Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artıb2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin (MDB) ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

11 ayda Azərbaycanla MDB ölkələri arasında 1 milyard 502 milyon 99 min ABŞ dolları dəyərində ixrac (keçən ilə nisbətən 1,7% çox), 4 milyard 348 milyon 929 min ABŞ dolları dəyərində idxal (12,4% çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,8%, ümumi idxalında payı isə 27,5% təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Türkmənistan, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova və Tacikistanla olub.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 952 milyon 66 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyard 83 milyon 642 min ABŞ dolları, idxalının dəyəri isə 2 milyard 868 milyon 424 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 21%, o cümlədən ixrac 26,1%, idxal isə 19,3% artıb.

Ölkəmizin Türkmənistanla ticarət əməliyyatlarının dəyəri 738 milyon 965 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 77 milyon 332 min ABŞ dolları, idxalının dəyəri isə 661 milyon 633 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 73%, o cümlədən ixrac 3,9 dəfə, idxal isə 62,4% artıb.
Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 320 milyon 310 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 109 milyon 843 min ABŞ dolları, idxalının dəyəri isə 210 milyon 467 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 44,8%, o cümlədən ixrac 68,8%, idxal isə 7,9% azalıb.

Ölkəmizin Qazaxıstanla ticarət əməliyyatlarının dəyəri 300 milyon 795 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 93 milyon 31 min ABŞ dolları, idxalının dəyəri isə 207 milyon 764 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 45,3% azalıb, o cümlədən ixrac 2,9% artıb, idxal isə 54,8% azalıb.

Azərbaycanın Belarusla ticarət dövriyyəsinin dəyəri 299 milyon 697 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 27 milyon 201 min ABŞ dolları, idxalının dəyəri isə 272 milyon 496 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 2,1%, o cümlədən ixrac 5,6% azalıb, idxal isə 44,4% artıb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 161 milyon 581 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 43 milyon 336 min ABŞ dolları, idxalının dəyəri isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 1,6% azalıb, o cümlədən ixrac 3,9% artıb, idxal isə 3,5% azalıb.

Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin dəyəri 57 milyon 589 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 53 milyon 84 min ABŞ dolları, idxalının dəyəri isə 4 milyon 505 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 6 dəfə, o cümlədən ixrac 11,6 dəfə artıb, idxal isə 11,6% azalıb.

Azərbaycanın Moldova ilə ticarət dövriyyəsinin dəyəri 14 milyon 151 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 90 milyon 830 min ABŞ dolları, idxalının dəyəri isə 4 milyon 321 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 22%, o cümlədən ixrac 30% azalıb, idxal isə 4% artıb.

Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin dəyəri 5 milyon 867 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 4 milyon 797 min ABŞ dolları, idxalının dəyəri isə 1 milyon 70 min ABŞ dolları təşkil edib. Son bir ildə ticarət dövriyyəsi 32,3%, o cümlədən ixrac 10,7%, idxal isə 10,5 dəfə artıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 05 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26.10.2026 161
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

26.10.2026 258
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

26.10.2026 270
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

26.10.2026 225
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 205
.

Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi

Prezident İlham Əliyev Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbə

26.10.2026 273
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj

26.10.2026 221
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 252
.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

26.10.2026 297
.