Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir

Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edirPakistan İslam Respublikası Baş naziri Məhəmməd Şahbaz Şərifin iyun ayının 15-də baş tutan Bakıya rəsmi dövlət səfəri həm ikitərəfli münasibətlər, həm də bütövlükdə Avrasiyada proseslərin inkişafı baxımından əhəmiyyətlidir.
Hazırda Azərbaycan-Pakistan əlaqələri yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir. Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır.
Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ölkəmizin başçısı İlham Əliyevlə keçirdiyi görüş zamanı vurğulanıb ki, Pakistanın Baş nazirinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələdə inkişafına zəmin yaradacaq. Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. "Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram".
Azərbaycan və Pakistan ən çətin anlarda birgə addımlayıblar. Ən çətin zamanlarda Pakistan və Azərbaycan bir-birlərinin yanında olduqlarını bəyan ediblər. İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü və qəsbkarlıq siyasəti Pakistan xalqı və ictimaiyyəti tərəfindən daim qınanıb. Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Böyük Qayıdış - tarixi Zəfərin yaratdığı yeni reallıq və Azərbaycanın strateji inkişaf hədəfi

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi yalnız işğaldan azad edilmiş ərazilərə insanların köçürülməsi deyil, həm də tarixi ədalətin bərpasının, milli iradənin təntənəsinin və dövlətin öz vətəndaşına sahib çıxmasının mühüm göstəricisidir. Bu proses 44 günlük Vətən müharibəsində qazanılmı

17:04 105
.

Məktəblərdə zorakılıq: Uşaqları bu həddə çatdıran səbəblər nədir?

Son vaxtlar məktəblilərin iştirakı ilə baş verən zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir şagirdin digərini döyməsi, bu hərəkətin telefonla lentə alınması, görüntülərin sosial şəbəkələrdə paylaşılması, bəzən də başqalarının bu səhnələri gülərək izləməsi artıq ayrı-ayrı məktəbləri

12:07 240
.

Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsind

02.11.2026 371
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

13:58 347
.

YALANIN ALQIŞLANDIĞI, DÜRÜSTLÜYÜN UTANDIRILDIĞI BİR DÖVRDƏ YAŞAYIRIQ

Son zamanlar ətrafıma bir qədər diqqətlə nəzər salıram. Sanki insanlığın tərəzisi pozulub, dəyərlərin yeri dəyişib, doğru ilə yanlış arasındakı sərhəd itib. Saxta təbəssümlərin, üzlərə taxılan maskaların, səmimiyyətdən uzaq münasibətlərin hökm sürdüyü bir dövrdən keçirik. İnsanlar bir-birinə gülümsəyir

15:03 194
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

12:24 236
.

Müğənnilərdən sevgi dolu duet - "Hardasan, sevgilim"

Müğənnilər Sevindik Oruc və Məryəm Uğur "Hardasan, sevgilim" adlı mahnını dinləyicilərə təqdim ediblər. xəbər verir ki, duet qısa zamanda musiqisevərlərin diqqətini cəlb edib. Mahnının adı və romantik ab-havası dinləyicilərə sevgi mövzusunda duyğusal anlar yaşadır. Sevindik Oruc və Məryəm Uğuru

11:36 265
.

Hakerlər Avropa supermarketlərinin soyuducularını sıradan çıxarıb

Haker hücumu nəticəsində bir neçə Avropa ölkəsində supermarketlərin soyuducu və dondurucu sistemləri sıradan çıxıb, nəticədə ərzaq məhsulları əriməyə başlayıb. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Hadisələr Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada onlarla supermarketd

11:25 243
.

Fransada şagirdlərin aksiyaları səngimir

Fransada iki həftəlik tətildən qayıdan orta məktəb şagirdləri ötən həftələrə nisbətən daha kiçikmiqyaslı etiraz aksiyalarına yenidən başlayıblar. "Qafqazinfo" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, Fransanın Təhsil Nazirliyinin açıqlamasına əsasən, bu gün ölkə üzrə 4

02.11.2026 362
.