"Obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmalarda biganəlik var" - EKSPERT

"Obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmalarda biganəlik var" - EKSPERT"Ümumiyyətlə bütün təyinatlı obyektlərdə təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. İstər bazarlar, istər ticarət mərkəzləri olsun bütün təhlükəsizlik qaydalarına, normativ və standartlara, obyektin yanğın-təhlükəsinə dair təchizatın işlək və saz vəziyyətinin olmasına, avadanlıq və qurğuların təchiz olunmasına, yanğın xəbərdaredici və siqnalizasiyaların olmasına diqqət edilməli, normativ standartlara uyğun olmalıdır. Hər bir işçinin yanğın təhlükəsizliyinə aid olan bilik və bacarıqları formalaşmalıdır. Yanğının baş verməsi üçün yanğın təhlükəsizlik qaydaları pozularsa, yanma ehtimalı olan, tez alışan materialların düzgün saxlanılması, düzgün daşınması, saxlanması zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunması çox vacibdir".

Bu sözləri BiG.AZ-a açıqlamasında təhlükəsizzlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Ekspert bildirib ki, yanğın təhlükəsi riski varsa aradan qaldırmaq mümkün olmalıdır. Tələblər onun üçündür ki, ilk növbədə yanğın təhlükəsi riski olmasın, ikincisi isə olarsa belə vaxtında aşkara çıxararaq tədbirlər görülə bilsin:

"Taxta" bazarı dedikdə burada satılan əşyalar və qurğular olsun bunun yanma riski yüksəkdir. Buraya hər hansı qığılcım düşərsə belə, açıq oddan istifadə olunarsa, söndürülməmiâ siqaret kötüyündən belə burada yanğın çıxa bilər. Bu zaman həmin materiallar yığılmalı, xüsusi yerlər ayrılmalıdır. Siqaret kötüyü tam söndürüldükdən sonra atılmalıdır. Digər məsələ isə, payız-qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar olaraq istiliyə olan təlabat artır. Bazarlara aid olan spesifik təhlükə risklərindən biri odur ki, orada yüzlərlə müxtəlif obyektlər olur. Ola bilər ki, obyektlərə gedən şəxslər otaq soyuq olmasın deyə hansısa bir elektrik qurğusunu naqildən çıxarmayıb gedə bilərlər. Oda yanğın təhlükəsi yarada bilər. Ona görə mütləq iş yerini tərk edərkən otaqda olan bütün elektrik avadanlıqları elektrik cərəyanlarından ayrılmalıdır".

Elmar Nurəliyevin sözlərinə görə, Obyektdəki nəzarətçilər də bu işlərə fikir verməli və maarifləndirmə tədbirləri həyata keçirməlidir: "Elektrik qısa qapanmasından baş verən yanğınlar daha çox təşkil edir. Elektrik təsərrüfatına ciddi yanaşmaq lazımdır. Vaxtı vaxtında yoxlanılmalıdır. Bazarlarda elektrik naqillərinin saz vəziyyətində olmasına ciddi yanaşmaq lazımdır. Sallanmış vəziyyətdə, əgər taxtaların üzərinə yıxılıbsa, dağınıq vəziyyətdədirsə əlbəttə bu nə qədər yanğın təhlükəsizliyi qaydalarının pozulması deməkdir".

Ekspertin sözlərinə görə, ümumiyyətlə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmada biganəlik var:

"Yanğın baş verməsin deyə tədbirlər planı olmalıdır. Bu zaman həmin planlar yanğının daha geniş miqyasda yayılmasının qabağını almaq mümkündür Lakin o demək deyil ki, yanğın hadisələrindən yüz faiz sığortalanmaq olar. Belə bir yanaşma deyil. Normativ standartlara əməl etməklə daha az zərər ilə qurtulmaq olar. Bütün obyektlər və xüsusilə söhbət bazarlardan gedirsə ciddi əməl olunmalıdır. Küləkli hava şəraitində yanğın hadisəsi baş verərsə onun yayılması riski daha yüksək olur. Hava küləkli olarsa gücləndirilmiş iş rejiminə keçilməlidir".

Son olaraq ekspert qeyd edib ki, yanğın hadisələrində yanğının baş verməsi üçün 3 element mövcuddur: istilik, yanan, material və oksigen olmalıdır:

Yanan materialı istilikdən ayrı saxlamaq lazımdır. Maarifləndirmə tədbirləri sadəcə kitab və yaxud görüntü üzərindən olmalı deyil. Yerində praktik olaraq həyata keçirilməlidir ki, insanların bu barədə bilikləri, məlumatları olsun. Orada çalışan şəxslər arasında bilik və bacarıqların olmaması yanğının vaxtında qarşısının alınmasına çətinlik yaradır. Ona görə belə yerlərdə bazarlarda və ticarət mərkəzləri kimi obyektlərdə könüllü yanğınsöndürmə qrupları olmalıdır.O ki qaldı obyektə kimsə qəsdən yanğın törədibsə baş verənlər araşdırma aparılır və ona hüquqi qiymət verilir.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1381   Tarix: 23 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 258
.

Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir

Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama

11:05 204
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu

Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə

17:32 10
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

15:33 162
.

Ermənistan parlamenti Zəngəzur marşurutunu təsdiqlədi

Ermənistan parlamenti TRIPP layihəsi (Zəngəzur dəhlizi) üzrə sazişi təsdiqləyib. Ermənistan mediasının xəbərinə görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında" çərçivə sazişini ratifikasiya edib. 63 nəfər lehinə

20:00 1
.

Xalq artisti Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib

Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı çərçivəsində Naxçıvan şəhərində iki gün ərzində silsilə tədbirlər keçirilib. İlk olaraq Naxcıvan Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi məhdud fiziki imkanlilar ucun Regional İnformasiya Mərkəzində xalq artist

12:15 230
.

İlham Əliyev çexiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev çexiyalı həmkarı Petr Pavelə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubun mətnində deyilir:. "Hörmətli cənab Prezident,. Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:30 95
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.