"Sea Breeze" işində absurd son: dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədi

"Sea Breeze" işində absurd son: dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədiSabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi "Sea Breeze"dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir. İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar. "Sea Breeze"dəki olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib. Yanvarın 9-da keçirilən prosesə Elnur Məmmədov və onun nümayəndəsi Cavidan Osmanlı qatılmayıblar. Ötən proseslərdən birinə qatılan Elnur Məmmədov bildirib ki, təqsirləndirilən şəxslərdən hər hansı bir şikayəti, tələbi yoxdur, onlar barışıblar. Prosesdə çıxış edən dövlət ittihamçısı Amin Şəkərəliyev ittiham üzrə təqsirləndirilən şəxslərin hər birinə 2 ilə cəza təyin olunmasını istəyib. Dövlət ittihamçısı məktəbli Murad Əhmədlinin məhkəmə zalında həbs olunmasını, onun barəsində 1 il 9 ay həbs cəzası tələb edib.
Bundan sonra həbsdə olan zərərçəkən Cavad Muradov çıxış etdi. O, təqsirləndirilən şəxslərin hər biri ilə çox yaxşı münasbətlərinin olduğunu, barışdıqlarını, dost olduqlarını hakimin diqqətinə çatdırdı:
-Təqsirləndirilən şəxslərin hər birinin azadlığa buraxılmalarını xahiş edirəm. Onların əməlində hər hansı bir xuliqanlıq əməli yoxdur və olmayıb. Onlar da, biz də 7 aydır qanunsuz olaraq həbsdə saxlanılırıq. Qarşıdan prezident seçkiləri gəlir. Biz cəmiyyət üçün xeyrli vətəndaşlarıq, buraxın, çıxıb gedək evimizə, seçkidə iştirak edək. Biz cənab prezidenti dəstəkləyirik, ona səs verməyə hazırıq. Xahişimiz budur ki, bizi həbsdən azad edin.
Bundan sonra hakim çıxışlara hazırlaşmaq üçün vəkillərə yanvarın 18-nə qədər vaxt verdi.
Qısa fasilədən sonra eyni məhkəmə zalında hakim Mirheydər Zeynalovun sədrliyi ilə Cavad Muradov və Şamxal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdirildi.
Bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Elgün İsmayılov zərərçəkənlərdir.
Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dövlət ittihamçısı Amin Kərimbəylinin yanında əyləşərək hakimdən söz istədi. Dedi ki, 5 dəqiqə əvvəl eyni hakimin, eyni dövlət ittihamçısının iştirakı ilə prosesdə o, müdafiə tərəfi olub. Abbas Kərimbəyli dedi ki, indi isə o, ittiham tərəfidir. Vəkil vəsatətlə dövlət ittihamçısına etiraz edərək dəyişdirilməsini istədi. Vəsatət müzakirə olunarkən vəkil Ülvi Məmmədov dedi ki, dövlət ittihamçısı 2-3 dəqiqə əvvəl ittiham etdiyi, cəza tələb etdiyi şəxslərə indi müdafiə edir. Bu isə absurddur. Vəkil vəsatətin təmin edilməsini xahiş etdi.
Dövlət ittihamçısı isə vəsatətin baxılmamış saxlanmasını istədi. Hakim qısa müşavirədən sonra vəsatəti baxılmamış saxladı.
Bundan sonra zərərçəkənlərdən Elmir İsmayılov sərbəst ifadə verdi. Dedi ki, "Sea Breeze"də davanı salan da, onun maşınını əzən də Elnur Məmmədov olub. Elnur Məmmədov onun maşınını əzəndə Cavad Muradovla Şamxal Məmmədov onun yanında olmayıblar. Elnur Məmmədov dava salanda onun yanında hazırda beynəlxalq axtarışda olan 6-7 nəfər şəxs olublar.
Dövlət ittihamçısının suallarını cavablandıran Elmir İsmayılov bildirib ki, ona xəsarətləri Elnur Məmmədov yetirib.
