Maaş artımları olacaq? - Deputatdan YENİ AÇIQLAMA - FOTO

Maaş artımları olacaq? - Deputatdan YENİ AÇIQLAMA - FOTO"Təxminən əlavə olaraq 690 milyon manat çox sosial xərclər üçün mənbə formalaşdırılıb ki, bu da bir çox sosial sahələrdə əlavə artımların maliyyə təminatı üçün əsas mənbədir. Hazırda əsas artım istiqaməti pensiyalarla bağlıdır ki, yaxın günlərdə öz həllini tapacaqdır".

Bunu BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dövlət və icmal büdcələri ötən ay Milli Məclis və dövlət başçısı tərəfindən təsdiq olundu:

"Büdcənin xərc istiqamətləri müəyyən edildi, əsas xərc hədəfləri post-münaqişə dövrünün əsas çağırışları olan işğaldan azad edilmiş ərazilərdə 3 ildir ki, aparılan fasiləsiz bərpa-yenidənqurma işlərinin daha da sürətləndirilməsi, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturlarının yaradılmasına yönəldilib.

Eləcə də, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nümunəvi ordu birləşmələrinin yaradılması büdcə siyasətinin əsas prioritetləri kimi müəyyən olunub. Bununla yanaşı, büdcədə sosial müdafiə və təminat xərcləri artırlıb".
Maaş artımları olacaq? - Deputatdan YENİ AÇIQLAMA - FOTOMillət vəkilinin sözlərinə görə, bu il minimum əməkhaqqının artırılması inflyasiyanın səviyyəsindən asılı olaraq müəyyənləşə bilər:

"İnflyasiya artdığı halda həmin xərclərin artması da istisna deyil. Ancaq hazırda inflyasiya birrəqəmli həddə düşüb, 9 faizdən də aşağıdır. Ona görə də, inflyasiyanın birrəqmli həddə düşməsi sosial və əmək haqqı xərclərində ciddi artımlara ehtiyac yaratmayacaq.

Yeri gəlmişkən, minimum əməkhaqqı son 4 ildə 4 dəfə artırlaraq 130 manatdan 345 manata qaldırılıb. Bu artımlar yüz minlərlə insanın maaşlarının artımına səbəb olub. Eləcə də yaşayış minimumunun və ehtiyac meyarının həddi də artırılıb".

A.Hüseynov həmçinin deyib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, laqiyli və keyfiyyətli həyta şəraitinin təmin edilməsi dayanır:

"Cənab Prezident sosial sahədə davamlı addımlar atır və son 4 ildə qəbul olunaraq icra edilən sosial paketlər çərçivəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin edən mühüm sosial artımlar baş verib.

Həmçinin, bu illər ərzində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri artırılıb.

2024-cü ildə "Sosial müavinətlər haqqında" qanuna edilən dəyişikliyə əsasən, bir sıra müavinətlər təsis edilməklə onların da maliyyələşməsi təmin ediləcək. Yəni, Cənab Prezident sosial sahəyə xüsusi diqqət ayırır və ölkəmizin maliyyə imkanları artdıqca bu sahədə əlavə artımların olması istisna deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1054   Tarix: 16 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək

Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd

17:43 263
.

Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,

22:30 86
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

13:43 229
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 255
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 238
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

22:15 107
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 156
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 197
.

Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ

Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ

20:00 167
.