"Dəli deyil, gəlinini qəsdən öldürüb" - Dəhşətli qətlin pərdəarxası - VİDEO
Gəlininin başını kəsərək öldürən qayınananın görüntüləri son günlərdə sosial şəbəkələrdə viral oldu. Yaşlı qadının qətl barədə soyuqqanlılıqla danışması isə hər kəsi təəccübləndirdi.
Bəziləri onun psixoloji problemləri olduğunu bildirdi, bəziləri isə bunu mərhəmətsizliklə əlaqələndirdi.
Bəs görəsən, törətdikləri qətl barədə rahatlıqla danışan hər şəxsin psixoloji problemləri olduğunu demək olarmı?
Referans.az bildirir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bəzən insanların cəzadan yayınmaq üçün "dəli" rolunu oynadığını bildirib:
"Bəzi insanlar qətl hadisəsinə müəyyən don geydirməyə çalışırlar, çünki bu hadisəyə psixoloji xəstəlik adını qoyanda şəxs ya ruhi əsəb dispanserində yatacaq, ya cəzası azaldılacaq, ya da cəzasının müəyyən hissəsini psixi xəstəxanada çəkəcək və qısa müddətdə azadlığa çıxacaq. Ona görə də bəzi insanlar törətdikləri qətli affekt vəziyyətində etdiklərini deyirlər. çünki bəzən affekt halında olan şəxsi bağışlayırlar.
Bu xanıma baxanda görünür ki, peşmanlıq hissi çəkmir. Normal insan qətl törətdiyi halda eyni hadisəni hətta 10 dəfə danışsa belə, peşmanlıq hiss etməlidir. Bu qadın isə çox soyuqqanlıdır və qətli planlaşdırıb. Ola bilər ki, gəlini ilə aralarında uzun müddət problem, gərginlik olub və bu səbəbdən dolayı qadın düşünüb ki. mən bu insanı öldürməliyəm. Bu, planlaşdırılmış ölümdür və mənə görə bu cür insanlara ən ağır cəzanı vermək lazımdır. Bir insanın canına qıymaq heç kimin haqqı deyil. Həmin şəxs nə etsə belə, kimsə onu öldürə bilməz.
Əgər pis idisə, yollarını ayıra, boşana bilərdilər. Hər bir halda mütləq çıxış yolu var".
Ekspert qeyd edib ki, amansızlıqla törədilən qətl hadisələri müəyyən psixoloji problemlərlə əlaqəli olur:
"Qayınananın bu qədər soyuqqanlı olmağı onun peşman olmamasından irəli gəlir. Onun üzündə zərrə qədər peşmançılıq hissi ifadə olunmur.
Bu qadının psixoloji problemləri də ola bilər. Bu cür cinayət hadisələri məhz elə psixoloji problemlərdən qaynaqlanır. Normal insan niyə başqasını öldürsün? Normal olmayan, aqressiyası pik həddə olan şəxslər danışmağı düşünmədən qərar verir ki, mən bu insanı öldürməliyəm.
Hər bir insan qatil ola bilər. Bunun üçün müəyyən situasiya yarana bilər. Amma sözügedən qadının törətdiyi qətl açıq-aşkar qisas məqsədilə edilib. Belə insanlar ailədə sevgi görməyən, qəddar şəxslərdir. Mərhəmət hissi olmayan şəxs psixoloji problemlidir. Çünki hər bir insanın qəlbində sevgi və mərhəmət olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8303 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAy ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26.10.2026 135 Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26.10.2026 148 "Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA
İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam
26.10.2026 470 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi
Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə
26.10.2026 273 "Heç kimin ad gününə getmirəm"
"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Kəşfət" layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranmas
26.10.2026 180 Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26.10.2026 148 "Ev almaq əlçatmaz olub"
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn
26.10.2026 215 "Evlənmək üçün vaxtımız yoxdur"
Türkiyəli aktrisa Hazal Subaşı sevgilisi, müğənni Oğuzhan Koçla bağlı sualları cavablanıdırıb. Axşam.az xəbər verir ki, aktrisa evlilik planlarını işləri səbəbindən ertələdiklərini deyib:. "Evlənmək üçün vaxtımız yoxdur, məşğuluq. Vaxtı planlaşdırmaq vacibdir, axı bu, bir mərasimdir. O, çox çalışır
26.10.2026 218 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 244