Hadisənin baş verməsinə gəlincə isə Elmir İsmayılov bildirib ki, həmin gün "Sea Breeze"ə orada təşkil olunan konsertə qatılmaq üçün gəlib. Ora gələndə masalardan birində əvvəldən tanıdığım dostları Cavad Muradovu və Vüqar Tağıyevi görüb. Onlara görüşmək üçün yaxınlaşanda masada əyləşən Elnur Məmmədov ona nalayiq söyüşlər işlədib. Həmin zaman ayağa qalxan Vüqar Tağıyev onu qucaqlayıb və Elnur Məmmədovun onun qohumu olduğunu, söyüşlərin ona getdiyi deyib. Elmir İsmayılov bildirib ki, Elnur Məmmədovun içkili olduğunu anladığına görə heç bir problem olmadığını deməklə öz masasına gedib. Restoranın daxilində isə aralarında heç bir dava olmayıb. Sonradan isə o, restoranı tərk edərkən Elnur Məmmədov 6-7 nəfərlə onun qabağını kəsib, onu vurub xəsarət yetiriblər. O, maşına minib ərazidən uzaqlaşmaq istəsə də, Elnur Məmmədov maşının qabağını kəsib və söyüş söyməklə ondan maşından düşməsini tələb edib. Maşından düşəndən sonra onu vurublar, maşınını Elnur Məmmədov şəxsən əzib.
Növbəti gün isə Elnur Məmmədov onunla görüşüb, baş verənlərə görə üzrxahlıq edib, maşının xərəclərini çəkəcəyini, düzəltdirəcəyini öz üzərinə götürüb. Və elə həmin gün də gedib onlardan şikayət yazıb.
Elmir İsmayılov vəkillərin və hakimin suallarını cavablandırdı. Bir daha bildirdi ki, ona xəsarət yetirən Elnur Məmmədov olub. Cavad Muradov və Şamxal Məmmədov ona hər hansı bir xəsarət yetirməyiblər.
Bundan sonra sərbəst ifadə verən zərərçəkən Məhəmməd Həsənzadə deyib ki, ittiham aktı əvvəldən son nöqtəsinə qədər həqiqət deyil. Orada Şamxal Məmmədovu görməyib, Cavad Muradovu ilk dəfə istintaq təcridxanasında görüb. Orada müstəntiq ona ifadələrə qol çəkməyi tələb edib. O, vəkilinin olduğunu deməklə ifadələrə qol çəkmək istəməsə də, son nəticədə qol çəkməli olub.
Dövlət ittihamçısının suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ona xəsarətləri Elnur Məmmədov və ətrafında olan 6-7 nəfər şəxs yetirib. Onların arasında nə Cavad Muradov, nə də ki, Şamxal Məmmədov olmayıb.
Vəkil Vüsal Orucovun suallarını cavablandıran Məhəmməd Həsənzadə deyib ki, ittihamda yazılanlar yalandır:
-Orada yazırlar ki, guya mən Cavad Muradovu döymüşəm, az sonra isə Cavad Muradov guya məni döyüb. Bu, mənasız ittihamdır axı. Nəcə olur mən onu döyürəm, o da sonra qayıdır məni döyür.
Zərərçəkən Peyman Vəlizadə də sərbəst ifadəsində ittihamın yalanlar üzərində qurulduğunu dedi:
-Burada çıxışa başlamazdan əvvəl hər kəs yalan danışmayacağına and içir, yalan danışarsa, məsuliyyətə cəlb olunacağını deyilir. Elnur Məmmədov burada danışdığı 100 sözdən azı 90-nı yalandır. Amma onu məsuliyyətə cəlb etmədiniz axı? Gəlib burada hər şeyi olduğu kimi danışmaq əvəzinə, günahkar olduğunu demək əvəzinə deyir ki, guya mən oxran olmuşam. Bizi də, dostu Cavadı da özünün əvəzindən "rasxoda" verir. İttiham aktı başdan-ayağa səhvdir, mən Cavad Muradov haqda polisə hər hansı bir şikayət etməmişəm, bu gün də ondan hər hansı bir şikayətim yoxdur. Şamxal Məmmədovu da burada görüb tanımışam. Biz günahsızıq, günahı olan Elnur Məmmədovdur, daydayı var deyə kənarda qalıb, bizi qanunsuz və əsasız olaraq həbs ediblər. Bu gün əsassız yerə həbsdəyəm. Xahiş edirəm bizi azad edin. Bundan sonra proses 23 yanvar 14:30-a kimi təxirə salınıb.

