Hərbi xidmətdən yayınanlara qarşı mübarizə aparılır: 20 cinayət işi başladılıb

Hərbi xidmətdən yayınanlara qarşı mübarizə aparılır: 20 cinayət işi başladılıbHərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı dövlət qurumları tərəfindən birgə mübarizə davam etdirilir və bu istiqamətdə prokurorluq orqanları tərəfindən kəsərli tədbirlər həyata keçirilir.

BiG.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən prokurorluq orqanlarına 2023-cü il ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı daxil olmuş materiallar əsasında araşdırma aparılıb.

Qeyd edilən faktlarla bağlı 20 halda Cinayət Məcəlləsinin 321.1 və 321.2-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaq aparılıb, həmin işlərdən 6-sı baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə isə ibtidai istintaq davam etdirilir.

Bundan başqa, hazırkı vaxtda 125 nəfərin müddətli həqiqi hərbi xidmətə göndərilməsi üçün SHXÇDX-nin müvafiq idarə və şöbələrinin sərəncamına verilmələri təmin edilib, digər materiallar üzrə isə araşdırmalar davam etdirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 22 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Keçmiş diplomat: NATO-nun xilas yolu transformasiyadan keçir

NATO-nun xilas edilə biləcəyi, lakin bunun üçün alyansın transformasiyaya ehtiyacı olduğu bildirilir. xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi Ivo Daalder Politico üçün yazdığı məqalədə qeyd edib. O bildirib ki, NATO-nun gələcəyi ilə bağlı suallar son dövrlərdə daha da aktuallaşıb:

11:04 125
.

Rusiya ordusunun Malidə əməliyyat görüntüləri yayılıb

Rusiya Silahlı Qüvvələrinin Afrika Korpusunun Malidə radikal islamçı qruplara qarşı əməliyyatlarını əks etdirən görüntüləri yayılıb. xəbər verir ki, bu barədə "Rusiya Baharının Müharibə Müxbirləri" adlı Telegram kanalı məlumat paylaşıb. Bildirilir ki, əməliyyat zamanı hərbi qulluqçular irəliləyə

10:44 152
.

KİV: Malinin müdafiə naziri öldürülüb

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib. xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb. Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı madd

26.04.2026 225
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

12:29 203
.

Rusiyada dələduzlar pensiyaçı qadından və qızından 40 milyon rubl oğurlayıblar

Rusiyanın paytaxtı Moskvada 80 yaşlı qadın və onun qızı dələduzların qurbanı olublar. Naməlum şəxslər onlardan ümumilikdə 39.7 milyon rubl (təxminən 890 min manat - red.) məbləğində vəsait oğurlayıblar. " "ya istinadən xəbər verir ki, bu barədə Moskva Vilayət Prokurorluğu məlumat yayıb. İdarəni

26.04.2026 216
.

Gündəlik ehtiyaclar belə kreditə: Cəmiyyət borc bataqlığına sürüklənir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son illər gündəlik həyatın ayrılmaz hissəsi sayılan ərzaq, dərman, kosmetika və hətta geyim kimi əsas tələbat mallarının belə kreditlə alınması adi hala çevrilib. Bir vaxtlar yalnız iri məbləğli alışlar üçün istifadə olunan kredit mexanizmləri artıq insanların ən sadə ehtiyaclarını qarşılamaq vasitəsin

11:18 161
.

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl

26.04.2026 177
.

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq

Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 26-da Kiyevdə Moldova parlamenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, ölkəsinin hansı formada təmsi

26.04.2026 204
.

Xankəndidə ictimai nəqliyyatda NFC və QR ödəniş sistemi

25 aprel tarixindən etibarən Xankəndi şəhərində ictimai nəqliyyat sistemində rəqəmsal ödəniş həllərinin tətbiqinə başlanılır. "K-Group" MMC tərəfindən həyata keçirilən yeniliyə əsasən, sərnişinlər artıq avtobuslarda NFC texnologiyası və QR kod vasitəsilə təmassız ödəniş imkanlarından istifad

13:04 112
.

TOP MP3