Repetitor yanından çıxan məktəbli qıza taksi sürücüsü təcavüz etdi - TƏFƏRRÜAT

Repetitor yanından çıxan məktəbli qıza taksi sürücüsü təcavüz etdi - TƏFƏRRÜATFüzuli rayonunda 1985-ci il təvəllüdlü Ziya yetkinlik yaşına çatmayan Şəlaləyə (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ziya valideynləri ilə razılaşmaya əsasən 20 oktyabr 2021-ci ildə saat 16:15-də özünə məxsus olan VAZ-21074 markalı avtomobillə Şəlaləni yaşadığı kənddən digər kəndə müəllim yanına hazırlıq kursuna gətirib.

Daha sonra avtomobilin arxa sağ qapısının salonundan açılmasını əngəlləyən düyməni yerindən çıxarıb. Şəlalə saat 18 radələrində hazırlıq kursunu bitirərək avtomobilin yanına gəlib və arxa sərnişin oturacağına oturduqdan sonra Ziya öz oturacağını tam arxaya verib.

Şəlalə Ziyanın hərəkətlərindən şübhələnib və avtomobilin qapısının şüşəsini açaraq düşmək istəyib. Lakin Ziya Şəlalənin köməksiz vəziyyətindən istifadə edərək, onun qollarından tutub, ona maneə yaradıb. Daha sonra qıza zorakılıq göstərib, seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

Şəlalə bir əlini Ziyanın əlindən çıxararaq avtomobilin qapısının şüşəsini açıb, qışqırıq salıb, yaxınlıqda olan kənd sakini onlara yaxınlaşıb. Avtomobilin qapısını açmaq istəyərkən bağlı olduğunu görüb, qışqıraraq avtomobilə bir neçə təpik zərbəsi vurub.

Bundan sonra Ziya oturduğu oturacağı əvvəlki vəziyyətinə qaytarıb. Şəlalə avtomobilin digər qapısını açaraq yerə düşüb.

İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, Şəlalə ilə eyni qəsəbədə yaşayır, onunla və ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi olmayıb:

"Təxminən hadisədən 1 ay əvvəl Şəlalənin atası Sadıxla qəsəbə ərazisində qarşılaşaraq söhbət etdik. Sadıx avtomobili olmadığı üçün 80 manata qızı Şəlaləni və uzaq qohumu Əsməri Beyləqan rayonunun kəndlərindən birinin ərazisində fəaliyyət göstərən müəllimin evinə hazırlığa aparıb-gətirməyimi xahiş etdi. Təkliflə razılaşdım. Şəlalə və uzaq qohumu Əsməri hazırlığa aparıb-gətirməyə başladım".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günə kimi təxminən 8-9 dəfə qızları qəsəbədən götürüb və müəllimin evinin qarşısında düşürüb:

"Mən onları gözləmişəm, hazırlıq qurtardıqdan sonra yaşadığımız qəsəbəyə qaytarmışam. Birgə gediş-gəliş zamanı Şəlalədən xoşum gəldi. Tək qalanda Şəlaləni istədiyimi özünə deyəcəyimi planlaşdırdım".

Ziyanın sözlərinə görə, 20 oktyabr 2021-ci ildə saat 16 radələrində Sadıx mobil nömrəsinə zəng edib və Əsmərin daha hazırlığa getməyəcəyini bildirib:

"Sadıxın evinə getdim. Şəlaləni evdən götürəndə Sadıx darvazadan çölə çıxaraq təkrar Əsmərin hazırlığa getməyəcəyini söylədi. Heç bir problem olmadığını bildirdim, yola düşdük.

Yolda Şəlaləyə ondan xoşum gəldiyini bildirdim. Şəlalə isə ali məktəbə hazırlaşdığını və bu barədə heç nə düşünmədiyini dedi. Təxminən 20 dəqiqə sonra müəllimin evinə çatdıq, o, maşından düşdü. Avtomobili bir az irəli sürərək Şəlalənin hazırlıqdan çıxmasını gözlədim".

Ziya qeyd edib ki, təxminən saat 18 radələrində Şəlalə hazırlıqdan çıxıb, avtomobilin sağ arxa sərnişin oturacağına əyləşib. Bu zaman Ziya Şəlaləyə qarşı seksual xarakterli zorakı hərəkətlər edib. Daha sonra Şəlalənin qışqırığına kənd sakini gəlib.
"Həmin kişi qışqıraraq avtomobildən düşməyimi istədi. Buna görə də oturacağımı əvvəlki vəziyyətinə gətirərək aşağı endim.

Kənd sakini yaxınlaşaraq sol gözümün altına bir yumruq vurdu. Ondan hansı səbəbə məni vurduğunu soruşdum. O, yüksəkdən səs-küy salaraq ətrafda olan digər şəxslərin yanımıza gəlməsinə səbəb oldu. Yığışanlar məni əhatəyə aldılar, bədənimin müxtəlif nahiyələrinə zərbələr endirdilər. Bundan bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Məni izahatımın alınması məqsədilə polis şöbəsinə dəvət etdilər", - Ziya ifadəsində bildirib.

