Şaxtalı havada törədilən avtomobil qəzalarında sığorta problemi nədən yaranır?
Şaxtalı hava şəraiti adətən öz mənfi təzahürünü yol-nəqliyyat hadisələrində daha çox göstərir. Avtomobillərin toqquşması ilə nəticələnən qəzaların sayı avtomatik olaraq sığortaya müraciət hallarını da artırır. Amma bu zaman ortaya bir sıra problemlər çıxır və onların nəticəsinin aradan qaldırılması uzun müddətə başa gəlir.
Problemlərin nədən qaynaqlandığına sığorta eksperti İlkin İbrahimov "Report"a aydınlıq gətirdi:
"Problemlərdən biri günahın kimdə olması məsələsidir. Belə hava şəraitində avtomobillərin toqquşması zamanı günahın kimdə olmasını müvafiq orqanlar, yəni Dövlət Yol Polisi belə təyin etməkdə çətinlik çəkir. Onlar da belə hallarda ekspertizalar təyin edirlər ki, bu da vaxt alır".
Sığorta eksperti bir daha bu cür vəziyyətlərdə KASKO sığorta növünün nə qədər üstün olduğunu diqqətə çatdırdı:
"Problemlərin aradan qaldırılması üçün iki sığorta məhsulumuz olmalıdır: Birincisi, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortası. Bu növ qarşı tərəfə dəyən ziyanı ödəyir, üçüncü şəxslər qarşısında məsuliyyəti nəzərdə tutur. İkinci sığorta növü isə KASKO, yəni könüllü sığorta növüdür. Bizim avtomobilimizə hər hansı bir əşyanın dəyməsi, vurulması, çırpılması halında bununla bağlı KASKO növündə sığortalanma yaxşı olardı. Bununla əlaqədar təzminatı sığorta şirkətlərindən almaq mümkündür".
Müqayisə üçün Türkiyənin sığorta bazarındakı təcrübəni öyrəndik.
"Türkiyənin sığorta şirkətlərinin birində çalışan Əfsanə Hüseynova deyir ki, adətən belə hava olan zaman əvvəlcədən müştərilərə xəbərdarlıq SMS-i göndərilir ki, ehtiyatlı olun. Ə.Hüseynova qeyd edir ki, qarlı-yağışlı havada şikayət edən müştəri məhkəmə proseslərində qalib gəlir".
Ona görə də iş məhkəməyə çıxmadan müştəriyə ödəniş olunur. Türkiyədə vəkil xərci çoxdur deyə, müştəriyə pul həmişə vaxtında ödənilir".
İcbari sığorta haqları ilə bağlı qeyd edək ki, Azərbaycanda avtomobilin mühərrikindən asılı olaraq standart forma müəyyən olunub və bu qaydaya uyğun olaraq vətəndaşlar məcburi sığortaya cəlb olunur. Lakin KASKO sığorta növündə belə deyil.
Könüllü sığorta növündə avtomobilin qiyməti, maşının buraxılış ili və avtomobili idarə edən şəxsin sürücülük stajı nəzərə alınaraq sığorta haqları müəyyən olunur.
Qeyd edək ki, Azərbaycanda minik avtomobillərinin mühərriklərinin həcminə görə fiziki şəxslər üçün icbari sığorta haqqı 50 manatdan başlayır. Hüquqi şəxslər üçün isə 60 manatdan.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1332 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTusk: Ukrayna üçün dron istehsal edən zavoddakı yanğının arxasında Rusiya dayanır
Polşanın Baş naziri Donald Tusk ölkədə Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən zavodda baş verən yanğının Rusiya tərəfindən təşkil edilmiş qəsdən törədilən yanğın olduğunu bildirib. xəbər verir ki, Tuskun sözlərinə görə, hadisə Rusiyanın Avropadakı fəaliyyətlərinin eskalasiyasının davamıdır
03.09.2026 231 Qərb mediasının Azərbaycanla bağlı qərəzli yanaşması: faktların yerini siyasi manipulyasiya tutur
İnformasiya müharibəsinin yeni dalğası: ayrı-ayrı hadisələr necə siyasi narrativə çevrilir?. Müasir dünyada informasiya artıq yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, eyni zamanda dövlətlərarası münasibətlərə, ictimai rəyə və ölkələrin beynəlxalq imicinə təsir göstərən mühüm amillərdən biridir
11:02 159 Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda ictimai nəqliyyat sistemində illərdir həllini tapmayan avtobus qıtlığı, uzun intervallar, sıxlıq və bərbad xidmət səviyyəsi sərnişinlərin hər gün qarşılaşdığı əsas acı həqiqətdir. Paytaxt sakinləri dayanacaqlarda saatlarla gecikən avtobusları gözləməyə məcbur edildiyi bir şəraitdə, aidiyyəti qurumları
11:59 1244 Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı
Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono
16:03 51 Bu ölkədə etiraz etmək qadağan olundu
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi
03.09.2026 265 Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər
"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak
12:53 163 Besant İrana köməklik edən dövlətləri hədələdi
ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar
03.09.2026 235 Bu hərəkəti edənlər 500 manat cərimələnəcək
"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə
14:16 170 Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar - Video
1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb. -a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub. Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur. Sözügedə
03.09.2026 331