Kişilər nələri qısqanırlar?

Kişilər nələri qısqanırlar?Elə bilməyin ki, tək qadınlar qısqanclıqda peşəkarlaşıb. Əsla. Xanımlar qədər bəylər də sevdiklərini qısqanırlar. Bəlkə də onlar daha çox bu hissi yaşayırlar, sadəcə bəlli etməyi sevmirlər.

Bəs kişilər ən çox nələri qısqanırlar?

OLAY "Esquire" saytına istinadən sizə bəylərin qısqanclığından yazır...

Bəzən kişilər qısqandıqlarını sözlərlə deyil, baxışları ilə büruzə verirlər. Bəziləri isə nə bir söz deyir, nə də bu hissi gözlərindən bəlli edir. Bir sözlə qısqansalar da, içlərində yaşayırlar.

Məsələn, onlar sevdikləri xanıma başqa bir kişinin baxmağını istəməzlər. Əgər ətrafınızda yad bir bəy varsa, o, sizinlə daha çox maraqlanacaq, əlinizi tutacaq. Bu da sizi sahibləndiyini və qısqandığını göstərir.

Dostlarınızla görüşmək istədiyiniz bir vaxtda çox əsəbi olur? Cavabı hədirsə, deməli, sizi qısqanır. Kimlərlə hara gedəcəyinizi, neçədə evə qayıdacağınızı da soruşursa, bu duyğu konkretləşib.

Bu ipucu artıq şablonlaşmış olsa da, reallıqdır. Geyimlərinizə qarışmaqları bir nömrəli qısqanclıq göstəricilərindəndir. Xüsusilə də qısa ətək və dekolteli paltarlar geyinməyinizi istəməyəcəklər. Onlara qulaq asmayıb geyinirsinizsə, küskünlükləri və əsəbləri günlərlə davam edə bilər.

Qız-qıza da olsa, gecələr bir yerə getməyinizi istəməzlər. Başqa kişilərdən qısqanmaqları ilə yanaşı içki içmə ehtimalınız da onları özlərindən çıxara bilər.

Telefonda çox vaxt keçirməyiniz onları qıcıqlandırar. Çünki kiminlə mesajlaşdığınızla maraqlanarlar. Əsəbiləşməyə başlayarlar və bir bəhanə ilə telefonunuzu alıb, baxarlar.

Dostunuz belə olsa, başqa bir kişinin zarafatına uzun-uzun gülməyiniz onu qısqandıra bilər. Yaxud da bir bəydən səmimi sözlərlə danışmağınız onu əsəbiləşdirəcəkdir.

Sevirsinizsə, dözün, deməyəcəyik. Bu hallar sizi yorursa, ayrıla bilərsiz...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2718   Tarix: 22 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pişiklər bizim görmədiyimiz nəyi GÖRÜR?

Pişiklər hər zaman sirli canlılar kimi görünür. Onların baxışları çox vaxt elə bir yerə yönəlir ki, insan orada heç bir qeyri-adi şey görmür. Pişiklərin görmə sistemi fərqli qurulub. Onlar dünyanı başqa bir spektrdə qavrayırlar. Pişiklər ultrabənövşəyi (UV) əks olunmaları görə bilirlər, insan gözü is

15.03.2026 323
.

Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb olur - Həkimdən xəbərdarlıq

"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər". -ın xəbərinə görə, bu barədə psixoterapevt Xloya Bin "Real Simple" nəşrinə müsahibəsində danışıb. O, koqnitiv problemlərə gətirib çıxaran amilləri sadalayıb. Xloya Bin bildirib ki, beyin "dumanlanmasına"

13:40 83
.

Novruz bayramında necə qidalanaq?

Novruz süfrəsi, adətən, müxtəlif yeməklər və şirniyyatlarla zəngin olur. Bu bolluq bayramın gözəlliyini artırsa da, qidalanmaya diqqət yetirmədikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də bayram günlərində düzgün və balanslı qidalanmaq vacibdir. "Qafqazinfo" xəbər verir ki, il

17.03.2026 439
.

Qorxuducu trend - Ölüləri "dirildirlər"

Sosial mediada mərhum sənət adamları ilə bağlı yaradılan trend narahatlığa səbəb olub. Axşam.az xəbər verir ki, bəzi səhifələr süni intellektdən istifadə edərək mərhumun şəkillərini ödəniş müqabilində "canlandıran" videolar yaradırlar. Bəziləri bunu texnoloji irəliləyiş kimi qəbul etsə də

15:20 307
.

Ətin qiyməti ilə bağlı təklif - UCUZLAŞACAQ?

Bəzi vəzifə sahiblərinin yeni iş yeri yaratmaq əvəzinə, iş yerlərini məhdudlaşdırmaq, yaşına, təcrübəsinə, ailə vəziyyətinə baxmayaraq, əsassız ixtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur. Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin bugünk

22.03.2026 515
.

Bir porsiya belə təhlükəlidir: Ultra emal olunmuş qidalar barədə xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlakı isə riski 67% yüksəldir. xəbər verir ki, bu barədə "Science Daily"

21.03.2026 298
.

Mask "Terafab" çip istehsalı layihəsinin başlanğıcını elan edib

Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib. "Report"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb. "Biz hazırkı təchizatçılarımı

22.03.2026 321
.

Təmizləyici su filtrlərinin gizli fəsadları açıqlandı

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavini Tatyana Solomatina bildirib. Onun sözlərinə görə, filtr vaxtında dəyişdirilmədikdə, o təkc

21.03.2026 352
.

Dəfnə yarpağı sayəsində milyonlar qazandı

Moskva sakini çantasındakı dəfnə yarpağı sayəsində 2,8 milyon rubldan çox (33 min dollardan çox) pul udub. Rusiya mediasına istinadən xəbər verir ki, qalibin sözlərinə görə, o, oyun üçün kortəbii olaraq üç 60 rublluq bilet alıb - onlardan biri şanslı olub. "Cüzdanımda bir dəfnə yarpağı və bir a

22.03.2026 469
.

TOP MP3