Cinayət işi üzrə zərərçəkmiş Şəlalənin sözlərinə görə, oxuduğu məktəbdə 10-cu sinifdə təhsil alan Əsmərlə birlikdə təqsirləndirilən Ziyaya məxsus avtomobillə Fidan müəllimənin yanına hazırlığa gediblər:

"Oktyabrın 20-də saat 15 radələrində Əsmərin anası anama zəng etdi və qızının hazırlığa getməyəcəyini bildirdi. Anam atamla əlaqə saxladı, vəziyyəti ona dedi. Atam da Ziya ilə danışdı və məni hazırlığa tək aparacağını bildirdi. Ziyanın həyət darvazasının yanında gözlədiyini dedi.

Saat 16 radələrində evdən çıxaraq avtomobilin arxa oturacağına əyləşdim. Ziya avtomobili gedəcəyimiz kənd istiqamətində sürdü. Bir qədər getdikdən sonra arxaya tərəf dönərək mənə baxdı və məndən sevgilimin olub-olmadığını soruşdu. Mən bu sualdan çaşdım və mənə bu barədə sual verməməsini xahiş etdim. Ali məktəbə hazırlaşdığımı, başqa heç nə barədə maraqlanmadığımı dedim.

Ziya məndən xoşunun gəldiyini bildirdi. Mən isə heç bir cavab verməyərək başımı yola tərəf çevirdim. Biz Fidan müəllimənin yaşadığı evə çatdıq. Avtomobildən düşərək, hazırlığa getdim".

Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 17 radələrində hazırlıq yoldaşları Sənəm, Göyçək, Nərmin və Fatimə ilə birlikdə hazırlıqdan çıxıblar:

"Qızlar evlərinə getdilər. Mən də bir qədər aralıda dayanmış avtomobilə əyləşdim. Həmin anda Ziya pultla qapıları bağladı. Mən onun nə etdiyini başa düşmədim. Qapını açmaq istəyəndə özüm tərəfdə olan qapını açan düymənin yerində olmadığını gördüm. Tez qapının şüşəsini açmağa başladım. Ziya isə oturacağını tam arxaya verərək, şüşəni qaldırdı. Niyə belə etdiyini soruşdum, avtomobili təzə qızdırdığını, ona görə də şüşəni açmamağımı istədi.

Mən təkrar şüşəni açmağa cəhd etdim. Ziya yenidən mənə mane oldu. O, mənə qarşı seksual hərəkətlər etməyə başladı. Yenə müqavimət göstərdim və qışqırmağa başladım. Yumruqla avtomobilin şüşəsinə vursam da, ətrafda heç kim olmadığından məni eşitmədilər.

Sonra imkan tapıb avtomobilin şüşəsini açdım, qışqıraraq kömək istədim. Bu zaman avtomobilin yanından keçən tanımadığım orta yaşlı kişi səsimi eşitdi. O, avtomobilin yanına qaçdı və təpiklə avtomobilə vurmağa başladı.

Ziya kənardan kiminsə gördüyünü hiss etdi və oturacağını irəliyə doğru itələdi. Mən də bundan istifadə edərək tez digər tərəfə keçdim və qapını açaraq yerə düşdüm. Ziya da avtomobildən düşdü. Köməyə gələn şəxs, adını sonradan bildiyim Pərviz əlimdən tutaraq məni yaxınlıqda olan dükana apardı.

Zəng edərək valideynlərimə hadisə barədə məlumat verdim. Bir müddət sonra atamla anam yanıma gəldilər. Biz birlikdə Beyləqan Rayon Polis Şöbəsinə gedərək baş vermiş hadisə barədə müraciət etdik".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ziya 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1303   Tarix: 03 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyev sinqapurlu həmkarı Tarman Şanmuqaratnamı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnamı təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:. "Hörmətli cənab Prezident,. Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə v

09.08.2026 161
.

Fidan: "Türkiyə Ukrayna münaqişəsi tərəflərinə döyüşlərə moratorium təklif edib"

"Türkiyə Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi ilə bağlı təklif göndərib". xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə müsahibəsində deyib. "Biz tərəfləri atəşkəs elan etmək üçün mexanizm yaratmağ

09.08.2026 146
.

Britaniyada partiya lideri Milli Cinayət Agentliyini məhkəməyə verib

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraş və onun müavini Riçard Tays bank əməliyyatları barədə məlumatların KİV-ə sızması ilə əlaqədar Milli Cinayət Agentliyinə (NCA) qarşı İngiltərə və Uels Ali Məhkəməsində iddia qaldırıblar. "Report" xəbər verir ki, bu barədə "Th

09.08.2026 158
.

Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27 isti, gündüz 29-33 isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütun

09.08.2026 457
.

Ukrayna bir həftə ərzində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub

Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-

09.08.2026 177
.

ABŞ-nin xəbərdarlıqlarına baxmayaraq, İran nüvə proqramını davam etdirir

ABŞ-nin 2025 və 2026-cı illərdə İranın üç əsas nüvə obyektinə endirdiyi zərbələr Tehranın proqramını tam dayandırmayıb, sadəcə onun icrasını ləngidib. xəbər verir ki, bu barədə "The New York Times" nəşri rəsmilərə və mütəxəssislərə istinadən məlumat yayıb. Tehran BMT müfəttişlərinin ən həssa

09.08.2026 175
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

09.08.2026 177
.

Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib

Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. "Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilə

09.08.2026 148
.

Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik

Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb. "Report" xəbər verir ki, bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmi

09.08.2026 162
.

TOP MP3