Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə ballistik raket atdıŞimali Koreya Yapon dənizi akvatoriyası istiqamətinə raket atıb.

Bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, KXDR tərəfindən buraxılan raketin ballistik olma ehtimalı yüksəkdir.

Oxşar fərziyyə Yaponiya Nazirlər Kabineti və Yaponiya Müdafiə Nazirliyi tərəfindən də irəli sürülüb.

Bildirilir ki, Yaponiya Sahil Mühafizəsi Xidməti hazırda raketin düşdüyü yeri dəqiq müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bu, Pxenyanın bu il üçüncü raket buraxılışıdır./oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 476   Tarix: 14 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar