Vəzirovun tabutu başında ağlayan qadın KİMDİR? - VİDEO
1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb. Onunla vida mərasimindən çəkilmiş foto və videolarla bağlı sosial şəbəkələrdə açılan müzakirələr bitmək bilmir.
Bu müzakirələrdə ən çox səsləndirilən "Vəzirov niyə müsəlman dininin tələblərinə uyğun kəfənlənməyib, tabuta üzüaçıq qoyulub…" sualıdır. Maraqlıdır ki, meyit şəriət qaydasının əksinə olaraq, tabuta üzüaçıq yerləşdirilsə də, vida mərasimində "Yasin" oxunur. Bu isə Vəzirovun müsəlmanlıqdan çıxdığı barədə iddiaları inkar edir.
Dünənki vida mərasimindən çəkilən şəkillərdə bir dəqqətçəkən məqam da var: Vəzirovun tabutuna doğru əyilən, onun başını sığallayan qadın…
Sosial şəbəkələrdə o qadının kimliyi də müzakirə mövzusu olub. Bilməyənlər hətta onun Vəzirovun xanımı olduğunu iddia edib. Halbuki, mərhumun həyat yoldaşı İrina Vəzirova dünyasını çoxdan dəyişib. Bəs o qadın kim idi?
BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, Vəzirovla vida mərasimindən çəkilən şəkillərdə mərhumun cənazəsi başında ağlayan həmin qadın onun bacısı Bəyaz Vəzirovadır.
İxtisasca musiqi müəllimi olan Bəyaz xanım Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteynin anası, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945-1994) həyat yoldaşıdır.
Leonid və Timur Vaynşteynlər milliyyətcə yəhudi olsalar da, Azərbaycana bağlı insanlar kimi tanınıblar.
Ədürrəhman Vəzirovun yuxarıda adı çəkilən bacısı oğlu Timur Vaynşteyn vaxtilə "Parni iz Baku" Şən və Hazırcavablar Komandasının rəhbəri olub.
Timur Vaynşteyn hazırda Rusiyanın NTV Telekompaniyasının baş direktorunun müavini və baş prodüseridir.
Qeyd edək ki, Timur Vaynşteyn də dünənki vida mərasimində anasını müşayiət edib. Vəzirovun tabutuna doğru əyilən qadının – anasının arxasında dayanan odur.
Əbdürrəhman Vəzirov ötən gün Moskvanın Troyekurovskoye qəbiristanlığında öz vəsiyyətinə uyğun olaraq mərhum arvadı - milliyyətcə rus İrina Vəzirovanın yanında torpağa tapşırılıb. Onların Eldar adlı bir oğlu var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3514 Tarix: 13 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu
Saatlıda hərbi xidətdən boyun qaçıran şəxs altı ay müddətinə azadlıqdan məhrum edilib. -a istinadən xəbər verir ki, 200-ci il təvəllüdlü Gəray Vəlizadə (adı və soyadı şərtidir) barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, G.Vəlizadə 2025-c
10.11.2026 395 İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb. Bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadis
10.11.2026 289 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?
Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa
10.11.2026 283 Kaşuk "Neftçi" ilə oyundan sonra aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim"
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb. xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb. O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyü
10.11.2026 277 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11:14 62 İlham Əliyevin və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrı
10.11.2026 293 Vətən müharibəsinin Xankəndidən səslənən dərsləri
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə Xankəndi şəhərindəki Zəfər abidəsini ziyarət etdikdən sonra Azərbaycan xalqına ünvanladığı təbrikində 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında qazanılan üstünlükdən
10:50 92 Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır
Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric
10:34 119 Zelenski Putinlə hətta Antarktidada görüşməyə hazırdır, lakin Moskvada yox
Ukrayna Prezidenti Volodimir Zelenskiy Rusiya Prezidenti Vladimir Putinlə dünyanın istənilən yerində, hətta Antarktidada görüşməyə hazırdır. APA xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib. Diplomat Moskvanı
10.11.2026 297