazıb. Qazıntılar zamanı mütəxəssislər müəyyən ediblər ki, Artur daşı təxminən altı min il əvvəl Böyük Britaniyanın ilk əkinç

11:50 124
.

ABŞ Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayır: Trampdan diqqətçəkən açıqlama

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran yekun razılığa gələ bilməsələr, ABŞ Hörmüz boğazından keçən gəmilərdən ödəniş almağa başlaya bilər. xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Hörmüz boğazında 60 günlük atəşkə

12:50 87
.

Bakıda kişi telefona çox baxan arvadını döydü

Bakıda kişi arvadını döyüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. İttiham aktına görə, 24 yaşlı Səlim Novruzov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefona çox baxması və bunun səbəbini bildirməməsinə görə qısqanaraq, qadına ira

20.06.2026 204
.

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

"Regional və qlobal iqlim dəyişiklikləri fonunda Azərbaycanda yay fəsli kəskin dinamik meteoroloji proseslərlə xarakterizə olunur. Sinoptik proqnozlar təsdiqləyir ki, yay mövsümündə havanın orta temperaturu çoxillik iqlim normasından yüksək olacaq və fəsil iki əsas fazada inkişaf edəcəkdir. Mövsümü

00:23 352
.

TOP MP3