"Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələrinin arasında yer alacaq " - EKSPERT

"Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələrinin arasında yer alacaq " - EKSPERT"Hesab edirəm ki, cənab Prezidentin Qarabağın Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncamı Azərbaycan təhsil tarixində yeni bir səhifəni yazmış oldu. Bütünlükdə, 30 il işğalda olan tarixi torpaqlarımızda belə bir universitetin açılması Azərbaycan xalqının arzusu idi. Xalqımızın hər bir nümayəndəsi məhz işğaldan azad olunmuş bölgələrdə ali təhsil müəssisəsinin yaradılması ilə bağlı sərəncamı səbrsizliklə gözləyirdi. Xüsusilə təhsil ictimaiyyəti üçün çox əlamətdar bir tarix olacaq. Qarabağ Universitetinin məhz Xankəndidə yaradılması təbii ki, bu tarixi hadisə olmağı ilə bərabər həm də, Azərbaycan ali təhsilinin qarşısında yeni üfüqlər yaradacaq. Bu baxımdan, ki Qarabağvə Xankəndi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Hansı ki, 30 il müddətində o torpaqlardan bizim ayrı düşməyimiz, eyni zamanda bizim igid övladlarımızın o torpaqların hər qarışının azad olunması naminə göstərdiyi fədakarlıq nümunəsi ən yaxın tariximizdir".

Bu sözləri BiG.AZ-a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlqar Orucov deyib. Onun sözlərinə görə, Xankəndidə universitetin açılması qalib Azərbaycanın təhsil həyatında yeni bir başlanğıcdır:

" Məlum olduğu kimi, sərəncamın icrasını Nazirlər Kabineti həyata keçirəcək. Müvafiq dövlət qurumları-Elm və Təhsil Nazirliyi ilə birgə işlər görüləcək. Qarabağ Universitetinin filiallarının hansı bölgələrdə açılması məsələsi gələcəyin işidir. Mən düşünürəm ki, Qarabağ Universitetinin digər bölgələrdə filialları ola bilər. Necə ki, digər ali təhsil müəssisələrinin ayrı-ayrı bölgələrdə filialları mövcuddur. Nəzərə alsaq ki, məhz Qarabağın adı ilə universitetin yaradılması və müasir təhsil müəssisəsi olaraq əlbəttə ki, öz sözünü deyəcək".

Ekspert bildirib ki, Universitetin fəaliyyət göstərməsi üçün ortaya qoyulmuş siyasi iradə və həm də cənab Prezident tərəfindən imzalanmış Böyük Qayıdışa dair I Dövlət Proqramının tərkib hissəsidir:

"Qarabağ Universiteti ilk növbədə işğaldan azad olunmuş ərazilərin ümummədəni, elmi və təhsil mühitinin formalaşması, intellektual səviyyənin artırılması baxımından olduqca əhəmiyyətli olacaq. Bizim Qarabağda mövcud olmuş təhsil ənənələrinin bərpası baxımından əhəmiyyət kəsb edir. Universitetin yaradılması ilə töhfələr baxımından həmin ərazidə məskunlaşacaq, ərazilərə qayıdacaq bizim insanlarımızın, gənclərimizin birbaşa keyfiyyətli ali təhsil almaq imkanlarını onlar üçün yaradılması baxımından əlverişli olacaq. Biz hər zaman ali təhsil müəssisələrimizin dünyada tanınan, nüfuzlu, eyni zamanda dünya reytinqində yer alan universitet olması ilə bağlı arzularımızı dilə gətiririk".

Son olaraq İlqar Orucov qeyd edib ki, universitetin fəaliyyəti arzularımızı gerçəkləşdirmək baxımından vacibdir: "Bu gün Azərbaycan cəmiyyətində bütünlüklə dövlətimizin inkişafında, zamanında Xankəndi Universitetində təhsil almış məzunların böyük rolu danılmazdır. Həmin universitetin məzunları onlar ölkənin ictimai, təhsil və mədəni həyatında, iqtisadi inkişafımızın daha irəli getməsi naminə fəaliyyət göstərirlər. Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin məzunlarının uğurları ilə fəxr edə biləcəyik. Mən əminəm ki, Qarabağ Universitetinin səsi-sorağı dünyanın ən yaxşı ali təhsil müəssisələrinin arasında adı çəkiləcək. Biz universitetin təhsil mühitimizin yeniləşməsi rolunu da yerini görə biləcəyik".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1726   Tarix: 30 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.