Prezident: "Laçın dəhlizi bizim nəzarətimizdədir, biz orada istənilən maşını saxlaya bilərik"
"Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: "Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər".
Qıcıq doğuran məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. "Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz", - deyə Prezident vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1094 Tarix: 12 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya-Ukrayna müharibəsində SON DURUM: Putin sülh mesajı verdi, Kiyev isə yeni hücumlara məruz qaldı
Rusiya-Ukrayna müharibəsində həm diplomatik, həm də hərbi istiqamətdə gərginlik davam edir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin başa çatdırılması üçün sülh razılaşmasına nail olmaq imkanının olduğunu bildirib. Putin ABŞ və Çin də daxil olmaql
12:39 175 Tusk: Ukrayna üçün dron istehsal edən zavoddakı yanğının arxasında Rusiya dayanır
Polşanın Baş naziri Donald Tusk ölkədə Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən zavodda baş verən yanğının Rusiya tərəfindən təşkil edilmiş qəsdən törədilən yanğın olduğunu bildirib. xəbər verir ki, Tuskun sözlərinə görə, hadisə Rusiyanın Avropadakı fəaliyyətlərinin eskalasiyasının davamıdır
03.09.2026 231 Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər". Bunu BİG.AZ-a açıqlamasınd
12:29 174 Besant İrana köməklik edən dövlətləri hədələdi
ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar
03.09.2026 235 Çin İranı, yoxsa öz gələcəyini müdafiə edir? - Hörmüzün arxasındakı əsas səbəb
ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində sentyabrın 1-2-də G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Görüşün diqqət çəkən məqamlarından biri Çinin Hörmüz boğazından "azad, təhlükəsiz və proqnozlaşdırılan" keçidi tələb edən mətnə qoşulmaması olub. Digə
12:43 157 Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar
Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı
03.09.2026 271 ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə "Tasnim" məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ ordusunun iki gecə əvvəl, 1 sentyabrda ölkənin cənubunda həyata keçirdiyi hücumlar zamanı İran ordusunun Dəni
03.09.2026 276 Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar - Video
1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb. -a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub. Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur. Sözügedə
03.09.2026 338 Rayonlara 3 gün yağış yağacaq - Xəbərdarlıq
Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətl
16:15 134