20 Yanvar - Azərbaycan kimliyinin dərki günü

20 Yanvar - Azərbaycan kimliyinin dərki günüAnar İsgəndərov: "20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu. Bu, Azərbaycan xalqının taleyində və tarixində ibrətamiz hadisədir. Tarix o zaman tarix olur ki, baş verən hadisədən nəticə çıxarılır"

20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

Bakıda və ətraf rayonlarda qətliam

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Bakıda və ətraf rayonlarında ümumilikdə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

Hüquqi-siyasi qiymət

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Xalqın taleyində və tarixində yaşananlar

Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciəli, həm də ibrətamiz hadisədir. Onun sözlərinə görə, ötən əsrin 70 illik dönəmində SSRİ-ni bütün müttəfiq dövlətlər və xalqlar öz Vətəni hesab edib, İkinci Dünya Müharibəsində hamı kimi azərbaycanlılar da bu Vətənin müdafiəsinə qalxıblar. Millət vəkili qeyd edib ki, sovet dönəminin sonrakı mərhələlərində də hər bir azərbaycanlı pioner, komsomol və kommunist partiyasının üzvü olaraq bu dövlətlə fəxr edib. Lakin 1990-cı ilə qədər olan dövr və 1990-cı ilin 20 Yanvarı fərqli mənzərə ortaya qoyub: "SSRİ adlı nəhəng dövlətdə, imperiyada Azərbaycan xalqı heç zaman sevilməyib. 70 il ərzində imkan olan kimi Azərbaycanın tarixi torpaqları qeyri-azərbaycanlılara "hədiyyə" edilib. Buna misal olaraq 1921-ci ildən Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayətinin "bünövrəsinin" qoyulmasını, 1923-cü ildən sonra ölkəmiz və xalqımız üçün daim problemə çevrilən vilayətin yaradılmasını göstərmək olar. Ardınca Naxçıvanla Azərbaycanın quru əlaqələrini kəsmək üçün Naxçıvanın 9 kəndi ermənilərə verildi. Nəticə etibarilə ikinci problem burada yaradıldı".

20 Yanvarın ibrət dərsləri

A.İsgəndərov deyib ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycanın müxtəlif bölgələrindən torpaqlar, yaşayış məntəqələri zorla Ermənistana verilib. Bununla imperiyanın kimi müdafiə etdiyi məlum olub: "1988-ci ildən sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək niyyətləri, separatçılıq hərəkətləri ortalığa çıxanda mərkəzi hökumət – Kreml birmənalı nümayiş etdirdi ki, o, azərbaycanlıların arxasında deyil, haqq işimizi müdafiə etmir. Əksinə, imkan düşən kimi tarixi Azərbaycan torpaqlarını ermənilərə vermək istəyir. 1990-cı ilin 20 Yanvarında əliyalın kütlə küçələrə çıxaraq bu siyasətə etiraz edir, öz haqqını tələb edirdi. İmperiya ədalətli mövqe tutmaq, bu haqqı Azərbaycan xalqına vermək əvəzinə, silahsız əhalinin üzərinə ağır zirehli texnika yeritdi. Bu hadisədən sonra xalqımız SSRİ adlı imperiyaya birmənalı olaraq nifrət etdi. Xalqımız dərk etdi ki, bu imperiya və ordu bizim deyil, Azərbaycan ərazisi imperiya ordusu tərəfindən işğal olunub. Bu mənada 20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu".

İndi Şəhidlər Xiyabanına gedəndə...

Millət vəkili söyləyib ki, 1918-ci ilin mart soyqırımından nəticə çıxaran Azərbaycanın milli-demokratik ziyalıları mayın 28-də Demokratik Cümhuriyyəti elan ediblər. Onun fikrincə, eynilə 1990-cı ilin 20 Yanvarından sonra da xalqımız öz nicatını müstəqilliyi bərpa etməkdə görüb: "Azərbaycanın milli-demokratik ziyalıları, ümumilikdə, xalqımız və cəmiyyətimiz üçün bir daha aydın oldu ki, kənardan kimsə sənə azadlıq, müstəqillik və xoşbəxtlik verə bilməz. Azadlığı, müstəqilliyi xalq özü qazanmalıdır. Necə ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı "Dəmir yumruq" oldu, ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün səfərbər oldu, erməni-daşnak qüvvələrini darmadağın etdi. Ona görə də, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində ibrətamiz hadisədir. 2021-ci ilə qədər hər il 20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanında olanda ürəyimizdən keçirdi ki, sizin qanınız yerdə qalmayacaq, intiqamınız mütləq alınacaq. 2021-ci ildən başlayaraq 20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanına gedəndə ürəyimizdən qürur, fərəh hissi keçir, başımız dimdik dayanır. Ürəyimizdə deyirik ki, rahat uyuyun, sizlərin qanı yerdə qalmadı, bütün şəhidlərin intiqamı alındı. Tarix o zaman tarix olur ki, baş verən hadisədən nəticə çıxarılır".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 838   Tarix: 16 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 364
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 299
.

Ermənistanda müxalifət nümayəndəsinin ölümü araşdırılır

Ermənistanın İstintaq Komitəsi müxalifətdəki "Güclü Ermənistan" partiyasının üzvü Arsen Gevorgyanın məhkəməyəqədər həbsdə ölümü ilə bağlı cinayət işi açıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Nəşrin məlumatına görə, "Güclü Ermənistan" partiyasından Stepanavan icmasının rəhbər

10:55 30
.

Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn

10.11.2026 298
.

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk günü başa çatdı

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqların ilk günü başa çatıb. Təqribən 40 dəqiqəlik fasilə nəzərə alınmaqla, görüş ümumilikdə 4 saat 30 dəqiqə davam edib. xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Üçtərəfli formatda olan danışıqlar proses

10.11.2026 268
.

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycanda qadınlarla kişilərin ortaaylıq əməkhaqqısı arasında ciddi fərq var. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il kişilərin ortaaylıq əməkhaqqı 1 264 manat, qadınların əməkhaqqı isə 874.6 manat təşkil edib. Beləliklə, qadınlar kişilərlə müqayisədə orta hesabla 389.4 manat az maa

10.11.2026 278
.

Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi

Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy

10.11.2026 291
.

Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təcahürüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind

11:05 0
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

10:20 93
.