Perinatal Mərkəzində baş verən yanğında təqsirləndirilən şəxsi nə qədər cəza gözləyir? - AÇIQLAMA

Perinatal Mərkəzində baş verən yanğında təqsirləndirilən şəxsi nə qədər cəza gözləyir? - AÇIQLAMARespublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində 4 uşağın meyiti aşkarlanıb.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Cinayət məcəlləsinin 225.3-cü maddəsinə görə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsini qoymuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olmaqdan məhrum edilməklə 3 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
Perinatal Mərkəzində baş verən yanğında təqsirləndirilən şəxsi nə qədər cəza gözləyir? - AÇIQLAMA"Perinatal Mərkəzində baş verən yanğın olduqca bədbəxt hadisədir.4 uşağın ölümü faciəvi bir haldır. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu istintaq idarəsində fakta görə cinayət məcəlləsinin 2 maddəsi 225.3-cü və 314.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayət məcəlləsinin 225.3-cü maddəsində yanğın təhlükəsizlik qaydalarını pozmağına görə cəzalar nəzərdə tutulub. Cinayət məcəlləsinin 225.3-cü maddəsində qeyd olunub ki, üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsini qoymuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olmaqdan məhrum edilməklə 3 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Vəkil qeyd edib ki, Cinayət məcəlləsinin 314.3-cü maddəsinə görə ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:
"Eyni zamanda Azərbaycan Respublikası Cinayət məcəlləsinin 314.3-cü maddəsində səhlənkarlıq əməlinə görə cəzalar nəzərdə tutulub. Belə ki, vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi, fiziki və hüquqi şəxslərin mənafelərinə və dövlətin və cəmiyyətin qorunan mənafelərinə zərər vurulmasına səbəb olduqda və bu əməllər ehtiyatsızlıqdan 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əgər fakta görə başlanmış cinayət işi üzrə ittiham aktı tərtib olunub məhkəməyə göndərilərsə və məhkəmədə də həmin təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilərsə, bu zaman məhkəmə tərəfindən cinayətlərin məcmusu üzrə cəza təyin edilə bilər. Cinayət məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
Yəni təqsirləndirilən şəxslər müəyyən olunarsa və həmin şəxslər bu iki maddə üzrə ittiham olunarsa, gələcəkdə də onların təqsiri sübuta yetirilərsə, bu zaman bu iki maddə üzrə cəzalar tamamilə və ya qismən toplanılaraq yekun qəti cəza təyin edilə bilər".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1975   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 135
.

Rusiya minlərlə afrikalını müharibəyə göndərir

Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl

26.10.2026 183
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

26.10.2026 244
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 244
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

26.10.2026 224
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

26.10.2026 240
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

26.10.2026 191
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 114
.

Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?

Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur

26.10.2026 297
.