Bəlkə şiş onun ömür yerində deyildi...

Bəlkə şiş onun ömür yerində deyildi...Əməkdar jurnalist Mirşahin Ağayevin Aygün Bəylərər həsr etdiyi yazını təqdim edirik:

ÖMÜR VƏ ÖLÜM DUETİ

(TUT AĞACI ÜÇÜN ELEGİYA)

…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.

… Amma istisnalar var!

Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm. Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı biryerdə daşıyan İNSAN var. Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir… birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…

birlikdə…

birlikdə…

birlikdə…

Ömür-ölüm tandemi ilə bir yerdə "Salam!"laşır, bir yerdə "Sağ ol!"laşırıq. Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə "gördüyün" o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır… Hasilləşir!

… Aygün Bəylər özündə iki aləm daşıyırdı.. Bəylər vəfat edəndən sonra adını özünə soyad götürmüşdü… Aygün ömür, Bəylər ölüm hissəsi tək vücudda yaşayırdı. Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi. Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…

Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu. Müsahibə verəndə ölümlə-xərçənglə verirdi… Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli səs, hələ O nə dəsmal idi, İlahi?! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı, ya başqa bir səbəbdən-hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.

Aygün Bəylər mənim məsuliyyətlə: "Dahi!" deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib, ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!

Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün "Tut Ağacı!" deyə bütün insanlığa, canlılığa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı… "Neçə körpə budağını mən əzmişəm?!.." Bu, hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…

Qəribədir…

Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni "Şiş harasında idi?" kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…?! Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…

Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm?!

OLAY


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1019   Tarix: 08 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

26.10.2026 225
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26.10.2026 250
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26.10.2026 171
.

"Survivor" iştirakçısı Gürcüstanda saxlanıldı

"Survivor" realiti şousu ilə tanınan peşəkar idmançı və məşqçi Hikmət Tuğsuz Gürcüstanda saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. xəbər verir ki, Tuğsuz 2025-ci il iyunun 17-dən İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olub. O, 2026-cı il sentyabrın 25-də Gürcüstanda tutulub

26.10.2026 204
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

26.10.2026 296
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

26.10.2026 197
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 205
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

26.10.2026 238
.