Çingiz Abdullayevə görə ATV-yə irad bildirildi
Audiovizual Şura efirdə aparıcının Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.
BiG.AZ-a xəbər verir ki, Şuranın Aparat rəhbəri Fazil Novruzov APA-ya bildirib ki, ATV televiziya redaksiyasının (kanalının) efirində 13 noyabr 2023-cü il tarixində saat 07.30–10.00 arası yayımlanan "Xəbərin olsun" proqramı Şura tərəfindən monitorinq olunub.
Şura rəsmisinin sözlərinə görə, ilkin araşdırmaya əsasən, proqram zamanı aparıcı tərəfindən səsləndirilən fikirlər (Xalq yazıçısı Çingiz Abdullayevin kitablarına münasibətdə) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.7-ci maddəsinin tələbinin (şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir) pozulması kimi qiymətləndirilə bilər:
"Lakin bu halın dəqiq müəyyən olunması məhkəmə predmeti olduğundan həmin proqramla bağlı müvafiq tədbirlərin tətbiq olunması Şuranın səlahiyyətləri xaricindədir".
Fazil Novruzov eyni zamanda, diqqətə çatdırıb ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.
"Həmçinin, bildiririk ki, bu hadisə ilə bağlı "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına tərəfimizdən irad bildirilib və müvafiq tövsiyələr verilib", - o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 765 Tarix: 22 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi
Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə
20:00 1 İpoteka krediti: Mənzil almamışdan əvvəl nələri bilməliyik?
İpoteka ilə mənzil almaq sadəcə daşınmaz əmlak əldə etmək deyil, uzunmüddətli maliyyə öhdəliyi götürmək deməkdir. Bu qərarı verərkən üç əsas amil düzgün qiymətləndirilməlidir: şəxsin real ödəmə qabiliyyəti, alınacaq mənzilin hüquqi vəziyyəti və kreditin ümumi dəyəri. İpoteka ilə mənzil almaq istəyənləri
14:47 187 Xuraman Əlizadəyə ağır itki
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
17:07 108 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd
10:58 209 Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz
Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq. xarici mediaya istinadla xəbər verir ki, layihəni
19:30 1 WhatsApp fırıldaqçılığı: Özünüzü necə qorumalısınız?
WhatsApp vasitəsilə həyata keçirilən sosial mühəndislik və kiberdələduzluq halları istifadəçilər üçün ciddi təhlükə yaradır. Fırıldaqçılar insanların etibarından sui-istifadə edərək pul əldə etməyə, şəxsi məlumatları ələ keçirməyə və hesabları mənimsəməyə çalışırlar. Belə hallardan qorunmaq üçün təhlükəsizli
14:40 199 "Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını
15:27 215 Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını
13:03 523 Prezident İlham Əliyevin Qlobal Forumda mesajları
Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad
11:55 254