Nostradamusun proqnozlarından biri gerçəkləşdi: 2024-cü il üçün daha nələr var?

Nostradamusun proqnozlarından biri gerçəkləşdi: 2024-cü il üçün daha nələr var?Nostradamusun 2024-cü il üçün verdiyi proqnoz, demək olar ki, dərhal, Yeni il səhəri gerçəkləşib. Bəs, məşhur astroloqun 2024-cü il üçün başqa proqnozları nədir?

16-cı əsrin məşhur görücüsü Nostradamusun adı xəbərləri daha çox ilin son günlərində, o il üçün proqnozlaşdırdığı hadisələrin baş tutub-tutmadığı zamanlar gündəmə gəlir.

Əfsanəvi fransız astroloqunun qarşıdan gələn hadisələr üçün qəti təqvim yaratmadığını bildirməklə başlayaq. Ona aid edilən "peyğəmbərliklər" 1555-ci ildə yazdığı "Əsrlər" kitabındakı ayələrin təfsirlərindən ibarətdir.

O iddia edib ki, 2024-cü ildə Çinlə müharibədən tutmuş İngiltərənin yeni taclandırılan kralının taxtdan enməsinə qədər bir çox mühüm hadisələr baş verəcək.

Xatırlamağa dəyər ki, Nostradamusun peyğəmbərliklərinin doğruluğu və reallığı haqqında çoxlu mübahisələr olub. Bəziləri onun proqnozlarının təsirli dərəcədə doğru olduğunu iddia edərkən, digərləri bu iddiaların şişirdildiyini və ya yanlış şərh edildiyini iddia edir.

Nostradamusun həyatı və peyğəmbərlikləri tarix boyu mistik və paranormal hadisələrlə maraqlananlar üçün mühüm mövzu olub. Lakin bu cür peyğəmbərliklərin gerçəkliyi elmi cəhətdən sübut olunmayıb və çox vaxt buna şübhə ilə yanaşılır.

"Qutu torpaq daha qovrulacaq"

Nostradamus böyük bir ekoloji fəlakət proqnozlaşdırıb və bu barədə aşağıdakı sətirləri yazıb:

"Quru torpaq daha da qovrulacaq və böyük daşqınlar olacaq..."

Yeni il günü Yaponiyada baş verən zəlzələdən sonra məşhur görücünün proqnozları yenidən gündəmə gəlib.

Çünki güclü zəlzələnin sunami xəbərdarlığına səbəb olmasından sonra ölkə daxilində on minlərlə insan evlərindən təxliyə edilib və ölənlərin sayı 100-ə çatıb.

Ölkənin əsas adası olan Honsyu adasının qərb sahillərində baş verən 7,6 bal gücündə zəlzələ sahilə sunami dalğaları göndərib.

Yaponiya Meteorologiya Agentliyi yanvarın 1, 2, 3 və 4-də Noto yarımadasında və İşikava sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.

Ölkə tarixinin ən böyük təbii fəlakətlərindən biri olan bu hadisə ilə Nostradamusun peyğəmbərliyi arasında əlaqə yaradanlar kimi, bunun pis bir təsadüf olduğunu düşünənlər də var.

Görən Nostradamus və ya əsl adı Mişel de Nostredam olan 1999-cu ildə dünyanın sonunu proqnozlaşdırmışdı, lakin hər ehtimala qarşı 2024-cü il üçün bəzi peyğəmbərliklər də edib.

Onlardan bəzilərini təqdim edirik:

Çin ilə müharibə

"Əsrlər" kitabında "Müharibə və dəniz döyüşləri" başlığı ilə yazılmış bir hissədə deyilir: "Qırmızı düşmən qorxudan ağaracaq, Sakit okeanı dəhşətə gətirəcək..."

Bəzi şərhçilər bunu Çinə qaçılmaz istinad və dənizdə mümkün münaqişə kimi qiymətləndirsələr də, Sky History bunu NATO-nun da iştirak edə biləcəyi genişmiqyaslı dəniz müharibəsi kimi şərh edir.

Çinin dünyanın ən böyük donanmasına sahib olduğunu düşünəndə bu fikirlər daha mənalı olur.

Çarlzın taxtı təhlükədədir...

Kral Çarlzın Britaniya tacının başçısı olmasından cəmi bir neçə ay keçib, lakin Nostradamusun fikrincə, onun taxt-tacı artıq risk altındadır. Çünki kahin qeydlərində "mübahisəli boşanacaq" deyir və sonda "adaların kralı" kimi təsvir etdiyi adam "zorla qovulacaq" söyləyir.

Bundan əlavə, o, "səltənətin padşahlıq nişanı olmayan birisi tərəfindən qəsb ediləcəyini" proqnozlaşdırır.

Nostradamusun ən çox satılan tərcüməçilərindən biri olan Mario Ridinq 2006-cı ildə nəşr etdiyi kitabda kral rütbəsi olmayan Harrinin indiki varisi olan qardaşı Uilyamın yerinə tacı alacağını təklif edir.

Bu prosesdə Harrinin kral rolundan imtina etdiyini, yəni başqa sözlə, artıq heç bir krallıq əlamətinə sahib olmadığını xatırladaq...

İqlim fəlakəti

2023-cü ildə bir sıra dağıdıcı təbii fəlakətlərin baş verməsi ilə bir çoxumuz dünyanın iqlim böhranı ilə üz-üzə qaldığını bilirik.

Lakin Nostradamus pərəstişkarları iddia edirlər ki, 16-cı əsrdə yaşamış bu qoca görücü bütün bunları əsrlər əvvəl proqnozlaşdırıb və hər şeyin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

Nostradamus qeydlərinin birində "Quru torpaq daha da qovrulacaq və böyük daşqınlar olacaq" deyə proqnoz verir.

"Sunami kənd təsərrüfatını vuracaq, aclığa səbəb olacaq" kimi iddialarını bəziləri "bir sunaminin kənd təsərrüfatının vuraraq böyük bir qıtlığa səbəb olacağı" kimi yozur.

Təəssüf ki, bu ehtimalı istisna etmək çox çətindir...

Yeni Papa

Katolik kilsəsinin ruhani lideri Papa Fransisk 86 yaşındadır və son vaxtlar səhhətində bir sıra problemlər yaşanır. Buna görə də Katolik kilsəsinin tezliklə yeni lider axtarışına ehtiyacı ola biləcəyi düşünülür.

Nostradamus "Qoca Papanın ölümündən sonra gənc romalı seçiləcək" deyir və davam edir: "Gənc papa kilsəyə baxışı zəiflədəcək və uzun müddət Papa olacaq..."

Yeni dünya gücünün yüksəlişi

Nostradamus, inkişaf etməkdə olan iqtisadiyyatlar sinfindən olan bir ölkənin qlobal siyasi tarazlıqları əhəmiyyətli dərəcədə dəyişdirəcək şəkildə yüksələcəyini proqnozlaşdırır.

Böyük zəlzələ

O, təmtəraqlı və məşhur olan şəhərin görünməmiş zəlzələ ilə sarsılacağını proqnozlaşdırır.

Dağıdıcı kosmik fırtına

O, Yer kürəsinə güclü kosmik fırtınanın gələcəyini, böyük fasilələrə və ekstremal hava şəraitinə səbəb olacağını proqnozlaşdırır. Bu proqnoz günəş partlamaları ilə əlaqələndirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1665   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

26.10.2026 224
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 205
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

26.10.2026 197
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

26.10.2026 191
.

Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?

"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

26.10.2026 240
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

26.10.2026 244
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 134
.

Zelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı

"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti

26.10.2026 185
.