Bakı metrosunda VIP vaqonlar quraşdırılacaq? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda VIP vaqonlar quraşdırılacaq? - RƏSMİ AÇIQLAMABir müddət əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev müsahibələrinin birində demişdi ki, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinə gediş haqlarının qalxmasını cəmiyyətin birmənalı qəbul etməyəcəyini bildirib:

"Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi, qatarlarda biznes, ekonom sinfi yaradın. Biznes sinfinə daxil olan sərnişin qəhvə də içə bilər, nə istəsə, edə bilər. Xalqımız xoşlayır ki, imkanı varsa, komfortla getsin. Bu formada etsəniz, biri gediş haqqını 40 qəpik, başqası bir manat verəcək".

Millət vəkilinin fikirləri, təbii ki, birmənalı qarşılanmamışdı.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində VIP vaqonların ayrılması sərnişindaşımanın və stansiyaların mövcud texniki səciyyələrinə görə hazırda mümkün deyil:

"Bu daha çox, məhdudiyyət mənbəyi olar. İş günlərində sərnişin sıxlığı, ələlxüsus, gur saatlarda metropolitenin daha çox yüklənmiş stansiyalarında giriş sahəsindən başlamaqla, eskalator meydançalarında, ən əsası, platformalarda olan sıxlıq şəraitində VIP vaqon istifadəçisinin ayrılmış vaqonda hərəkət rahatlığını təmin etmək mümkün deyil.

Bunun üçün xüsusi zolaqlama və çəpərləmə işinin aparılması da hərəkətin təşkili qaydalarına zidd olmaqla yanaşı, stansiyaların yüklənməsinin ifrat həddə çatmasını sürətləndirər, eyni zamanda, ümumi sərnişindaşıma prosesinə mənfi təsir göstərməklə mövcud durumun idarə edilməsini çətinləşdirər".

Bu mənada, nümunə kimi, əsas sıxlığın səhər saatlarında "Koroğlu" və "20 Yanvar", habelə "Neftçilər" və "İnşaatçılar", günorta və xüsusən axşam saatlarında "28 May", "Elmlər Akademiyası", "Gənclik" və "Nərimanov" stansiyalarında olması, daha sonra isə əsas hərəkət istiqamətlərində qatarların sərnişin sıxlığı şəraitində hərəkət etməsinin VIP vaqonlardan istifadəni qeyri-real etməsi diqqətə çatdırılıb.

"Bununla yanaşı, "28 May" kimi pilon keçidləri sərnişin hərəkətini məhdudlaşdıran stansiyalarda və platformanın bəlli zonalarında, xüsusən eskalator meydançaları ilə orta zalların vahid sahədə olmasının sıxlıq şəraitində hərəkət üçün yaratdığı maneələr, platformada gözləmə zallarının maksimal yüklənmə həddi VIP vaqon istifadəçilərinin hərəkət rahatlığını məhdudlaşdıran əsas amillərdən biri olar.

Məhz pilon tipli stansiyalarda vaqonlardan düşən sərnişinlərin də istifadə etdiyi vaqonlar bu mənada əsas maneələr sırasındadır. Qeyd olunan kimi, həmin zonalarda və sahələrdə çəpərlənmə təhlükəsizlik tələblərinə görə yolverilməzdir.

"28 May" stansiyasını qeyd etmişkən, burada xətlərin kəsişərək birləşməsi, həmçinin, qatarların "Xətai"-"Cəfər Cabbarlı" məkik hərəkət sahəsinə keçid funksiyası hərəkətin təşkilinin xüsusiyyətlərini daha da mürəkkəbləşdirir və platforma səviyyəsinin iki istiqamətdən də davamlı sıx intensiv hərəkət səciyyəsi var.

Bakı metropolitenində sərnişinlərin vaqonlardan düşəcəyi zonaları əsas götürərək minəcəyi sahəyə əvvəlcədən üstünlük verməsi, başqa sözlə, sərnişinlərin platforma boyunca bərabər paylanma məsələlərində mövcud çətinlikləri nəzərə alsaq, bu gün VIP vaqonların ayrılması daha çox hərəkətin təşkilinə zərər verməklə, sərnişin təhlükəsizliyi də daxil olmaqla, daha çox məhdudiyyətlərə gətirib çıxarar.

Qeyd edilən texniki məsələlərə digərlərini də əlavə etmək olar.

Maliyyə baxımından, metropolitenin ən əsas gəlir mənbəyinin məhz sərnişin daşınmasından əldə olduğunu nəzərə alsaq, daşınan sərnişin sayının maya dəyərinə təsirləri, ictimai sərnişindaşıma nəqliyyatı sistemindəki mövcud tariflər də nəzərə alınmaqla, VIP vaqonların ayrılması sərnişindaşıma prosesinə iqtisadi cəhətdən mənfi təsirləri və risklərini artıracaq", - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, texniki-iqtisadi cəhətdən sadalana biləcək digər mənfi təsirlər də VIP vaqonda sərnişindaşımanın təşkilinin metropolitenə hər hansısa müsbət maliyyə təsirlərinin olmayacağını aydın göstərir:

"Yuxarıda qeyd edilənlərdən savayı, metropolitenin ictimai kütləvi nəqliyyat növü kimi statusunu, bu xüsusda, daha çox əhalinin bütün təbəqələri üçün sosial əhəmiyyəti və əlçatanlığını nəzərə almaq lazımdır. Məsələnin sosial-ictimai mühitdə doğuracağı rezonans və ümumi sərnişin məmnuniyyətinə, habelə, bir sıra digər aspektlərdən mənfi təsir ehtimalının və risklərinin yüksək olması aşkar təzadların, narazılıqların da mənbəyidir.

Qeyd edilənlər VIP vaqonların tətbiqini hazırkı dövrdə qeyri-real və mümkünsüz edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir

Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama

11:05 204
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə

17:32 10
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

20:00 1
.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist

12:15 230
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.