Direktor haqqında paylaşımlar edən katibəyə cəza verildi
Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə katibə Validə Məmmədova arasındakı qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktorun etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib.
Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.
Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub.
Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ülviyyə Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.
V.Məmmədova isə özünü təqsirli bilməyib:
"1999-cu ildən həmin məktəbdə çalışıram. Ülviyyə Bayramova direktor təyin olunandan sonra pul yığdırmağa başladı, işçilərdən müxtəlif adlarla dəfələrlə pul alıb. Bütün bunlara görə də internetdə onun rüşvətxorluğu, saxtakarlığı, mənə təzyiq etməsi barəsində yazıb, paylaşım etmişəm, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişəm. Hesab edirəm ki, dediklərim həqiqətdir".
Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1510 Tarix: 25 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar
Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo
15:46 110 Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Türkiyənin şərqində, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında aparılan araşdırmalar zamanı yerin təxminən 9 metr dərinliyində kömürləşmiş və yanmamış taxta parçaları aşkarlanıb. Tədqiqatçılar bu qalıqların Bibliyada adı çəkilən Nuhun gəmisinə aid ola biləcəyini ehtimal edirlər
03.11.2026 393 "Fənərbaxça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turu davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gecə Türkiyə təmsilçisi "Fənərbaxça" İstanbulda "Liverpul"u qəbul edəcək. UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur. 4 noyabr. 21.45. AEK (Yunanıstan) - "Real"
13:01 197 Oğurladığı pulu dovşanlar yedi
Rusiyanın Lipetsk vilayətində qeyri-adi oğurluq hadisəsi baş verib. yerli mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın sonlarında Lev-Tolstoy rayonunda baş verib. 49 yaşlı qadın 86 yaşlı tanışına ev işlərində kömək edirmiş. Hər iki qadın həyətdə işləyərkən evdə telefon zəng çalıb. Yaşlı qadın tanışında
03.11.2026 453 İki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi bağlandı - Video
2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamil
11:08 237 "Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu
Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib
15:31 120 ZƏFƏR GÜNÜ VƏ ŞUŞA - AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİNİN, MİLLİ İRADƏSİNİN VƏ DÖVLƏTÇİLİK GÜCÜNÜN TƏNTƏNƏSİ
Azərbaycan xalqının müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşanın azad olunması ilə bağlı tarixi hadisələr milli yaddaşımızın ən möhtəşəm səhifələrini təşkil edir. Bu tarixlər yalnız hərbi qələbənin təntənəsi deyil, həm də xalqın milli iradəsinin, dövlətçilik düşüncəsinin, tarixi ədalətə inamını
10:19 225 Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şill
10:21 250 Bakıda ŞOK: qadın tiktokun canlısında öldü
Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib. -ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu ərazisində baş verib. 53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb. Məlumata görə, S.T. hadisə zamanı "Tiktok" sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfa
03.11.2026 561