Nəcməddin Sadıkovun "Tərtər işi" üzrə məhkəmədə dindirilməsi istənilib
"Tərtər işi" üzrə ittiham olunan daha dörd nəfər - Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov və Elçin Kalam oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Anket məlumatlarının elanı zamanı məlum olub ki, təqsirləndirilən şəxslər bundan əvvəl də Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunublar. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar barəsində hökm çıxarılıb, hər biri 5 il 6 ay-6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıb, 44 günlük Vətən müharibəsində iştirak ediblər.
Prosesin gedişində təqsirləndirilən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması üçün jurnalistlərin məhkəmə iclasında çəkiliş aparmasına şərait yaradılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Hakim Zeynal Ağayev deyib ki, media nümayəndələri məhkəmədə iştirak edirlər, jurnalistlər "Tərtər işi" üzrə digər qrupların da məhkəmə iclaslarında iştirak edərək, heç bir məhdudiyyət olmadan materiallar hazırlayır, ictimaiyyətə çatdırırlar. Lakin jurnalistlərə audio və videoyazıya icazə verilmir. Məhkəmə özü prosesin həm audio, həm də videoyazısını aparır.
Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib.
Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksəkrütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıblar.
Bu vəsatət baxılmamış saxlanılıb.
İş üzrə baxış iclası iyunun 7-nə təyin olunub.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3, 125-ci (intihar həddinə çatdırma), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və digər maddələrlə ittiham irəli sürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1399 Tarix: 24 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
11:31 343 Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı
Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli
17:07 77 Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?
ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın
11:48 271 "TikTok"da xəmir yoğurarkən öldü
Bakıda qadın "TikTok"da canlı yayım zamanı dünyasını dəyişib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 53 yaşlı S.T. "TikTok"da canlı yayımda xəmir yoğurub. Bu zaman o, yaşadığı evdə qəfil ürəktutmadan vəfat edib. Faktl
03.11.2026 598 Almaniya Rusiyanın kölgə donanmasını izləmək üçün pilotsuz gəmi hazırlayır
Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Stark Defence startapı sualtı kabellərin mühafizəsi və Avropa İttifaqının (Aİ) sularında Rusiyanın kölgə donanmasına aid gəmilərin izlənməsi məqsədilə 2027-ci ilədək 24 metrlik pilotsuz gəmi inşa etməyi planlaşdırır. xəbər verir ki, şirkəti
10:38 231 ABŞ və İran arasında genişmiqyaslı müharibə başlaya bilər - TARİX AÇIQLANDI
ABŞ və İran yaxın iki həftə ərzində bir-birinə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. xəbər verir ki, bu barədə İran üzrə ixtisaslaşmış politoloq, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO RAS) kiçik elmi işçisi Anastasiya Kislitsyn
10:33 245 Vətən müharibəsinin Zəfərindən Şuşa Bəyannaməsinə, Böyük Qayıdışdan Qarabağın dirçəlişinə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsi olmaqla yanaşı, regionun geosiyasi mənzərəsini dəyişdirən mühüm hadisə kimi yadda qaldı. Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığı torpaq həsrəti, ərazi bütövlüyünün bərpası arzusu və milli ədaləti
17:15 54 Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?
Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə
14:03 237 İki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi bağlandı - Video
2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamil
11:08 259