"Şoularda, seriallarda mənəvi dəyərlər lağa qoyulur"
"Son dövrlərdə evlilik sayları azalıb, boşanmalar kəskin artıb. Çox acınacaqlı bir vəziyyət yaranıb. Amma bu nə hökumətin, nə parlamentin, nə də cəmiyyətin vecinədir.Vəziyyət getdikcə pisləşir. Heç bir tədbir görülmür. Məsələnin ilk olaraq səbəblərinə baxmaq lazımdır. Hər hansı bir cərimələr tətbiq etməklə məsələ düzəlməyəvək.Məsələnin konkret iki səbəbi var: sosial-iqtisadi və mənəvi-psixoloji səbəblərdir. Sosial-iqtisadi səbəblər,ölkədə mövcud olan işsizlik, evsizlik problemləri gənclərin ailə həyatı qurmağına imkan vermir"
Bu sözləri Sonxeber.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Sosioloq evliliyin həddən artıq böyük xərc tələb etdiyini bildirib:
"Bizim kimi xalqlarda evlilik həddən artıq böyük xərc tələb edir.Buna görə də şəraiti olmayan gənclər evlənməkdə maraqlı olmur. İkinci tərəf isə mənəvi-psixoloji deqradasiyadır. Yəni son 20 -25 ildə erkən evliliyə qarşı mübarizə adı altında gənclərə sadəcə evlənmək təbliğ edildi.İnsanlar 35 -40 yaşa çatdıqdan sonra evlənə bilmirlər.Televiziyaların, psixoloqların apardığı təbliğatlar ailə institutunu dağıtmağa hesablanıb.
Bu proses bütün dünyada həyata keçirilib.Evlilik və ailə anlayışı gözdən salınıb. Şoularda, seriallarda dayanmadan əyləncə və əxlaqsızlıq təbliğ olunur. Mənəvi dəyərlər isə lağa qoyulur. Gənclərdə evliliyə marağı azaldır. Onlar daha çox əylənmək və sərbəstlik istədiyi üçün ailə məsuliyyətini daşımaq istəmir. Bu hallar aradan qalxmasa, vəziyyət daha da mənfi olacaq. Çünki biz cəmiyyət olaraq artıq məhv oluruq. Əgər boşanmalar 50 faiz ə çatıbsa, bütün dəyərlər çökür. Bu da öz növbəsində cəmiyyətdə doğumun kəskin azalmasına və yaşlanma probleminin artmasına səbəb olur. Dövlət gənclərin iş sahibi olmasını, karyera qurmasını, təhsil almasını asanlaşdırmalı və dəstək verməlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 684 Tarix: 09 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşElgiz efirə qayıtması iddialarına cavab verdi
Elgiz Əkbər efirə qayıtması haqqında iddiaları cavablandırıb. Bu barədə "Yeni Sabah"a danışan aparıcı bildirib:. "Hazırda çox məşğulam. İşlərim var. Mən elə söz demişəm. Xatırladaq ki, mediada bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlana
27.04.2026 235 Saqqızın tarixi və zərərləri - niyə mədə üçün təhlükəlidir?
Bu gün saqqız zərərsiz bir vərdiş kimi görünə bilər, amma onun tarixi daha fərqlidir. İlk kütləvi istehsal olunan saqqızlar ağız təravəti üçün deyil, hərbi məqsədlər üçün hazırlanmışdı. xəbər verir ki, hərbçilər saqqızdan stressi azaltmaq üçün istifadə edirdilər. Davamlı çeynəmə narahatlığı azaldır
27.04.2026 211 Qohum nikahları və beynəlxalq hüquq: qanundakı boşluqlar
"Xarici ölkədə bağlanan nikahlar, ümumilikdə, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq tanındığı halda ölkədə də keçərli sayılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov bildirib. O, qeyd edib ki, əgər qohumlar arasında nikahın qadağan edilməsi ilə bağlı qanunvericilikd
27.04.2026 214 Başda həddindən artıq diqqət, sonra emosional laqeydlik: Münasibətlərdə gizli dəyişiklik - PSİXOLOQDAN AÇIQLAMA
Toksik münasibətlərin ən çox rast gəlinən və eyni zamanda ən çox gözardı edilən formalarından biri, münasibətin başlanğıcında həddindən artıq diqqət və qayğı göstərilməsi, evlilikdən sonra isə bu davranışın kəskin şəkildə azalmasıdır. İlk mərhələdə tərəfdaşın daimi marağı, mesajlar, diqqət və emosiona
27.04.2026 238 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 4,740 ABŞ dollarına enib. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.06% ucuzlaşaraq 76.45 ABŞ dolları təşkil edib
27.04.2026 139 Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib
Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
27.04.2026 498 Uçuş zamanı qulaq ağrısından necə qorunmaq olar?
Uçuş zamanı qulaqlarda ağrı və ya tutulma hissi sərnişinlər arasında ən çox rast gəlinən problemlərdən biridir. Bunun əsas səbəbi atmosfer təzyiqinin qəfil dəyişməsidir. Orqanizm bu dəyişikliklərə tez uyğunlaşa bilmədikdə, xüsusilə qalxma və eniş zamanı narahatlıq yaranır. xəbər verir ki, ən təsirl
27.04.2026 190 ABŞ-ın İrana neft sanksiyaları tətbiq etməsindən sonra Hengli Petrochemical şirkətinin səhmləri ucuzlaşıb
ABŞ-ın ötən həftə Çinin ən böyük müstəqil neft emalı zavodlarından biri olan Hengli Petrochemical şirkətinə İran neftini aldığı iddiası ilə sanksiyalar tətbiq etməsindən sonra şirkətin səhmləri bazar ertəsi günü 10% ucuzlaşıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, ABŞ-İran müharibəsi başlayanda
27.04.2026 196 Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi
Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. "Qafqazinfo" xəbər verir ki, xəbər verir ki, Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər
27.04.2026 187