Qalmaqallı tarzən: "Məndən əvvəl Aygün Bəylərin bacısı etiraz etdi, bu, qurma işdir"
"Azərbaycanda nə qədər tarzən var - çoxu mənim tələbəmdir. Mən sənətimizi bir çox dünya ölkələrində təmsil etmişəm. Aygün Bəylər, Səkinə İsmayılova, Xeyransa, Ağaxan Abdullayev və s. sənətkarları müşayiət etmişəm. Mənim bu işlərimdən danışsınlar. 80 yaşım var. 80 yaşında bir tarzən göstərin ki, ifa edə bilir. Sosial şəbəkələrdə haqqımda, ünvanıma tənqidlər yazırlar. Yaxşı, bəs mən nə edim?"
Bunu moderator.az-a açıqlamasında tanınmış tarzən Elxan Müzəffərov deyib. Əməkdar artist Aygün Bəylərin dəfnində İctimai TV-nin müxbirinin sualına etiraz edən sənətkar məsələnin, əslində, necə olduğunu izah edib.
"Evlərindən zəng etdilər ki, "Elxan müəllim, bir ağsaqqal kimi gəlin qapımıza". Aygünün xətrinə, onu çox istədiyimə görə durub getdim. O soyuqda, üşüyə-üşüyə gedib dayanmışam. Evlərində də millət doludur, yer yoxdur. Bir də gördüm ki, çəkiliş heyəti gəldi. Təxminən 10-a yaxın kamera bizi çəkirdi. Məndən əvvəl Aygünün kiçik bacısı onlara etiraz etdi. Dedi ki, "gəlmisiniz, sağ olun, amma hərəkətlərinizə fikir verin".
Evdə ağlaşma gedir, bunlar öz haylarındadırlar. Mən də çəkilib kənarda dayanmışdım. Heç vaxt özümü göstərməmişəm, ortalıqda olmamışam. Aygünün bacısı ikinci dəfə etiraz etdi, dedi ki, "yığışdırın kameraları, camaat orada ağlayır, siz burada bazar açmısınız, bura konsert deyil".
Başa düşürəm, jurnalist öz vəzifə borcunu yerinə yetirməlidir. Amma onlara öncədən xəbərdarlıq olunmuşdu axı. Heç olmasa, bu vəziyyətdə ev yiyəsini, yaxınlarını başa düşmək lazımdır. İnsan həssas olur. Bir də gördüm ki, qız mənə yaxınlaşdı. Mənə sual verdi ki, "siz Aygünün qohumusunuz?" Dedim ki, nə fərqi var, qohumam, kəndçisiyəm, nə lazımdır?! Mən də bacısını misal gətirib dedim ki, "bayaq sizə dedilər ki, yığışdırın kameraları".
Əvvəla, lazım olsa, özüm xahiş edərəm ki, gəlin məndən müsahibə alın. Mən, onsuz da, axşama qədər orada idim, bir müddət keçəndən sonra da mənə yaxınlaşa bilərdilər. Necə ki, sizin sayt məndən həmin hadisədən bir gün öncə müsahibə almışdı, mən də sevərək bütün xatirələrimi bölüşmüşdüm. Sadəcə olaraq, o anda müsahibənin yeri deyildi. Həm də axı onun ailəsi etiraz edir. Belə başa düşürəm ki, bu, qurma işdir. Bilmirəm ki, kim ona deyib ki, gəlib mənə yaxınlaşsın?! Bir həftə öncə İctimai TV-də "Ustad dərsi" verilişində çıxış etmişəm. O kanala da, aparıcılarına da hörmətim var, hər zaman mədəniyyətimizi təmsil edir. Sadəcə olaraq, həssas dönəmlərdə insana yaxınlaşanda yüz ölçüb, bir biçmək lazımdır. O anda insan əsəbi olur, bilmir dərdinə ağlasın, yoxsa suallara cavab versin", - sənətkar deyib.
Qeyd edək ki, tarzən Elxan Müzəffərov mərhum müğənni Aygün Bəylərin atası evinə gətirildiyi gün İctimai TV-nin müxbirinin suallarına kobud cavab verib, müxbirin onun üstünə öyrədilərək göndərildiyini iddia edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1512 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAy ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi
1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara
26.10.2026 135 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 183 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
26.10.2026 244 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 244 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 224 Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?
"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını
26.10.2026 240 Sabah Saatlıda qaz olmayacaq
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca
26.10.2026 191 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 114 Avropada açıq Wi-Fi, Azərbaycanda şifrə: Fərqin səbəbi nədir?
Xarici ölkələrdə parklar, kafelər, restoranlar və digər ictimai məkanlarda pulsuz Wi-Fi xidmətinə tez-tez rast gəlinir. Azərbaycanda isə bu xidmət bir çox məkanda şifrə ilə qorunur, bəzi hallarda internetə qoşulmaq üçün telefon nömrəsi təqdim etmək və ya SMS vasitəsilə təsdiqləmə kodu almaq tələb olunur
26.10.2026 297