Vətən müharibəsi qazisi niyə intihar edib?
Bir neçə gün əvvəl Vətən müharibəsi qazisi, Xəzər rayon sakini Hüseynzadə Elçin Xaliq oğlu intihar edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə mayın 7-də 04:00 radələrində Binə qəsəbəsindəki fərdi yaşayış evində baş verib. 32 yaşlı E. Hüseynzadə yaşadığı evdə çoxsaylı dərman içməklə özünü zəhərləyərək öldürüb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, qazinin intiharına səbəb əlillik təyinatı ala bilməməsi olub. Həmçinin intihar edən zaman qazinin cibindən məktubun tapıldığı deyilir.
Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentlikdən qazinin əlillik təyinatı ilə bağlı müraciət edib-etmədiyi və nə üçün imtina alması ilə bağlı suala belə cavab aldıq: "Vətən müharibəsi iştirakçısı Hüseynzadə Elçin Xaliq oğlu ilə bağlı hazırda hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsinə uyğun aidiyyəti üzrə məlumat veriləcək".
Baş Prokurorluğun Mətbuat xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, Xəzər Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır: "Hadisənin baş vermə halı və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq".
Qeyd edək ki, Elçin Hüseynzadə Vətən müharibəsində döyüşüb, Şuşanın, Suqovuşanın və Füzulinin azad olunmasına görə və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1333 Tarix: 11 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
04.11.2026 182 İpoteka kreditləri və girov qoyulmuş əmlakın hüquqi problemləri
İpoteka kreditləri ilə bağlı problemləri bir neçə əsas istiqamətdə qruplaşdırmaq mümkündür. Birincisi, kredit müqavilələrinin və ipoteka müqavilələrinin şərtlərinin borcalan tərəfindən tam başa düşülməməsidir. Təcrübədə vətəndaşlar bəzən yalnız kreditin məbləğinə və aylıq ödənişə diqqət yetirir, laki
04.11.2026 302 Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə
04.11.2026 190 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf
04.11.2026 236 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən "AIREX 2026" - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua
04.11.2026 512 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yalnız hərbi Qələbə ilə nəticələnən hadisə deyil, həm də dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirən fundamental dönüş nöqtəsi oldu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla Azərbaycanın ərazi bütövlüyünü
04.11.2026 211 "Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib
04.11.2026 275 Vətən müharibəsinin tarixi Zəfəri və Qarabağa Böyük Qayıdış - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ
Azərbaycanın müasir tarixində 2020-ci ildə baş vermiş Vətən müharibəsi, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış strategiyası bir-biri ilə üzvi şəkildə bağlı olan üç mühüm tarixi mərhələdir. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünü
04.11.2026 247 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
04.11.2026 310