"Qoçu çıxmısan" dedi, cəzasını aldı

"Qoçu çıxmısan" dedi, cəzasını aldıMasallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi ilə kobud danışan şəxs cəzalandırılıb.

Oxu.Az məhkəmə istintaqına əsasən, hadisənin təfərrüatını öyrənib.

Masallı rayon Həsənli kəndində yerləşən marketin qarşısındakı bankomatdan pul çıxarmaq istəyən şəxs bankomatın işləməməsini biləndən sonra hirslənib.

Həmin vaxt o bankomatın qəsdən xarab olunmasını güman edib və market sahibi ilə arasında anlaşılmazlıq olub.

Daha sonra o, DİN-nin "102" xidmətinə zəng edərək bankomatdan pul çıxara bilməməsi ilə əlaqədar öz narazılığını bildirib.

O, şikayəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinə çağırılıb.

Şəxs Masallı Rayon Polis Şöbəsinə gəldikdən sonra İstintaq bölməsinin rəisi olan polis mayorunun xidməti otağına göndərilib.

Şəxs polis mayorunun otağına daxil olan zaman səbəbsiz yerə ona "qoçu çıxmısan" ifadəsini işlədib.
Polis mayoru məhkəməyə ifadəsində deyib ki, şikayətçini dinləyən zaman o, verilən suallara kobud şəkildə cavab verib.

"Şikayətçi davamlı şəkildə səs-küy salmağa, mənim ünvanına nalayiq ifadələr işlətməyə başladı. Bu zaman səs-küyə toplaşmış digər polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdilər. Dəfələrlə onu nizam-intizama, xidməti iş fəaliyyətini pozmamağa dəvət etdilər. Ona etdiyi əməlin inzibati xəta olduğunu bildirsələr də, şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdi", - deyə polis mayoru ifadəsində bildirib.

Bununla belə təqsirləndirilən şəxs digər polis əməkdaşlarına nalayiq ifadələr işlətmədiyini deyib.

Masallı Rayon Məhkəməsi inzibati xətanı törətməkdə ittiham edilən şəxslə bağlı qərar verib.

Qərara əsasən, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) 8 gün müddətində inzibati qaydada həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1332   Tarix: 04 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

26.10.2026 238
.

"Heç kimin ad gününə getmirəm"

"Avroviziya 2011" qalibi Eldar Qasımov müğənnilər arasında şahidi olduğu riyakarlıqdan danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Kəşfət" layihəsində qonaq olarkən söz açıb. O bildirib ki, bəzi müğənnilərin bir-birinin arxasınca danışıb, üz-üzə gələndə isə səmimi davranmas

26.10.2026 180
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26.10.2026 294
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 205
.

İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL

İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard

26.10.2026 203
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj

26.10.2026 221
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 204
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 135
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

26.10.2026 273
.