Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTO

Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOAzərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.

BAKU.WS-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısına məlumat verilib ki, inşasına 2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.

Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olunub.

Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.

Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.

Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün ikimərtəbəli yeməkxanadan ibarətdir.

Dövlətimizin başçısı xidməti otaqlarla və burada əməkdaşlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də baxış keçirib.

Həmçinin Azərbaycan Prezidentinə digər inzibati binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika, əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin imkanları barədə məruzə edilib.

Prezident İlham Əliyev şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman avadanlıqları ilə təchiz edilmiş mərkəzlə də yaxından tanış olub.

Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib.

Prezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTOPrezident İlham Əliyev DTX-nin yeni inzibati binalarının açılışında iştirak edib - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1014   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara

10:28 187
.

İslam dünyasında yeni mərhələ - Bakının mövqeyi güclənir

"Prezident İlham Əliyevin təşəbbüsləri İslam həmrəyliyinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən siyasətlə möhkəmlənir". Bunu BİG.AZ-a açıqlamasında Tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov bildirib. "İslam Əməkdaşlıq Təşkilatını

11:38 182
.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 385
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 377
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 392
.

24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı

Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub

27.10.2026 390
.

Sülhün yolu tarixi həqiqətlərin qəbulundan keçir

Hikmət Hacıyevin Ermənistana ünvanladığı mesaj təkcə diplomatik bəyanat deyil. Bu, doğma yurdlarından didərgin salınmış, illərlə qayıdış həsrəti ilə yaşamış insanların yaddaşında qalan ağrının, itirilmiş ömrün və tarixi ədalət gözləntisinin ifadəsidir. Sülh haqqında danışmaq mümkündür, sənədlər imzalama

11:05 170
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol

10:31 183
.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 371
.