Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat etdi - FOTO

Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat etdi - FOTOAzərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib k, o, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. "Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri" (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun "Ali və orta ixtisas təhsilinin nəzəri problemləri" şöbəsində baş elmi işçi (2013-2014), "Müəllim hazırlığı kurikulumu" şöbəsinin müdiri (2014-2015) vəzifələrində işləyib.

2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. "Ukrayna-Azərbaycan dostluq körpüləri", "Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə" medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.İ.Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.(oxu.az)

Azərbaycan Texniki Universitetinin fəxri professoru vəfat etdi - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 21 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Apteklərdə bahalaşma və qiymət fərqləri vətəndaşı çaşdırır - İQTİSADÇIDAN AÇIQLAMA

Son vaxtlar apteklərə yolu düşən hər kəs eyni mənzərə ilə qarşılaşır: dərman almaq əvvəlkindən qat-qat baha başa gəlir. Xüsusilə gündəlik istifadə olunan və həyati əhəmiyyət daşıyan preparatların qiyməti bir çox ailə üçün ciddi problemə çevrilib. Ancaq narazılıq təkcə bahalaşma ilə bitmir. Eyni dərmanı

28.01.2026 302
.

5 prokuror vəzifədən, 6-sı orqandan xaric edilib

2025-ci ildə 25 prokuror intizam məsuliyyətinə cəlb olunub. xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2025-ci ildə görülən işlərə dair kollegiya iclasında bildirilib. Kollegiya iclasında qeyd edilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzlu

28.01.2026 336
.

Müğənnilərin 30 dəqiqəlik toy qiymətləri - SİYAHI

Azərbaycanda məşhur müğənnilərin toy qiymətləri maraq doğurur. Bizim.Media "Ölkə.az"a istinadla yerli müğənnilərin ötən il üçün toy qiymətlərini təqdim edir:. 500-1500 manat aralığında olan müğənnilər:. Ramil Nabran, Tural Qismət, Vaqif Şıxəliyev. 1500-300 manat aralığında olan müğənnilər:

28.01.2026 534
.

"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - Foto

Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmi

28.01.2026 424
.

Dünyada yaşamaq üçün ən bahalı şəhərlər: İlk altısı bir ölkədədir

Dünyanın ən maraqlı mədəniyyət mərkəzlərində, gecə həyatının mərkəzlərində və əla yemək, alış-veriş və əyləncə imkanlarının olduğu yerlərdə yaşamaq baha başa gəlir. Qaynarinfo xəbər verir ki, bu barədə "Time Out" yazır. Qeyd olunur ki, məhz buna görə illik yaşam xərcləri indeksi olan "Numbeo"

28.01.2026 339
.

Qışda dəri üçün hansı su təhlükəlidir? - Qulluq qaydaları

Qışda isti su ilə isinmək istəyi dərinin qurumasına, qıcıqlanmasına və dəri xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. Həkim bunun qarşısını necə almağı izah edib. Soyuq havalarda dəri əlavə yük altında qalır və gündəlik vərdişlər bəzən onun vəziyyətini daha da pisləşdirə bilər. xarici mediay

28.01.2026 330
.

Bakıda arvadını parkda qətlə yetirənə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. xəbər verir ki, məhkəmə dövlət ittihamçısının çıxışı ilə davam edib. Dövlət ittihamçısı təqsirləndirilən Natiq Məhərrəmovu

28.01.2026 340
.

Rusiya Ukraynanı şiddətli şəkildə bombalayır

Rusiya‑Ukrayna müharibəsində qarşıdurma davam edir və Ukraynanın müxtəlif regionları bu gün də Rusiya ordusunun raket, pilotsuz uçuş aparatları və digər hücumlarına məruz qalır. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin yaydığı məlumata görə, bu hücumlar nəticəsində mülki şəxslə

28.01.2026 252
.

ABŞ və Danimarka Qrenlandiya məsələsində razılığa gələ bilmir

"ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı gərginlik davam edir. Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkəsi ABŞ-la 1951-ci il müqaviləsini yenidən müzakirə etməyə hazırdır, lakin adanın suverenliyinin başqa tərəfə verilməsi "qırmızı xətt" sayılır". Bunu BİG.AZ-

28.01.2026 252
.

TOP MP3