Xatırladaq ki, oliqarx Leysan Məmmədov bu ilin aprelinə qədər Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutub. Onun digər oğlu Teymur Leysan oğlu Novruzlu hazırda Baş Prokurorluqda vəzifə tutur. Qardaşı Elnur Məmmədovun azadlıqda qalmasında Teymur Novruzlunun rolu olmasına dair iddialar da var.

"Sea Breeze" işində absurd son: dava salan Elnur Məmmədov kənarda qaldı, dövlət ittihamçısı məktəbliyə belə cəza istədi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6607   Tarix: 10 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı

Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib

27.04.2026 265
.

Geomaqnit qasırğası gözlənilir

Günəş fəallığı artıb, 4419 ləkə regionunda X2.52 sinifli güclü alışma qeydə alınıb. Bu proseslər nəticəsində radiorabitədə R2-R3 səviyyəli fasilələr, Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA), II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışmalar müşahidə olunub. "Qafqazinfo" xəbər veri

27.04.2026 179
.

İntensiv yağış, qar, dolu - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 28-dən 30-u səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərd

27.04.2026 317
.

Qaraçinar qədim yaşayış yeri: beş min il əvvəl əcdadlarımız nə ilə qidalanırdılar?

ABŞ-nin "Amerika Milli Elmlər Akademiyasının materialları" elmi jurnalı Azərbaycanın Goranboy rayonundakı çoxtəbəqəli Qaraçinar yaşayış yerindən tapılmış maddi-mədəniyyət nümunələrinin müxtəlif çeşidli analizlərinin gözlənilməz nəticələrinə həsr olunmuş elmi məqaləni dərc edib. Məqalənin həmmüəlliflərində

27.04.2026 125
.

Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır? (MÖVQE)

Bugünlərdə ali təhsil sisteminə bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" (rieltorluq) adlı yeni ixtisasın əlavə olunması diqqət çəkir. Bu sahə ilk baxışdan praktik və bazara uyğun görünür, çünki tikinti sektoru genişlənir, kirayə bazarı aktivdir və insanlar daim əmlak alqı-satqıs

27.04.2026 183
.

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirildi

Bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib. "Qafqazinfo" xəbər verir ki, xəbər verir ki, Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri tədbirdə çıxış ediblər

27.04.2026 187
.

Xalq artisti nənə oldu - VİDEO

Brilliant Dadaşovanın ailəsində sevinc yaşanıb. "Yeni Sabah" xəbər verir ki, Xalq artistinin mənəvi qızı Turanə ana olub. Onun oğlan övladı dünyaya gəlib. Bu barədə Brilliant Dadaşova sosial şəbəkə hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb. Sənətçi Turanəni öz qızı kimi qəbu

27.04.2026 290
.

Elgiz efirə qayıtması iddialarına cavab verdi

Elgiz Əkbər efirə qayıtması haqqında iddiaları cavablandırıb. Bu barədə "Yeni Sabah"a danışan aparıcı bildirib:. "Hazırda çox məşğulam. İşlərim var. Mən elə söz demişəm. Xatırladaq ki, mediada bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlana

27.04.2026 235
.

Lerikdə yük maşını dərəyə aşdı: ölən var

Lerikdə yük maşını dərəyə aşıb. -ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 37 yaşlı Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasın

27.04.2026 234
.

TOP MP3