İrandan Azərbaycana gətirilən məhsulda virus aşkarlandı

İrandan Azərbaycana gətirilən məhsulda virus aşkarlandıAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il 26 noyabr tarixində İran İslam Respublikasından "Palen AS" MMC tərəfindən idxal edilən 11657 kq, 2021-ci il 8-9 dekabr tarixində "Amotrade" MMC tərəfindən idxal olunan 7500 kq, "Tissot" MMC tərəfindən idxal olunan 7200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib.

Qeyd edək ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.

Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan "Amotrade" MMC (7500 kq) və "Tissot" MMC-yə (7200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən "Palen AS" MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.

Aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 914   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah yağış yağacaq

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər

12:53 135
.

Yamal "Barselona"nın 91 illik rekordunu YENİLƏDİ

Lamin Yamal rekord qırıb. xəbər verir ki, rekord La Liqanın ikinci turunda "Rayo Valyekano"ya qarşı keçirilən və "Barselona"nın 5:2 hesablı qələbəsi ilə başa çatan oyunda qeydə alınıb. Lamin Yamal iki qol vuraraq Kataloniya klubunun tarixində 50 qol həddinə çatan ən gənc futbolç

03.09.2026 283
.

"Azərsun Holdinq" "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib

"Azərsun Holdinq" media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və müasir texnologiyaların media fəaliyyətində tətbiqi məqsədilə təlim təşkil edib. "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təşkil olunun təlim "Proxima Tech Solutions"

10:49 148
.

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiyini açıqladı

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində 4 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donetsk vilayətinin İjevka, Xarkov vilayətinin isə Vasilevka, Doljanka və Blaqovatnoye yaşayış məntəqələr

03.09.2026 217
.

ABŞ-İran müharibəsində SON DURUM: Hörmüzdə gəmiçilik kəskin azaldı, neft bahalaşdı

ABŞ və İran arasında son günlər yenidən şiddətlənən qarşıdurma Yaxın Şərqdə gərginliyi artırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni hava zərbələrindən sonra Tehran da cavab tədbirlərini genişləndirib. İran qüvvələrinin ABŞ-ın bölgədəki hərbi obyektlərinə və Vaşinqtonu

12:46 131
.

Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar

Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı

03.09.2026 260
.

Bu hərəkəti edənlər 500 manat cərimələnəcək

"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə

14:16 132
.

"Putinin sülh planını müzakirə etməyin vaxtıdır" - Kobyakov

Dünyanın bir çox yerində Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh planının müzakirəsinə keçməyin vaxtının çatdığı düşünülür. xəbər verir ki, bunu Şərq İqtisadi Forumunun (ŞİF) Təşkilat Komitəsinin icraçı katibi, Rusiya prezidentinin müşaviri Anton Kobyakov bildirib

11:29 137
.

210 milyon illik yeni dinozavr növü kəşf edildi

Beynəlxalq tədqiqat qrupu Zimbabvedəki Kariba gölü sahillərində təxminən 210 milyon il əvvəl yaşamış yeni dinozavr növünün qalıqlarının aşkar edib. Alimlərin fikrincə, Afrika qitəsində hələ kəşf edilməmiş çoxlu sayda qalıq var və bu tapıntı "aysberqin yalnız ucu"dur. "Qafqazinfo"

03.09.2026 280
.