Zakir Həsənov müşavirə keçirdi, tapşırıqlar verdi
Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə və idarə rəisləri, həmçinin hərbi birlik komandirləri iştirak ediblər.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. Kəlbəcər istiqamətində baş vermiş son döyüş toqquşmalarına toxunan müdafiə naziri qarşı tərəfə layiqli cavab verildiyini, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların genişlənməsinin qarşısının qətiyyətlə alındığını və ona xeyli zərər vurulduğunu qeyd edib. Nazir baş verə biləcək silahlı insidentlərə qarşı bundan sonra da sərt cavab tədbirlərinin görülməsi barədə aidiyyəti vəzifəli şəxslərə göstəriş verib.
Müşavirədə qış dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı məsələləri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar qoşun növü komandanlarına çatdırılıb.
General-polkovnik Z.Həsənov Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi, habelə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Sonda müdafiə naziri bütün növ döyüş təminatı bölmələrinin gücləndirilmiş hazırlığına xüsusi diqqətin yetirilməsini tapşırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1071 Tarix: 15 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyə əhalisinin sayı açıqlandı - Kişilər çoxluq təşkil edir
Türkiyə əhalisinin sayı bu il oktyabrın 1-nə olan məlumata görə, 86 milyon 502 min 286 nəfərə çatıb. xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) rüblük əhali statistikası ilə bağlı məlumat yayıb. Məlumata əsasən, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub
04.11.2026 169 Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir
Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub
04.11.2026 138 Vətən müharibəsinin tarixi Zəfəri, Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti və Qarabağa Böyük Qayıdış
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu müharibə uzun illər davam edən işğala son qoymaqla yanaşı, ölkəmizin regional və beynəlxalq münasibətlər sistemində mövqeyini dəyişdirən, Cənubi Qafqazda yeni geosiyas
04.11.2026 236 Prezidentə təbriklər gəlir - Yenilənir
Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda
04.11.2026 230 Yamal 20 yaşınadək futbolçular arasında Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu oldu
"Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi Kilian Mbappenin təxminən on ildir qorunan rekordunu keçib. "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal, 20 yaşınadək oyunçuların vurduğu qollar üzrə Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. 2026/27 mövsümünün dördüncü turund
04.11.2026 217 Vətən müharibəsinin Zəfəri, Şuşa Bəyannaməsi və Qarabağa Böyük Qayıdış - Azərbaycanın tarixi uğurlarının yeni mərhələsi
Azərbaycanın müasir tarixində Vətən müharibəsi, Şuşa Bəyannaməsinin imzalanması və Qarabağda Böyük Qayıdış prosesinin həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan mühüm tarixi hadisələrdir. Bu hadisələr ölkəmizin ərazi bütövlüyünün bərpası, regional mövqelərinin möhkəmlənməsi və işğaldan azad edilmi
04.11.2026 244 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
04.11.2026 223 Bred Pittə daha bir zərbə: qızı atasının soyadından imtina etdi
Ancelina Coli və Bred Pittin ayrılığından illər keçsə də övladları ilə bağlı hadisələr gündəmdən düşmür. xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 18 yaşlı qızı Vivyen Coli-Pittin də bacı və qardaşları kimi atasının soyadından rəsmi imtina etdiyi bildirilir. Los-Anceles Ali Məhkəməsind
04.11.2026 227 "Tələbə təqaüdünün məbləği artırılacaq"
Tələbələrin təhsilə marağının artırılması, eləcə də onların yaşayış və digər zəruri ehtiyaclarının qarşılanmasına dəstək göstərilməsi baxımından təqaüd təminatının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təxminə
04.11.2026 261