Turşunun insan orqanizminə faydaları var

Turşunun insan orqanizminə faydaları varTurşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur.

Xezerxeber.az tibbi saytlara istinadən bildirir ki, turşunun qida ilə birlikdə istehlakı tərkibindəki sirkə səbəbindən orqanizmdə insulin ifrazını tarazlaşdıraraq qan şəkərini normada saxlayır, lakin şəkər və qan təzyiqi ilə yanaşı, böyrək və mədə xəstəliklərindən əziyyət çəkən insanlar üçün turşu yemək riskli hal ola bilər. Bu səbəbdən istehlak miqdarına nəzarət etmək vacibdir.

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə tox tutur və orqanizmdə yağ depolanmasının qarşısını alır. Eyni zamana kalorisi az olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Bədəndə itirilmiş maye və mineralları bərpa edir. Tərkibindəki sirkə əzələ ağrılarına təsir göstərir. Turşu suyunun idmançılarda baş verən əzələ spazmalarına qarşı ağrıkəsici effekti yaratdığı da qeyd edilir.

Turşu probiyotik tərkibli olduğundan bağırsaqların sağlamlığı üçün də vacibdir. Metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemini aradan qaldırır.

Turşuda istifadə olunan tərəvəzlər antioksidantla zəngindir. Antioksidantlar hüceyrələri bərpa edir, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularının tərkibində antioksidant səviyyəsi yüksəkdir. Müxtəlif növ turşuları istehlak etmək, orqanizmin minerallar və antioksidant qəbulunu təmin edir.

Tərkibindəki antioksidantlar, vitaminlər və minerallar səbəbindən turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Çuğundur və kələm tərəvəzlərindən hazırlanan turşular bədəni soyuqdəymədən qoruya bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1586   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 810
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 778
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3197
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11.10.2026 882
.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. Bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burada yalnız meyvənin tərkibindəki təbii şəkəri

25.10.2026 759
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 945
.

Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!

Bir çox insan toyuq ətini bişirməzdən əvvəl kranın altında yumağa üstünlük verir. Lakin mütəxəssislər bu vərdişin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, çiy toyuğun yuyulması zamanı su sıçrantıları vasitəsilə bakteriyalar mətbəxin müxtəlif səthlərinə, qab-qacağa v

02.11.2026 761
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 809
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 919
.