Sumqayıtda partlayış baş verib: Xəsarət alanlar var - YENİLƏNİB + FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, dörd nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
21:38
Sumqayıtda partlayış baş verib, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsi iki saylı yataqxanada qeydə alınıb.
Hadisənin ilkin olaraq qaz balonundan baş verdiyi bildirilir. Partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.
2008-ci il təvəllüdlü Nəzakət Ceyhun qızı Paşayeva üzün ikinci dərəcəli terniki yanığı, 2013-cü il təvəllüdlü Yusif Ceyhun oğlu Paşayev üzün birinci dərəcəli, əlin ikinci dərəcəli yanığı, 1986-cı il təvəllüdlü Ceyhun Eldar oğlu Paşayev üzdə, sağ və sol əlin yanıqları, həyat yoldaşı 1990-cı il təvəllüdlü Vüsalə Gündüz qızı Paşayevaya üzün və əllərin birinci və ikinci dərəcəli yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.





BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1773 Tarix: 15 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
17:43 263 Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
22:30 86 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur
13:43 229 Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI
Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu
14:22 255 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
16:11 238 Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma
Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf
22:15 107 Sabah Saatlıda qaz olmayacaq
Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca
20:45 156 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
18:15 197 Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ
Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ
20:00 167