ABŞ-də erməni şirkətlərinə qarşı istintaq başladılacaq

ABŞ-də erməni şirkətlərinə qarşı istintaq başladılacaqRusiya embarqo qoyulmuş kommersiya məhsullarını əldə etmək və öz məhsullarını bazarlara çıxarmaq üçün erməni şirkətlərindən istifadə edir.

Bu barədə Avropa İttifaqına yaxınlığı ilə tanınan və qərargahı Aİ qurumlarının da yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən "EU Reporter" nəşrində yazı dərc olunub.

"Ermənistan Putinin Ukraynaya qarşı müharibəsinin logistika mərkəzidirmi?" adlı araşdırma yazısında verilən məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi və Aİ qurumları müvafiq erməni şirkətlərinə qarşı istintaq başlatmağa hazırlaşırlar. Həmçinin bildirilib ki, ABŞ və Aİ rəsmiləri erməni şirkətlərinə qarşı araşdırma açmaq üçün sənədlər toplayırlar.

Nəşr Rusiyanın embarqolu kommersiya məhsullarını Ermənistan gəmiçilik şirkətləri vasitəsilə tədarük etdiyini iddia edib.

"EU Reporter"in əldə etdiyi məlumata görə, Rusiya Qərbin embarqo etdiyi məhsullarını dünya bazarlarına çıxarmaq üçün Batumi-Novorossiysk dəniz yolundan istifadə edir və məhsullarını Gürcüstan limanlarına çatdırır. Embarqo qoyulmuş Rusiya ixrac məhsullarının dünya bazarına çıxarılması üçün də Ermənistanda fəaliyyət göstərən şirkətlərdən istifadə olunur.

Bu istiqamətdə ən diqqət çəkən şirkət isə Ermənistan gəmiçilik şirkətidir. Əldə edilən məlumatlara görə, hər həftə Rusiya ixrac məhsulları ilə dolu olan 600 konteyner Gürcüstan limanlarına girir. Gəmilər və konteynerlər isə Ermənistan gəmiçilik şirkətlərinə məxsusdur.

Nəşr iddia edir ki, Moskva bu üsulla, həmçinin Qərb ölkələrinin ixracına qadağa qoyduğu kommersiya məhsullarını da Rusiyaya gətirir. Bunlar arasında geyim sektoru məhsulları, avtomobillər və ehtiyat hissələr, tibbi məhsullar yer alır. Rusiyaya bu yolla daxil olan nəqliyyat vasitələrinin əksəriyyətinin də ABŞ malları olduğu vurğulanır.

Yazıda qeyd edilir ki, Gürcüstan limanlarına giriş edən bu mallar Ermənistanın Gümrü şəhərinə aparılaraq orada anbarlara yığılır, daha sonra quru yolu və ya Ermənistan gəmiçilik şirkətlərinə məxsus gəmilərlə Rusiyaya gətirilir.

Nəşrin məlumatına görə, embarqoları pozan bütün şirkətlər ABŞ və Aİ tərəfindən qadağan olunmuş şirkətlər siyahısına daxil edilə bilər.

Eyni zamanda, Avropa İttifaqı İqtisadiyyat Komissarlığının və ABŞ Ticarət Nazirliyinin sxemdəki şirkətlərin bütün fəaliyyətini araşdırdığı və müvafiq şirkətlərə qarşı araşdırmalara başlanılacağı nəzərə çatdırılıb./Oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 568   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir

Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama

11:05 204
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə

17:32 10
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

20:00 1
.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist

12:15 230
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.