Bakıda məktəblidən nömrə istəyən şəxs cəzalandırıldı: "İşçimin qızına bənzətdim"

Bakıda məktəblidən nömrə istəyən şəxs cəzalandırıldı: "İşçimin qızına bənzətdim"Bakıda yolda məktəbli qıza söz atan şəxslə bağlı məhkəmə qərar verib.

"Qaynarinfo"nun məlumatına görə, hadisəyə görə 1981-ci il tarixdə Qubadlı rayonunda doğulmuş Ayxan Cəbiyev (ad-soyad şərti) saxlanılıb və barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

S.M. adlı məktəbli qızın atası məhkəmədə bildirib ki, övladı fənn məşğələsindən çıxaraq yaşadıqları Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində yerləşən evlərinə qayıdan zaman möhkəm qorxub. Bunun səbəbi isə 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi maşına minməyi təklif etməsi olub. O hesab edir ki, həmin şəxs pis niyyətlə qızına yaxınlaşıb. Qeyd olunanlara əsasən, onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edib.

Ayxan Cəbiyev isə məhkəmə iclasında özünü təqsirli bilməyərək deyib ki, o, əvvəllər Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsində kafe işlədib. Əvvəllər kafesində bir qadın işləyib. S.M.-i sözügedən qadının qızına bənzədərək, ona anasını yenidən işə dəvət etmək üçün nömrəsini almaq məqsədilə yaxınlaşıb. Onun hər hansı başqa niyyəti olmayıb. Bu səbəbdən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edib.

Məhkəmədə hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 100 manat miqdarında inzibati qaydada cərimə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1228   Tarix: 09 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı

Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib

27.04.2026 265
.

Geomaqnit qasırğası gözlənilir

Günəş fəallığı artıb, 4419 ləkə regionunda X2.52 sinifli güclü alışma qeydə alınıb. Bu proseslər nəticəsində radiorabitədə R2-R3 səviyyəli fasilələr, Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA), II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışmalar müşahidə olunub. "Qafqazinfo" xəbər veri

27.04.2026 179
.

İntensiv yağış, qar, dolu - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərd

27.04.2026 317
.

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində

27.04.2026 125
.

Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır? (MÖVQE)

Bugünlərdə ali təhsil sisteminə bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" (rieltorluq) adlı yeni ixtisasın əlavə olunması diqqət çəkir. Bu sahə ilk baxışdan praktik və bazara uyğun görünür, çünki tikinti sektoru genişlənir, kirayə bazarı aktivdir və insanlar daim əmlak alqı-satqıs

27.04.2026 183
.

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi

Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. "Qafqazinfo" xəbər verir ki, xəbər verir ki, Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər

27.04.2026 187
.

Xalq artisti nənə oldu - VİDEO

Brilliant Dadaşovanın ailəsində sevinc yaşanıb. "Yeni Sabah" xəbər verir ki, Xalq artistinin mənəvi qızı Turanə ana olub. Onun oğlan övladı dünyaya gəlib. Bu barədə Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb. Sənətçi Turanəni öz qızı kimi qəbu

27.04.2026 290
.

Elgiz efirə qayıtması iddialarına cavab verdi

Elgiz Əkbər efirə qayıtması haqqında iddiaları cavablandırıb. Bu barədə "Yeni Sabah"a danışan aparıcı bildirib:. "Hazırda çox məşğulam. İşlərim var. Mən elə söz demişəm. Xatırladaq ki, mediada bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlana

27.04.2026 235
.

Lerikdə yük maşını dərəyə aşdı: ölən var

Lerikdə yük maşını dərəyə aşıb. -ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 37 yaşlı Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasın

27.04.2026 234
.

TOP MP3