Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Müəyyən yaşda ağır şəkər xəstəsinə çevrilə bilərlər"

Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Müəyyən yaşda ağır şəkər xəstəsinə çevrilə bilərlər""Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəliyin aşkarlanması mümkündür. Diabet genetik faktorla əlaqəlidir".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin "Instagram" hesabında canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, diabet xəstəliyinin ən çox rast gəlinən növü - 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tip diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır.

Bəs görəsən, uşaqlarda bu xəstəlik özünü hansı şəkildə büruzə verir? Müraciət edən pasiyentlərin ailə üzvlərindən bu xəstəlikdən əziyyət çəkən olubmu?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, şəkərli diabet səbəbi məlum olmayan xəstəliklər qrupuna daxildir:

"Xəstəliyin konkret yaranma səbəbini bugünkü nəzəri və praktiki təbabət də aydınlaşdıra bilmir. Səbəbi məlum olmayan xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. Xəstəliyin daha çox rast gəlinən birinci və ikinci tipi var.

1-ci tip diabet uşaqlarda arıqlama, tərləmə, ümumi zəiflik, baş ağrısı, tez yorulma, yuxusuzluq, tez yuxuya getmə, aclıq əlamətləri ilə göstərir. Bununla yanaşı istəmədən çəkinin itməsi halları da baş verir. 2-ci tip uşaqlarda az rast gəlinir. Az rast gəlməsinə baxmayaraq, statistik göstəriciləri son zamanlar artıb. Bu zaman da piylənmə, ümumi yorğunluq, əsəb hallarına rast gəlinir.

Şəkərli diabet olan uşaqların sidik və tərindən xoşagəlməz iy gəlir. Qanda şəkərin miqdarı artanda dəridə qaşıntı, ümumi narahatlıq, yuxusuzluq, dəri qızartıları da müşahidə olunur".

A.Bağırov qeyd edib ki, diabetdən qorunmağın konkret göstəriciləri yoxdur:

"Şəkərdən qorunmağın konkret göstəriciləri yoxdur. Çünki nədən yarandığı bəlli deyil. Qida, ekoloji, genetik, sosial faktorlar xəstəliyi yaradan ən öndə gedən amillər hesab olunur. Sağlam qidalanmaq lazımdır. İdmanla məşğul olub, yuxu rejiminin tənzimlənməsi əsas vasitədir".

Həkim əlavə edib ki, kök uşaqlarda 2-ci tip şəkərli diabetə çox rast gəlinir:

"Kök uşaqlarda da ikinci tip şəkərli diabetə çox rast gəlinir. Genetik meyillilik olur. Bəzi hallarda genetik faktor, ümumiyyətlə, olmur".

Endokrinoloq Emin Ağabalayev bildirib ki, diabet uşaqlarda müəyyən yaş kateqoriyasında özünü büruzə verə bilər:

"Xəstəlik müxtəlif səbəblərdən başlaya bilər. Burada irsi faktor rol oynamır. Mədəaltı vəzdə insulin istehsal edən betta hüceyrələri məhv olur, nəticədə uşağın şəkərini salacaq insulin hormonu qalmır. Ömür boyu insulin müalicəsi almaq məcburiyyətində qalır.

Uşaqlarda piylənmə varsa, şəkərə meyillilik kimi göstərilə bilər. Uzun müddət bu insulin orqanizmdə davam edərsə, müəyyən yaş həddinə çatanda həmin insanlarda şəkərli diabet əmələ gələ bilər. Kök uşaqlar şəkər xəstəsi olur - fikri səhvdir. Xəstəlik özünü sonradan da büruzə verə bilər. Uşaqlıq dövründən çıxandan sonra ağır şəkər xəstəsinə çevrilə bilərlər".

E.Ağabalayev valideynlərində piylənmə olan uşaq üçün bu xəstəlik riskli hesab olunduğunu söyləyib:

"Uşaqlarda nadir hallarda rast gəlinən böyüklərin diabeti aşkarlanarsa, onlar xəstəliyi kəskin keçirirlər. Hətta komaya belə düşənlər olub. Ömürlərinin sonlarına qədər insulindən asılı halda yaşayırlar. Bu səbəbdən pəhriz saxlamalı, ailəliklə karbohidratdan uzaq olmalıdırlar. Uşaqlarda piylənmə olmazsa, bu xəstəlik də onlardan uzaq olacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2166   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.